Məhkəmə qərarları › İş №8(034)-23/2025

Zəngilan Rayon Məhkəməsi Qərardad — İş №8(034)-23/2025

28.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zəngilan rayonu İş № 8(034)-23/2025 28.07.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, X2 nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, X2 Borclu qarşı “alimentin indeksiya olunmasına dair” ərizəsinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: X3 Borclu qarşı “alimentin indeksasiya olunmasına dair” ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, 17 iyul 2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2015-ci il təvəllüdlü X10, xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2022-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Borclu sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının indeksasiyası həddində sabit pul məbləğində alimentn tutularaq ona ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X2 nümayəndəsi (vəkili) Vəkil izahatında bildirmişdir ki, Zəngilan Rayon Məhkəməsinin e-2(034)-64/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən Borclu ilə X11 arasındaki nikah pozulmuş, birgə nikahdan doğulmuş olan övladları X13, X15 və X12 anaları X4 yanında saxlanılması qət edilmişdir. Zəngilan Rayon Məhkəməsinin e-2(034)-64/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən birgə nikahdan doğulan xx.xx.2015-ci il təvəllüdlü X10, xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2022ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün X6 hər ay 180 manat olmaqla, ümumilikdə 540 manat sabit pul məbləğində aliment tutularaq X8 verilməsi, alimentin tutulma müddəti 2023-cü il tarixdən müəyyən edilməsi qət edilmişdir. Qətnamədən şikayət verilməmiş və qanuni qüvvəsini alaraq icra olunması üçün aidiyyati üzrə icra şöbəsinə yönəldilmişdir. 2023-cü ildən təyin olunmuş aliment məbləği 2025-ci il üçün uşağın saxlanılması üçün kifayət etmir. 17 iyul 2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2015-ci il təvəllüdlü X10, xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2022-ci il təvəllüdlü X1 üçün Borclu sonraki artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının indeksasiyası həddində sabit pul məbləğində alimentin tutularaq X8 ödənilməsi barədə qarardad qəbul ediməsini xahiş etdi. Borclu məhkəmə tərəfindən iclasın vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə görə işdə iştirak edən digər şəxslərin məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Ona görə də, məhkəmə ərizəyə borclu X9 iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə, ərizə və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflər xx.xx.2015-ci il təvəllüdlü X10, xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2022ci il təvəllüdlü X5 valideynləridirlər. İş materiallarında olan Zəngilan Rayon Məhkəməsinin 19 yanvar 2024-cü il tarixli, e- 2(034)-64/2024 nömrəli qətnamənin surətindən görünür ki, tərəflər arasında olan nikahı pozulmuş, birgə nikhdan olan uşaqlar ananın himayəsində saxlanılmış, cavabdeh Borclu xx.xx.2015-ci il təvəllüdlü X10, xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2022-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx.xx.2023-cü il tarixindən başlayaraq, hər ay hər uşaq üçün 180 manat olmaqla, cəmi 540 (beş yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq X4 xeyrinə ödənilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir; Həmin Məcəllənin 110.2-ci maddəsinin tələbinə görə alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər; Həmin Məcəllənin 232.2-ci maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur; Eyni Məcəllənin 232.3-cü maddəsinin tələbinə görə ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli Qərarı: "8.4-2. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamı ilə ölkə üzrə minimum aylıq əmək haqqının məbləği 2025-ci ilin yanvar ayının 1-dən 400 manat müəyyən edilmişdir Zəngilan Rayon Məhkəməsinin e-2(034)-64/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə alimentin məbləği hər uşaq üçün 180 manat olmaqla, cəmi 540 manat və 2024-cü ilin minimum əmək haqqının 345 manat olması nəzərə alındığı halda, alimentin məbləği həmin 2024-cü ilin minimum əmək haqqının (345 x 0,522= 180,09) 0,522 mislində sabit pul məbləğində olması müəyyən olunur. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə bir nəticəyə gəlir ki, ərizə təmin edilməli, Zəngilan Rayon Məhkəməsinin e-2(034)-64/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin icra üsulu dəyişdirilərək, Borclu X4 xeyrinə xx.xx.2025-ci il tarixindən başlayaraq, xx.xx.2015-ci il təvəllüdlü X10, xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2022-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa ayrıayrılıqda ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,522 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Ərizə təmin edilsin. Zəngilan Rayon Məhkəməsinin e-2(034)-64/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin icra üsulu dəyişdirilərək, Borclu X4 xeyrinə xx.xx.2025-ci il tarixindən başlayaraq, xx.xx.2015-ci il təvəllüdlü X10, xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2022-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa ayrı-ayrılıqda ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,522 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Zəngilan Rayon Məhkəməsinə şikayət («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Sədrik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar