Məhkəmə qərarları › İş №8(034)-3/2023

Zəngilan Rayon Məhkəməsi Qərardad — İş №8(034)-3/2023

24.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zəngilan rayonu İş № 8(034)-3/2023 24.10.2023 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, Bakı şəhəri Xətai rayon icra şöbəsinin icra məmuru X3, Tələbkar Maraqlı şəxs Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə, Zəngilan Rayon Məhkəməsinin 2(034)-15/2018 nömrəli, 01 oktyabr 2018-ci il tarixli icra vərəqəsinə izah verilməsi barədə Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru X5 tərəfindən verilmiş ərizəyə baxaraq, MÜƏYYƏN ETDİ: Zəngilan Rayon Məhkəməsinin 2(034)-15/2018 nömrəli, 01 oktyabr 2018-ci il tarixli icra vərəqəsinə izah verilməsi barədə Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru X5 ərizə ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, Zəngilan Rayon Məhkəməsinin 2(034)-15/2018 nömrəli, 01 oktyabr 2018-ci il tarixli icra vərəqəsinə «İcra haqqında» Qanunun 14-cü maddəsinə əsasən qeyd olunan məsələlər üzrə izah verilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Xətai rayon icra şöbəsinin icraatında olan Zəngilan Rayon Məhkəməsinin 2(034)-15/2018 saylı, xx.xx.2018- ci il tarixli icra vərəqəsinə əsasən, Borclu1, Borclu2, Borclu3, Borclu4, Borclu5 və Borclu6 müştərək qaydada 115898,05 ABŞ dolları, 123 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Tutma ipotekaya qoyulmuş mülkiyyət hüququ üzrə Borclu2 məxsus Xətai rayonu, Gen.Şıxlinski küçəsi, ev 54-də yerləşən 48.64 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 4 nömrəli xüsusi mülkiyyətli mənzilə, Borclu1 məxsus Bakı şəhəri, Xətai rayonu, Gen.Mehmandarov küç, ev 20 B-də yerləşən 9 mərtəbəli binanın 1-ci girişində, 3-cü mərtəbəsində yerləşən 46,73 kv.m yaşayış sahəsindən İbarət 3 otaqlı, 5 saylı mənzilə, Borclu6 məxsus Bakı şəhəri, Xətai rayonu, Gen.Mehmandarov küç, ev 48-də yerləşən 9 mərtəbəli binanın, 4-cü mərtəbəsində yerləşən 46,74 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 62 saylı mənzilə yönəldilməlidir. İpoteka predmeti olan Borclu2 məxsus Xətai rayonu, Gen.Şıxlinski küçəsi, ev 54-də yerləşən 48.64 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 4 nömrəli xüsusi mülkiyyətli mənzil 83.000 manat ilkin satış qiyməti ilə açıq hərracdan satılmalıdır. Borclu1 məxsus Bakı şəhəri, Xətai rayonu, Gen.Mehmandarov küç, ev 20 B-də yerləşən 9 mərtəbəli binanın 1-ci girişində, 3-cü mərtəbəsində yerləşən 46,73 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 5 saylı mənzil 82.000 manat ilkin satış qiyməti ilə açıq hərracdan satılmalıdır. Borclu6 məxsus Bakı şəhəri, Xətai rayonu, Gen.Mehmandarov küç, ev 48-də yerləşən 9 mərtəbəli binanın, 4-cü mərtəbəsində yerləşən 46,74 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 62 saylı mənzil 70.000 manat ilkin satış qiyməti ilə açıq hərracdan satılmalıdır. Satışdan əldə edilən vəsait hesabına borcluların tələbkara olan borcu ödənilməlidir. Hərracdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Borclu1, Borclu2, Borclu3, Borclu4, Borclu5 və Borclu6 müştərək qaydada tutulmalıdır. Borc ödənildikdən sonra qalan məbləğ borclular Borclu1, Borclu2, Borclu3, Borclu4, Borclu5 və Borclu6 qaytarılmalıdır. Bakı şəhəri, Xətai rayonu, Gen.Şıxlinski küçəsi, ev 54-də yerləşən 48.64 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 4 nömrəli xüsusi mülkiyyətli mənzil açıq hərracda satıldıqdan 1 ay sonra Borclu2 mənzilinə istifadə hüququ itirilməli, o, həmin mənzildən çıxarılmalıdır mənzil boşaldılmalıdır. Bakı şəhəri, Xətai rayonu, Gen.Mehmandarov küç, ev 20 B-də yerləşən 9 mərtəbəli binanın 1ci girişində, 3-cü mərtəbəsində yerləşən 46,73 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 5 saylı mənzil açıq hərracda satıldıqdan 1 ay sonra Borclu1 mənzilinə istifadə hüququ itirilməli, o, həmin mənzildən çıxarılmalıdır və mənzil boşaldılmalıdır. Bakı şəhəri, Xətai rayonu, Gen.Mehmandarov küç, ev 48-də yerləşən 9 mərtəbəli binanın, 4-cü mərtəbəsində yerləşən 46,74 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 62 saylı mənzil açıq hərracda satıldıqdan 1 ay sonra Borclu6 mənzilinə istifadə hüququ itirilməli, o, həmin mənzildən çıxarılmalıdır və mənzil boşaldılmalıdır. Sözügedən icra sənədi Xətai rayon icra şöbəsinin icraatına xx.xx.2019-cu il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icrası barədə bildirişlə birlikdə borcluya, məlumat üçün tələbkar və müvafiq məhkəməyə göndərilmişdir. İcra sənədinin icrası zamanı borclulardan Borclu1 xx.xx.2019-cu il tarixdə öldüyü müəyyən olunmuş və bu səbəbdən icra sənədi ona aid hissədə “İcra haqqında” qanun 17.1.1 -ci maddəsinə əsasən icraat dayandırılmışdır. Tərəflərindən xx.xx.2019-cu il tarixdə ölmüş Borclu1 miras qalmış əmlakının qəbuluna dair vərəsəlik işinin açılıb-açılmaması ilə bağlı 36 saylı Notariat Ofisinə sorğu edilmiş, 36 saylı Notariat Ofisinin cavab məktubunda Borclu1 qalmış mirasın qəbulu ilə əlaqədar oğlu X2 ərizəsi əsasında 36 saylı Notariat Ofisində vərəsəlik işi açıldığı, lakin vərəsəlik hüququ haqqında şəhadətnamə verilmədiyi bildirilmişdir. Bundan sonra tələbkar "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ərizə ilə şöbəyə müraciət edərək qeyd edilən xüsusatlara aydilıq gətirilməsi və icra sənədinin hansı formada icra olunması ilə bağlı izah verilməsi üçün müvafiq məhkəməyə müraciət edilməsini xaish etmişdir.. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Xətai rayon icra şöbəsinin icra məmuru X5 ərizəni müdafiə edib, ərizənin məzmununa uyğun izahatına əlavə olaraq bildirmişdir ki, 109.000 borc qalmışdır. Borc 167.000 ABŞ dolları məbləğində olmuşdur. İki kredit müqaviləsi olmuşdur. Bu işlə ilk dəfədir rasatlaşmışdır. Notariusla əlaqəli vərəsəlik yoxdursa, icra məmuru kimi tədbir təsdiqləyən sənəd görə bilmirik. Ailə üzvləri həmin evdə yaşayırlar. Qaz, su ödənişləri həmin tərəfin ailə üzvləri tərəfindən ödənilir. Sonda ərizənin vermiş orqanın nümayəndəsi məhkəmədən ərizənin təmin olunmasını xahiş etdi . Məhkəmə iclasında iştirak edən tələbkar Maraqlı şəxs Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 izahatında bildirmişdir ki, Borclu1 rəhmətə getdikdən sonra icra şöbəsində icra dayandırılmışdır. İcra işi dayandırıldıqdan sonra vəkil sorğusu ilə orda kimlərin yaşayıbyaşamaması, əmlakdan istifadə ilə bağlı sorğular verilmişdir. Sorğuya cavab olaraq bildirilmişdir ki, ev 20, mənzil 5-də rəhmətə gedən Borclu1 məskunlaşmışdır. Həmin ərazi üzrə icra nümayəndəliyinə müraciət edilmiş, cavab olaraq orada Gülər, Qəmər, Rəşad Həsənov, yəni Nurəddinin ailə üzvləri yaşayırlar. 36 saylı Notariat ofisi tərəfindən verilmiş cavaba əsaəsn vərəsəlik işi açılmış, lakin vərəsəlik şəhadətnaməsini götürməmişdir. Ondar sənədləri toplayıb vəsatətlə Xətai rayon İcra şöbəsinə müraciət etmişlər. Vəsatətlərinin əsası həmin əmlakın faktiki olaraq qəbul olunmaı və idarə olunması görsənir. Notariusa müraciət olunmuş, nə olsun ki, şəhadətnamə verilməmiş, hər bir halda müraciət edilmişdir. Bu günkü gün bankın istədiyi, xahişi bundan ibarətdir ki, tərəflər cəlb olunsun və onlara münasibətdə icra sənədinin icrasının dayandırılması ləğv olunsun. Sonda isə tələbkarın nümayəndəsi məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. İş üzrə borclular məhkəmə iclası barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 230.4-cü maddəsinə əsasən qətnaməyə izah verilməsi məsələsinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edilmişdir. Məhkəmə Zəngilan Rayon Məhkəməsinin 2(034)-15/2018 nömrəli, 01 oktyabr 2018-ci il tarixli icra vərəqəsinə izah verilməsi barədə ərizəni və ona əlavə edilmiş sənədləri, 2(034)- 15/2018 saylı mülki işin materiallarını araşdıraraq və tərəflərin izahatlarını dinləyərək hesab edir ki, icra məmuru X3 Zəngilan Rayon Məhkəməsinin 2(034)-15/2018 nömrəli, 01 oktyabr 2018-ci il tarixliicra vərəqəsinə izah verilməsi barədə ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim, apellyasiya məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Qətnamə kifayət qədər aydın, anlaşılan ifadələrlə tərtib edilmiş, qətnamənin nəticə hissəsində qətnamənin icra qaydası və üsulu dəqiq göstərilmişdir. 2(034)-15/2018 saylı mülki işin materiallarından görünür ki, qətnamənin icra üsulunun və qaydasının dəyişidirilməsi barədə tərəflərin hər-hansı birinin müraciəti və bu barədə məhkəmə qərardadı mövcud deyildir. Belə olan halda, məhkəmə qətnaməsinin nəticə hissəsində qeyd olunduğu kimi, icra haqqında qanunun tələblərinə uyğun icra edilməlidir. Göstərilənlərə əsasən, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru X3 Zəngilan Rayon Məhkəməsinin 2(034)-15/2018 saylı, 01 okyabr 2018-ci il tarixli qətnaməsinə izah verilməsi barədə ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 230, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru X3 Zəngilan Rayon Məhkəməsinin 2(034)-15/2018 saylı, 01 okyabr 2018-ci il tarixli icra sənədinə izah verilməsi barədə ərizəsi təmin edilməsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Zəngilan Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar