Məhkəmə qərarları › İş №8(034)-28/2025

Zəngilan Rayon Məhkəməsi Qərardad — İş №8(034)-28/2025

04.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zəngilan rayonu İş № 8(034)-28/2025 04.08.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi ilə, Ərizəçi Tələbkar borclular X2, Borclu2, maraqlı şəxs Zəngilan rayon İcra və probasiya şöbəsinə və Maraqlı şəxsnə qarşı “ödənilməli pul məbləğinin indeksasiya olunması” barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Tələbkar borclular X2, Borclu2, maraqlı şəxs Zəngilan rayon İcra və probasiya şöbəsinə və Maraqlı şəxsnə qarşı “ödənilməli pul məbləğinin indeksasiya olunması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Zəngilan Rayon Məhkəməsinin 2(034)-508/2014 saylı, xx.xx.2014-cü il tarixli məhkəmə qərarı ilə müəyyən edilmiş və icra müddəti ərzində borclular tərəfindən tələbkara ödənilməyən əsas 501 manat məbləğ indeksləşdirilərək 2014-cü il tarixdən - 2025-ci ilin may ayınadək 202,6 faiz artımı (501 AZN x 202,6 % = 1015,02 AZN) nəzərə alaraq, cəmi 1516,02 manat məbləğində indeksiəşdirilmənin müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəçi Tələbkar ərizəsini onunla əsaslandırımışdır ki, Zəngilan Rayon Məhkəməsinin 2(034)-508/2014 saylı, xx.xx.2014-cü il Tarixli məhkəmə qərarına əsasən, borclular X3 və Borclu2 cəmi 501 manat məbləğində pul müştərək qaydada tutularaq Tələbkar xeyrinə tutulması ödənilməsi qərara alınmışdır. Hazırda qəbul olunmuş məhkəmə qərarı qanuni qüvvəsini almasını və həmçinin icra məmuru tərəfindən məcburi icra tədbirlərinin görülməsinə baxmayaraq, məhkəmə qərarı icra olunmamışdır (ödənilməmişdir). Borclular məhkəmə qərarı üzrə qəbul olunmuş məbləği zamanında ödəyərək icra etsəydilər tələbkar, başqa sahədə istifadə etməklə gəlir əldə edə bilərdi. Lakin, borcluların məhkəmə qərarı üzrə öhdəliyinin icra etməməsi səbəbindən və həmin məbləğ vaxtında geri qaytarılmadığına görə tələbkar, həmin pulu dəyərləndirə bilməmişdir. Buna görə də, məhkəmə qərarı üzrə tələbkara ödəlinməli olan 501 manat məbləğində borca görə məhkəmə qərarı üzrə tələb olunan pul vəsaiti inflyasiyaya uğradığından indeksləşdirmə tətbiq edilməsi zərurəti yaranmışdır.Belə ki, indeksasiya institutu pulun alıcılıq qabiliyyətinin məhz məhkəmə aktı qəbul edilən an mövcud olan səviyyədə bərpasına yönəldiyindən, eləcə də bu hüquqi alət sanksiya xarakteri daşımadığına görə, onun tətbiqi məhkəmə aktının qanuni qüvvəyə minməsi və ya məhkəmə aktının icrasından yayınma ilə əlaqələndirilə bilməz. Bu səbəbdən indeksasiya məhz məhkəmə aktının qəbui edildiyi (elan edildiyi) gündən onun tam icra edildiyi günədək olan müddəti əhatə etməlidir.İndeksasiya institutu da qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icra edilməməsi nəticəsində baş verən inflyasiya itkilərinin kompensasiyasını, pulun alıcılıq qabiliyyətinin bərpasını təmin edən səmərəli hüquqi vasitə olmaqla məhkəmə müdafiəsi hüququnun realizəsinin effektivliyi baxımından xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ, İİ və İİİ hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 15 aprel 2025-ci il tarixli Qərarına əsasən; Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinin hüquqi mahiyyəti və təyinatı baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsində qeyd olünan “əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər)” müddəası borclunun icranı gecikdirdiyi müddət ərzində pulun alıcılıq qabiliyyətinin azalması şəklində ifadə olunan inflyasiya nəticəsində yaranan zərəri də ehtiva edir. Borclunun pul öhdəliklərini icra etməməsi nəticəsində kreditora dəyən zərərin (həmçinin inflyasiya nəticəsində yaranan zərər) həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1 -ci maddəsi ilə müəyyən olunmuş gecikdirmə faizlərinin məbləğindən çoxdursa, borcverən (kreditor) həmin Məcəllənin 449.3-cü maddəsinə əsaslanaraq bu faizlərlə əhatə olunmayan hissədə (fərq məbləğində) zərərin əvəzinin ödənilməsini borcludan tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 60 və 129-cu maddələrinin İ hissələri baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsinin şərh edilməsinə dair xx.xx.2015-ci il tarixli Qərarına əsasən; Azərbaycan Respublikası Konstitusiyasının 60 və 129-cu maddələrinin İ hissələrindən irəli gələrək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsi üzrə tərəflər məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamə üzrə tutulmalı olan pul məbləğinin, onun tam ödənilməsinədək olan müddət ərzində indeksasiyası ilə bağlı ərizə ilə məhkəməyə müraciət edə bilərlər. Məhkəmə qətnaməsinin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyası qanunun analogiyası üzrə “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən olunan indeksasiya qaydalarına uyğun olaraq həyata keçirilməlidir. "Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsinin əsasını istehlak qiymətlərinin indeksi təşkil edir. Azərbaycan Respublikasında istehlak qiymətlərinin indeksi əhalinin minimum istehlak büdcəsini hesablamaq üçün qəbul edilmiş istehlak malları və xidmətlər səbətinə uyğun olaraq dövlət, kooperativ ticarətində və xüsusi ticarətdə qiymətlərin, habelə mülkiyyət formasından asılı olmayaraq bütün xidmət sahəsi obyektlərində pullu xidmət tariflərinin dəyişilməsinin müşahidəsi nəticəsində əldə edilmiş statistika məlumatı əsasında hesablanır. İstehlak qiymətlərinin dəyişməsini respublikanın statistika orqanları tərkibində fəaliyyət göstərən xüsusi dövlət xidməti müşahidə edir. İstehlak qiymətlərinin indeksinə və pul gəlirlərinin (əmək haqqının, pensiyaların, -müavinətlərin, təqaüdlərin) artımındakı dəyişikliklərə dair məlumat, habelə Azərbaycan Respublikasında müəyyən olunmuş minimum əmək haqqı səviyyəsi və indeksləşdirmə üçün zəruri olan digər ilkin məlumat hər kvartal mətbuatda dərc edilir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyası 129-cu maddəsinin l-ci bəndinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir; İl-ci bəndinə əsasən, məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur."İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən "hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə 'şinin ədalətli və açıq araşdırılması hüququna malikdir."Moroko Rusiyaya qarşı iş üzrə" İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi ödənilməli pul məbləğlərinin indeksasiyasını məhkəmə qərarının uzun müddət icra edilməməsi nəticəsində inflyasiya itkilərinin kompensasiya olunmasının səmərəli tədbiri kimi tanımışdır. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 10 oktyabr 2017-ci il tarixli Qərarında göstərilmişdir, Konstitusiya və Beynəlxalq-hüquqi aktların tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli bərpa olunmasını təmin etməlidir.Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllə) bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 7,10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli qərarında hesab etmişdir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bu vəzifələr (qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi, əlavə qətnamənin çıxarılması, qətnamənin izah edilməsi, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, ödənilməli pul məbləğlərinin indeksasiyası) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarlarında ifadə edilmiş hüquqi mövqelərə əsasən işə baxmış məhkəmə tərəfindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qətnamənin icrası zamanı tutulmalı (ödənilməli) pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirilməsi məhz qanuni qüvvəyə minmiş qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsində nəzərdə tutulmuş indeksləşdirmənin tətbiq edilməsi zərurəti pulun inflyasiyaya uğraması ilə əlaqədardır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsində nəzərdə tutulmuş indeksləşdirmənin tətbiqi inflyasiya prosesləri ilə əlaqədar tələbkarın əmlak maraqlarının müdafiəsinin prosessual təminatıdır. Başqa sözlə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsinə əsasən qətnamənin icrası zamanı tutulmalı (ödənilməli) pul məbləğlərinin indeksasiyası tutulmuş pul məbləğlərinin dəyərinin inflyasiya şəraitində itirilməsi ilə əlaqədar (qətnamədə tutulmuş pul məbləğinin icra zamanı müvafiq pul məbləğinin dəyərini ifadə etməməsi, yəni qətnamədə tutulmuş pul məbləğinin icra zamanı dəyərsizləşməsi ilə əlaqədar) tələbkarın hüquqlarının müdafiəsinin real təminatına yönəlmişdir. Həmçinin qeyd olunmalıdır ki, indeksasiya pul vəsaitlərinin alıcılıq qabiliyyətinin qorunması üsulu olduğundan indeksasiya haqqında tələblərə iddia müddəti şamil olunmur, yəni inflyasiya ilə əlaqədar malların dəyərinin bir qayda olaraq artması səbəbindən eyni pul vəsaitləri məbləğinə müxtəlif dövrlər ərzində fərqli həcmdə mallar almaq olar. Yuxarıda qeyd olunan qanunvericilik normasına əsasən hesab edir ki, Zəngilan Rayon Məhkəməsinin 2(034)-508/2014 saylı, xx.xx.2014-cü il tarixli məhkəmə qərarı ilə müəyyən edilmiş 501 manat məbləğ indeksləşdirilərək, 2014-cü il tarixdən - 2025-ci ilin may ayınadək 202,6 faiz artımı (501 AZN x 202,6 % = 1015,02 AZN) nəzərə alaraq cəmi 1516,02 manat istehlak qiymətlərinin indeksinə uyğun olaraq həyata keçirməlidir. Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, iş çoxluğu ilə əlaqədar olaraq üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini və iş üzrə zəruri sənədlərin ərizəyə əlavə olunaraq, məhkəməyə təqdim olunmasını nəzərə alaraq, işə onların iştirakı olmadan baxılaraq, ərizənin təmin olunması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, ərizəni nəzərə alıb, işə ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Borclular X5, Borclu2, maraqlı şəxs Zəngilan rayon İcra və Probasiya Şöbəsinin və Maraqlı şəxs nümayəndəsi məhkəmə tərəfindən iclasın vaxtı və yeri barədə məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə görə işdə iştirak edən digər şəxslərin məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Ona görə də məhkəmə ərizəyə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə, ərizə və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Zəngilan Rayon Məhkəməsinin 2(034)-508/2014 nömrəli, xx.xx.2014-cü il tarixli məhkəmə əmrinin surətindən görünür ki, borclular X1 və Borclu2 müştərək qaydada 480 manat borc məbləği və 21 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 501 manat məbləğində borcun Tələbkar xeyrinə tutulması əmr edilmişdir. İş materiallarında olan Zəngilan rayon İcra Qrupunun xx.xx.2014-cü il tarixli «icraata başlamaq haqqında» qərarının surətindən görünür ki, Zəngilan Rayon Məhkəməsinin 2(034)- 508/2014 nömrəli, xx.xx.2014-cü il tarixli icra sənədi üzrə icraata başlanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinin tələbinə görə tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Həmin Məcəllənin 232.3-cü maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, «Sunny Elektronics» mağazasında fəaliyyət göstərən X9 X2 və Borclu2 qarşı ərizə ilə məhkəməyə müraciət edərək, onlardan müştərək qaydada cəmi 480 manat borcun onun xeyrinə tutulması barədə məhkəmə əmri verilməsini xahiş etmiş, Zəngilan Rayon Məhkəməsinin 2(034)-508/2014 nömrəli, xx.xx.2014cü il tarixli məhkəmə əmri ilə ərizə təmin edilmiş, borclular borclular X1 və Borclu2 müştərək qaydada 480 manat borc məbləği və 21 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 501 manat məbləğində borcun Tələbkar xeyrinə tutulması əmr edilmişdir. Məhkəmə əmri qanuni qüvvəsini aldıqdan sonra məhkəmənin xx.xx.2014-cü il tarixli məktubu ilə icra olunması üçün Zəngilan rayon İcra şöbəsinə göndərilmiş, şöbə tərəfindən xx.xx.2014-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Bundan başqa tələbkarın məhkəməyə müraciəti əsasında məhkəmə əmri təkrar olaraq icraya yönəlilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, ərizəçi Zəngilan Rayon Məhkəməsinin 2(034)-508/2014 saylı, xx.xx.2014-cü il tarixli məhkəmə qərarı ilə müəyyən edilmiş və icra müddəti ərzində borclular tərəfindən tələbkara ödənilməyən əsas 501 manat məbləğ indeksləşdirilərək 2014-cü il tarixdən - 2025-ci ilin may ayınadək 202,6 faiz artımı (501 AZN x 202,6 % = 1015,02 AZN) nəzərə alaraq, cəmi 1516,02 manat məbləğində borcun ona ödənilməsini tələb etsə də, tələbin əsasını təşkil edən sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, məhkəmə göstərilənləri nəzərə alaraq, hesab edir ki, ərizəçi Tələbkar borclular X2, Borclu2, maraqlı şəxs Zəngilan rayon İcra və probasiya şöbəsinə və Maraqlı şəxsnə qarşı “ödənilməli pul məbləğinin indeksasiya olunması” barədə ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Ərizəçi Tələbkar borclular X2, Borclu2, maraqlı şəxs Zəngilan rayon İcra və probasiya şöbəsinə və Maraqlı şəxsnə qarşı “ödənilməli pul məbləğinin indeksasiya olunması” barədə ərizəsi təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Zəngilan Rayon Məhkəməsinə şikayət («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar