Azərbaycan Respublikası adından QƏRARDAD Zəngilan rayonu İş № 8(034)-5/2022 14.06.2022 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi ilə, Abşeron rayon İcra və probasiya şöbəsinin 2019-cu il tarixli qərarının ləğv edilməsi barədə Tələbkar Açıq Səhmdar Cəmiyyətinin şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Tələbkar Açıq Səhmdar Cəmiyyəti şikayət ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək Zəngilan Rayon Məhkəməsinin 19 sentyabr 2016-cı il tarixli 2(034)- 1245/2016 saylı məhkəmə əmri üzrə Abşeron rayon İcra və probasiya şöbəsinin 2019-cu il tarixli icraata xitam verilməsi haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Zəngilan Rayon Məhkəməsinin 19 sentyabr 2016-cı il tarixli, 2(034)-1245/2016 saylı məhkəmə əmrinə əsasən cavabdeh Borclu iddiaçı Tələbkar ASC-nin xeyrinə 2860,25 manat məbləğində borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması əmr edilmişdir. İcra sənədi icra edilməsi üçün xx.xx.2017-ci il tarixində Abşeron rayon icra və probasiya şöbəsinə verilmiş, icra sənədi üzrə icraata başlanılmışdır.Göstərilən icra sənədi üzrə icraata Abşeron rayon icra və probasiya şöbəsinin icra məmuru X1 tərəfindən 2019-cu il tarixdə xitam verilməsi qərara alınmış və həmin qərar şöbə rəisi tərəfindən təsdiq olunmuş, tərəflərə təqdim olunması üçün 17/75-489/2-1 saylı, 2019-cu il tarixli məktub tərtib olunmuşdur. Lakin qeyd edilən qərar Tələbkar ASC-yə təqdim olunmamışdır.Qeyd edilən qərarın qəbul olunması əsası kimi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 551 nömrəli Fərmanından irəli gələn tələblər qeyd olunmuşdur. Lakin göstərilən Fərmanın və Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının ********** saylı, 27 mart 2019-cu il tarixli “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın tələbləri nəzərə alınmamışdır. Belə ki, yuxarıda adı çəkilən Fərmanın 6.2-ci bəndinə əsasən, Fərmanın qəbul olunduğu tarixdən bir ay müddətində fiziki şəxslərin vaxtı keçmiş kreditlərə hesablanmış faizlərinin silinməsi və məhkəmədə olan işlərin geri çağırılmasının təmin etməsi banklara həvalə olunmuşdur. Həmçinin qeyd edilən Qaydanın 6.3-cü bəndi üzrə kredit borcunun restrukturizasiya olunması məqsədilə fiziki şəxslə kredit təşkilatı arasında yeni güzəştli kredit müqaviləsi bağlanılmadır.Qeyd olunan xüsusatlarla yanaşı, Zəngilan Rayon Məhkəməsinin 19 sentyabr 2016-cı il tarixli, 2(034)-1245/2016 saylı məhkəmə əmrinə dair icraata xitam verilməsi haqqında qərar qəbul olunarkən icra qurumu tərəfindən Tələbkar ASC-nin rəyi alınmamış, borclu ilə bank arasında restrukturizasiya müqaviləsinin bağlanılıb-bağlanılmadığı dəqiqləşdirilməmiş, qeyd olunan qərar banka təqdim olunmamışdır. Qərar yalnız xx.xx.2022-ci il tarixində tələbkara təqdim olunmuşdur.Hazırda Zəngilan Rayon Məhkəməsinin 19 sentyabr 2016-cı il tarixli, 2(034)-1245/2016 saylı məhkəmə əmri üzrə cavabdeh Borclu banka borcu 2263,49 manat təşkil edir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və mülki işin materiallarını nəzərdən keçirərək, hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Zəngilan Rayon Məhkəməsinin 19 sentyabr 2016-cı il tarixli, 2(034)-1245/2016 saylı məhkəmə əmrinin surətindən görünür ki, Borclu 2243,49 manat əsas, 616.76 manat faiz borcu və dövlət rüsumu olaraq ödənilmiş 20 manat, cəmi 2880.25 manat məbləğində pulu tutularaq kreditor “Kapital Bank» ASC-yə ödənilməsi əmr edilmişdir. İş materiallarında olan Zəngilan Rayon İcra şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə Zəngilan Rayon Məhkəməsinin 2(034)-1245/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. İş materiallarında olan Abşeron rayon icra və probasiya şöbəsinin icra məmuru X1 tərəfindən 2019-cu ildə Zəngilan Rayon Məhkəməsinin 2(034)-1245/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda İcra sənədi üzrə icraata xitam verilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, icra sənədi üzrə icraata xitam verilməsinin əsası kimi icra qurumu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 551 nömrəli Fərmanından irəli gələn tələbləri qeyd etsə də, Zəngilan Rayon Məhkəməsinin 19 sentyabr 2016-cı il tarixli, 2(034)-1245/2016 saylı məhkəmə əmrinə dair icraata xitam verilməsi haqqında qərar qəbul olunarkən icra qumuru tərəfindən Tələbkar ASC-nin rəyi alınmamış, həmçinin borclu ilə bank arasında restrukturizasiya müqaviləsinin bağlanılıb-bağlanılmadığı dəqiqləşdirilməmişdir. Bu da onu göstərir ki, icra qurumu icra sənədi üzrə borcun tam olaraq ödənilmədiyi halda icra sənədi üzrə icraata xitam verilməsi barədə qəbul etdiyi qərar qanunvericiliyin tələblərinə ziddir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Şikayət təmin edilsin. Zəngilan Rayon Məhkəməsinin 19 sentyabr 2016-cı il tarixli 2(034)-1245/2016 saylı məhkəmə əmri üzrə Abşeron rayon İcra və probasiya şöbəsinin 2019-cu il tarixli icraata xitam verilməsi haqqında qərarı ləğv edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Zəngilan Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №8(034)-5/2022
Zəngilan Rayon Məhkəməsi Qərardad — İş №8(034)-5/2022
14.06.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver