Məhkəmə qərarları › İş №8(034)-30/2025

Zəngilan Rayon Məhkəməsi Qərardad — İş №8(034)-30/2025

01.10.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zəngilan rayonu İş № 8(034)-30/2025 01.10.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi ilə, Tələbkar Borclu qarşı «pulun indeksasiyası barədə» ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, Müəyyən etdi: Tələbkar Borclu qarşı «pulun indeksasiyası barədə» ərizə ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, Zəngilan Rayon Məhkəməsinin 2(034)-92/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə hazırki tarixədək ödənməli məbləği indeksasiya tətbiq etməklə (11052+1049,94=1210,94) ümumilikdə 12101,94 manat məbləğin Borclu tutularaq ona ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tələbkar ərizəsini onunla əsaslandırmışdır ki, Zəngilan Rayon Məhkəməsinin 2(034)- 92/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddia təmin edilmiş, iddiaçı Tələbkar ilə cavabdeh Borclu arasında xx.xx.2008-ci il tarixdə Zəngilan rayon VVADQ şöbəsində bağlanmış nikah pozulmuş, akt qeydləri kitabındakı 15 saylı nikah qeydi ləğv edilmiş, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2013cü il təvəllüdlü X4 anaları Tələbkar himayəsində saxlanılmış, cavabdeh Borclu xx.xx.2009-cu il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx.xx.2022-ci il tarixindən başlayaraq, hər ay hər uşağa 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Tələbkar xeyrinə ödənilməsi qət edilmişdir. Sabunçu rayon İcra şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışa əsasən icra vərəqəsi üzrə borclu tərəfindən cəmi 1300 manat ödəniş edilmiş, hazırki tarixə 11052 manat ödənilməmiş aiiment borcu vardır. Borclu qanuni qüvvəsini almış qətnaməni icra etməmək üçün müxtəlif üsulardan istifadə etməklə icra məmurunun çağrışlarına gəlməməklə məhkəmə qətnaməsinin icrasından yayınmışdır. Dövlət Statistika Komitəsinin internet saytında olan “istehlak qiymətləri indeksinin hesablanmasına dair kalkulyator” vasitəsilə 2025-ci ildə iyun ayında 2022-ci ilin dekabr ayına nisbətən istehlak qiymətləri indeksi 109.5 faiz təşkil etmiş, yəni qiymətlərin səviyyəsi 9.5 faiz artmışdır. Qüvvədə olan qanunvericiliyə görə borclu tərəfindən hazırki tarixədək ona ödənilməli olan 11052 manat məbləğə 9.5 faiz indeksasiya tətbiq edilməlidir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası 232.2-ci maddəsinə görə ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə ərizəyə tələbkarların və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni, ona əlavə edilmiş sənədləri və icra işinin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. -İş materiallarında olan Zəngilan Rayon Məhkəməsinin 2(034)-92/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Tələbkar ilə cavabdeh Borclu arasında xx.xx.2008-ci il tarixdə Zəngilan rayon VVADQ şöbəsində bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X4 anaları Tələbkar himayəsində saxlanılmış, cavabdeh Borclu xx.xx.2009-cu il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx.xx.2022-ci il tarixindən başlayaraq, hər ay hər uşağa 193 manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Tələbkar xeyrinə ödənilməsi müəyyən edilmişdir. -İş materiallarında olan Sabunçu rayon İcra Şöbəsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Zəngilan Rayon Məhkəməsinin 2(034)-92/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu tərəfindən Tələbkar 1300 manat pul ödənilmiş, Borclu xx.xx.2025-ci ilədək olan borcu 11.052 manat təşkil edir. -İş materiallarında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 9/4270 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, 2023-cü ilin aprel ayından 2025-ci ilin avqust ayınadək 11.052,0 manat məbləğində pul vəsaitinin Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin www.stat.gov.az saytında müəyyənləşdirdiyi istehlak qiymətləri indeksi, yəni 6,1% artım ilə hesablanmaqla 2025-ci ilin avqust ayı tarixinə hesablanmış cari dəyəri 11726,17 manat məbləğində müəyyən edilir. O cümlədən ödənilməli əsas məbləğ 11052,0 manat, istehlak qiymətləri indeksi isə 674,17 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. İndeksasiya dedikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan pul məbləğinin qanunla müəyyən edilmiş əsaslarla və qaydada artırılması başa düşülür. Pul məbləğlərinin indeksasiyası, hər şeydən əvvəl istehlak qiymətlərinin artması ilə əlaqədardır və həmin məbləğin dəyərini qorumaqla vətəndaşın qanuni mənafeyini müdafiə etmək məqsədi daşıyır. Ödənilməli olan pul vəsaiti inflyasiya və s. kimi mənfi iqtisadi proseslər nəticəsində öz dəyərini əhəmiyyətli şəkildə itirmişdirsə və bununla əlaqədar olaraq həmin məbləğin alıcılıq qabiliyyəti aşağı düşmüşdürsə, belə hallarda məhkəmə prosesi tərəflərinin pozulmuş hüquqlarının bərpası üçün həmin məbləğin indeksasiya edilməsi zərurəti yaranır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı Tələbkar cavabdeh Borclu qarşı “nikahın pozulması, uşaqların ananın yanında saxlanması və aliment” tələbinə dair iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Borclu arasında xx.xx.2008-ci ildə qeyd edilmiş nikahın pozulması, xx.xx.2009-cu il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X3 ananın yanında saxlanması və uşaqların saxlanması üçün cavabdehdən hər uşağa görə 193 manat, cəmi 386 manat miqdarında alimentin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Zəngilan Rayon Məhkəməsinin 2(034)-92/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X4 anaları Tələbkar himayəsində saxlanılmış, cavabdeh Borclu xx.xx.2009-cu il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx.xx.2022-ci il tarixindən başlayaraq, hər ay hər uşağa 193 manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Tələbkar xeyrinə ödənilməsi qət edilmiş, borclu məhkəmə qətnaməsinə əsasən verilmiş icra sənədi üzrə tələbkara cəmi 1300 manat ödəniş etmiş, qalan məbləğ isə ödənilməmiş və tələbkar hazırkı tarixədək ödənməli məbləği indeksasiya tətbiq etməklə (11052+1049,94=1210,94) ümumilikdə 12101,94 manat məbləğin borcludan tutularaq ona ödənilməsi tələb etsə də, məhkəmə indeksləşdirmə nəticəsində borcludan tutulacaq pul vəsaitini Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 9/4270 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyinə əsasən tutulmasını məqsədəmüvafiq hesab edir. Belə ki, 2023-cü ilin aprel ayından 2025-ci ilin avqust ayınadək 11.052,0 manat məbləğində pul vəsaitinin Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin www.stat.gov.az saytında müəyyənləşdirdiyi istehlak qiymətləri indeksi, yəni 6,1% artım ilə hesablanmaqla 2025-ci ilin avqust ayı tarixinə hesablanmış əsas məbləğ 11.052,0 manat, istehlak qiymətləri indeksi isə 674,17 manat olmaqla, cari dəyəri 11.726,17 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə 2025-ci ildə avqust ayında 2023-cü ilin aprel ayına nisbətən istehlak qiymətlərinin indeksi 106.1 faiz təşkil etməsi, yəni qiymətlərin səviyyəsi 6.1 faiz artması nəzərə alınmaqla tələbkarın xeyrinə tutulmalı 11.052 manat pul məbləğinin indeksasiya edilməklə artırılmış hissəsi 674,17 manat olmaqla, cəmi 11.726,17 manatın Borclu tutulması qənaətinə gəlir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Zəngilan Rayon Məhkəməsinin 2(034)-92/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə tutulmalı olan 11.052 manat məbləğin indeksasiya olunaraq 11.726,17 manatın borcludan tutulması hər iki tərəfə münasibətdə ədalətli və ağlabatandır. İndeksləşdirmə nəticəsində borcludan əlavə tutulacaq pul vəsaitini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatlarını əsas kimi qəbul edir və indeksləşmənin məbləğini riyazi hesablama üsulu ilə aşağıdakı qaydada müəyyən edir: 11.052,0 x106,1%=11.726,17 manat pul vəsaitinin 6,1%-i 11.726,17 manat təşkil edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, Zəngilan Rayon Məhkəməsinin 2(034)-92/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Tələbkar ödənilməli olan 11.052 manat pul vəsaiti indeksasiya edilərək, 2023-cü ilin aprel ayından 2025-ci ilin avqust ayınadək Azərbaycan Respublikası ərazisində Dövlət Statistika Komitəsinin məlumatına əsasən istehlak qiymətlərinin 6.1% artması nəzərə alınmaqla hesablanmış 11.726,17 manat məbləğində pul vəsaiti Borclu alınaraq Tələbkar ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Ərizə qismən təmin edilsin. Zəngilan Rayon Məhkəməsinin 2(034)-92/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Tələbkar ödənilməli olan 11.052 manat pul vəsaiti indeksasiya edilərək, 2023-cü ilin aprel ayından 2025-ci ilin avqust ayınadək Azərbaycan Respublikası ərazisində Dövlət Statistika Komitəsinin məlumatına əsasən istehlak qiymətlərinin 6.1% artması nəzərə alınmaqla hesablanmış 11.726,17 manat məbləğində pul vəsaiti Borclu alınaraq Tələbkar ödənilsin. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Zəngilan Rayon Məhkəməsinə şikayət («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Sədrik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar