Məhkəmə qərarları › İş №8(034)-4/2022

Zəngilan Rayon Məhkəməsi Qərardad — İş №8(034)-4/2022

12.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zəngilan rayonu İş № 8(034)-4/2022 12.04.2022 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi, Təqdimatı vermiş orqanın nümayəndəsi Bakı şəhəri Nəsimi rayon icra və probasiya şöbəsinin icra məmuru X4, Borclu X1, Tələbkar Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakları ilə, Zəngilan Rayon Məhkəməsinin 2(034)-23/2019 nömrəli 22.10.2019-cu il tarixli icra sənədi üzrə tələbin borclunun üçüncü şəxslərdə olan əmlakına həbs qoyulmasına dair Bakı şəhəri Nəsimi rayon icra və probasya şöbəsinin icra məmuru Aydın Hümbəovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon icra və probasya şöbəsinin icra məmuru Aydın Hümbəov təqdimatla Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, Maraqlı şəxs məxsus əmanət X1 24.02.2015-ci tarixli kredit müqaviləsi üzrə bank qarşısında olan öhdəliyinə təminat olan 80606 ABŞ dolları məbləğində əmanətin üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Zəngilan Rayon Məhkəməsinin 2(034)- 23/2019-018 nömrəli, 22.10.2019-cu il tarixli icra sənədinə əsasən Borclu 103198 ABŞ dolları məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (Ləğv prosesindədir) xeyrinə ödənilməlidir. İcra sənədi 06.12.2019cu il tarixdə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir.İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə borclu X1 icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. İcraat zamanı "xxxx" ASC-nin **********893 saylı məktubundan məlum olmuşdur ki, Maraqlı şəxs məxsus əmanət X1 24.02.2015-ci il tarixli kredit müqaviləsi üzrə bank qarşısında olan öhdəliyinə təminat olaraq çıxış edir. Bundan başqa icra sənədinin verilməsinə əsas olan məhkəmə qətnaməsində borcluya 24.02.2015-ci il tarixli kredit müqaviləsi əsasında kredit verildiyi göstərilmişdir. Daha sonra "xxxx" ASC-nin **********213 saylı məktubundan məlum olmuşdur ki, Maraqlı şəxs 80606 ABŞ dolları məbləğində kreditor tələbi "Banklar haqqında" Azərbaycan Respublikası Qanununun 77.1 -ci maddəsinə uyğun olaraq ləğv prosesində olan "xxxx" ASC tərəfindən 1973 nömrəsi ilə kreditorların reyestrinə daxil edilmiş və bu qanunun 82-ci maddəsinə əsasən növbəlilik qaydasında ödəniləcəyi bildirilmişdir. "İcra haqqında” Azərbaycan Respublikası Qanununun 47.1-ci maddəsinə əsasən tələbin borclunun üçüncü şəxslərdə olan əmlakına yönəldilməsi, üçüncü şəxslərin mənzilinə daxil olma, orada baxış keçirmə, saxlama yerlərini açma və baxma məhkəmənin qərardadı əsasında həyata keçirilir və həmin qanunun 47.2-ci maddəsinə əsasən borclunun üçüncü şəxslərdə olan əmlakına həbs qoyulması yalnız məhkəmənin qərardadı əsasında həyata keçirilir. Bundan başqa, "İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi haiiarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir. Sonda təqdimatda Maraqlı şəxs məxsus əmanət X1 24.02.2015-ci tarixli kredit müqaviləsi üzrə bank qarşısında olan öhdəliyinə təminat olan 80606 ABŞ dolları məbləğində əmanətin üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsini xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən təqdimatı vermiş orqanın nümayəndəsi Bakı şəhəri Nəsimi rayon icra və probasiya şöbəsinin icra məmuru X6 təqdimatı müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən borclu X3 izahatında bildirmişdir ki, etibarlı adam kimi dostu olan Maraqlı şəxs adına banka əmanət qoyaraq həmin əmanət əsasında "xxxx" Açıq Səhmdar Cəmiyyətindən bina tikmək üçün kredit götürmüşlər. Olimpiada vaxtı binanı tikmiş, lakin binanı alan şəxs rəhmətə getdiyindən işlərində problemlər yaranmış və bu səbəbdən də banka ödəniş edə bilməmişdir. Həmçinin bank götrüdükləri kreditə faizlər hesablasada, depozitə faiz hesablamamışdır. Əgər gələcəkdə depozitdə olan pul borcun bağlanmsına kifayət etməzsə, başqa bankda olan 25.000 ABŞ dolları dopozitin hesabına borcu bağlaya bilcəyini bildirmişdir. Sonda isə təqdimatın təmin olunmasına etiraz etmədi. Məhkəmə iclasında iştirak edən tələbkar Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 izahatında həmin pulun mövcudluğu ilə bağlı rəsmi məktubun olmasını, rəsmi məktubun isə sənəd əsasında verilməsini bildirərək məhkəmədən təqdimatın təmin olunmasını xahiş etdi. Məhkəmə təqdimatı, proses iştirakçılarını, təqdimata əlavə olunan sənədləri, icra işini araşdırıb hesab edir ki, təqdimat təmin edilməlidir. İş materiallarında olan Zəngilan Rayon Məhkəməsinin 22.10.2019-cu il tarixli 2 (034)-23/2019 saylı icra vərəqəsindən görünür ki, qətnamə qanuni qüvvəsini aldıqdan sonra 26.11.2019-cu il tarixdə icraya yönəldilmişdir. İş materialların olan qərarın surətindən görünür ki, Bakı şəhəri Nəsimi rayon icra və probasya şöbəsinin icra məmuru Elvin Qulubəyli tərəfindən 06.12.2019-cu il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin **********893 saylı 09.06.2020-ci il tarixli məktubundan aydın olur ki, Maraqlı şəxs məxsus əmanət X1 24.02.2015-ci il tarixli kredit müqaviləsi üzrə bank qarşısında olan öhdəliyinə təminat olaraq çıxış edir. İş materiallarında olan "xxxx" ASC-nin **********213 saylı 13.10.2020-ci il tarixli məktubundan məlum olur ki, Maraqlı şəxs 80606 ABŞ dolları məbləğində kreditor tələbi "Banklar haqqında" Azərbaycan Respublikası Qanununun 77.1-ci maddəsinə uyğun olaraq ləğv prosesində olan "xxxx" ASC tərəfindən 1973 nömrəsi ilə kreditorların reyestrinə daxil edilmiş və bu qanunun 82-ci maddəsinə əsasən növbəlilik qaydasında ödəniləcəyi bildirilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 47.1-ci maddəsinin tələbinə görə tələbin borclunun üçüncü şəxslərdə olan əmlakına yönəldilməsi, üçüncü şəxslərin mənzilinə daxil olma, orada baxış keçirmə, saxlama yerlərini açma və baxma məhkəmənin qərardadı əsasında həyata keçirilir. Həmin Qanunun 47.2-ci maddəsinə əsasən borclunun üçüncü şəxslərdə olan əmlakına həbs qoyulması yalnız məhkəmənin qərardadı əsasında həyata keçirilir. Həmin Qanunun 50.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir.İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, təqdimat təmin edilməli, və Maraqlı şəxs məxsus əmanət X1 24.02.2015-ci tarixli kredit müqaviləsi üzrə "xxxx" ASC qarşısında olan öhdəliyinə təminat olan 80606 ABŞ dolları məbləğində əmanətin üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Maraqlı şəxs məxsus əmanət X1 24.02.2015-ci tarixli kredit müqaviləsi üzrə "xxxx" ASC qarşısında olan öhdəliyinə təminat olan 80606 ABŞ dolları məbləğində əmanətin üzərinə həbs qoyulsun. Qərardaddan 10 (on) gün müddətində Zəngilan Rayon Məhkəməsinə şikayət verilə bilər Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar