Azərbaycan Respublikası adından QƏRARDAD Zəngilan rayonu İş № 8(034)-4/2025 03.02.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Zəngiln Rayon Məhkəməsinin hakimi İmanova Gülsarə Kərimovna, Tələbkar Borclu qarşı «alimentin indeksasiyası» barədə ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: Tələbkar Borclu qarşı «alimentin indeksasiyası» barədə ərizə ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, Borclu ilə rəsmi nikahlarından olan xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yetkiinlik yaşlarına çatanadək saxlanmaları üçün Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(041)-1028/2021 nömrəli qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, indeksiyası üzrə minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tələbkar X1 ərizə ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək ərizənin və ona əlavə edilmiş sənədlərin qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 231.1-ci maddəsinə əsasən İşə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin Məcəllənin 231.2-ci maddəsinə əsasən Həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Ərizəyə əlavə olunmuş sənədlərdən göründüyü kimi, aliment Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(041)-1028/2021 nömrəli qətnaməsi ilə tutulmuşdur.Yuxarıda qeyd olunan qanunun tələbinə görə qətnamənin icra üsulunu və qaydasını dəyişdirilməsinə dair ərizəyə də həmin məhkəmədə baxılmalıdır. Eyni zamanda, tələbkarın ərizənin və ona əlavə edilmiş sənədlərin qaytarılmasına dair ərizəsi məhkəməyə daxil olduğundan, hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 263, 264, 268-ci maddələrini rəhbər tutaraq və göstərilənləri nəzərə alıb QƏRARA ALDİM: Tələbkar Borclu qarşı «alimentin indeksasiyası» barədə ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Zəngilan Rayon Məhkəməsinə şikayət («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №8(034)-4/2025
Zəngilan Rayon Məhkəməsi Qərardad — İş №8(034)-4/2025
03.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver