Azərbaycan Respublikası adından QƏRARDAD Zəngilan rayonu İş № 8(034)-51/2025 29.12.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi ilə, Tələbkar Borclu qarşı “alimentin indeksasiya olunmasına dair” ərizəsinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Tələbkar Borclu qarşı “alimentin indeksasiya olunmasına dair” ərizə ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, Zəngilan Rayon Məhkəməsinin 2(034)-93/2021 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin icra üsulu dəyişdirilərək, həmin qətnamə ilə Borclu xx.xx.2009-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay tutulan 150 manat sabit pul məbləğində alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının müvafiq misli həddində indeksasiya olunması barədə barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tələbkar ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdeh Borclu ilə xx.xx.2007-ci il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuş, bu nikahdan onların xx.xx.2007-cii il təvəllüdlü X6 və xx.xx.2009-ci il təvəllüdlü X5 adlı iki övladları var. Cavabdehlə ailə münasibətləri alınmadığından Zəngilan Rayon Məhkəsəinin 2(034)-93/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə aralarında olan xx.xx.2007-ci il tarixdə Zəngilan Rayon VVADQ şöbəsində bağlanmış nikah pozulmuş, xx.xx.2007-cii il təvəllüdlü X6 və xx.xx.2009-ci il təvəllüdlü X5 onun himayəsində saxlanılmışlar. Həmin qətnamə ilə cavabdeh Borclu xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2009ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün 06 noyabr 2020-ci il tarixindən başlayaraq, hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması qət edilmişdir. Hazırda birgə nikahdan olan xx.xx.2007-ci il təvəllüdlü X6 artıq yetkinlik yaşıa çatdığına görə ona cavabdeh tərəfindən ödənilən aliment kəsilmiş, xx.xx.2009-ci il təvəllüdlü X5 isə yetkinlik yaşına çatmamış və ona ödənilən 150 manat aliment uşağın heç bir təlabatını ödəmir. Uşaq məktəbdə təhsil alır, onun hazırlığına və digər təlabatlarına demək olar ki, hər ay xeyli miqlarda xərc çəkməli olur. Yəni ödənilən 150 manat aliment hazırkı vəziyyətdə uşağın ehtiyaclarını heç qismən belə ödəmir. Cavabdeh 150 manat alimentdən başqa uşağın saxlanması üçün ona əlavə heç bir köməklik etmir. O, da tək başına uşağın ehtiyaclarını tam şəkildə ödəyə bilir. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Tələbkar və Borclu məhkəmə tərəfindən iclasın vaxtı və yeri barədə məlumatlandırılmalarına baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə görə işdə iştirak edən digər şəxslərin məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Ona görə də, məhkəmə ərizəyə tələbkarın və borclunun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə, ərizə və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. -İş materiallarında olan Zəngilan Rayon Məhkəməsinin 2(034)-93/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnamənin surətindən görünür ki, cavabdeh Borclu xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2009-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün 06 noyabr 2020-ci il tarixindən başlayaraq hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment iddiaçı X1 xeyrinə tutulması qət edilmişdir. -İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər xx.xx.2009-cu il təvəllüdlü X2 valideynləridirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir; Həmin Məcəllənin 110.2-ci maddəsinin tələbinə görə alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər; Həmin Məcəllənin 232.2-ci maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur; Eyni Məcəllənin 232.3-cü maddəsinin tələbinə görə ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli Qərarı: "8.4-2. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamı ilə ölkə üzrə minimum aylıq əmək haqqının məbləği 2025-ci ilin yanvar ayının 1-dən 400 manat müəyyən edilmişdir Zəngilan Rayon Məhkəməsinin 2(034)-93/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə alimentin məbləği bir uşaq üçün 154 manat və 2021-ci ilin minimum əmək haqqının 250 manat olması nəzərə alındığı halda, alimentin məbləği həmin 2021-ci ilin minimum əmək haqqının (250x 0,6=150) 0,6 mislində sabit pul məbləğində olması müəyyən olunur. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə bir nəticəyə gəlir ki, ərizə təmin edilməli, Zəngilan Rayon Məhkəməsinin 2(034)-93/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinin icra üsulu dəyişdirilərək, Borclu Tələbkar xeyrinə xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2025-ci il tarixindən başlayaraq, sonrakı artımlar nəzərə alınmaqla, hər ay uşağa ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,6 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Ərizə təmin edilsin. Zəngilan Rayon Məhkəməsinin 2(034)-93/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinin icra üsulu dəyişdirilərək, Borclu Tələbkar Xavlıqverdi qızının xeyrinə xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2025-ci il tarixindən başlayaraq, sonrakı artımlar nəzərə alınmaqla, hər ay uşağa ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,6 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Zəngilan Rayon Məhkəməsinə şikayət («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Sədrik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №8(034)-51/2025
Zəngilan Rayon Məhkəməsi Qərardad — İş №8(034)-51/2025
29.12.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver