Azərbaycan Respublikası adından QƏRARDAD Zəngilan rayonu İş № 8(034)-55/2025 07.01.2026 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi ilə, Ərizəçi Tələbkar borclular X2, Borclu2 və maraqlı şəxs Nəsimi rayon İcra şöbəsinə qarşı “ödənilməli pul məbləğinin indeksasiya olunması” barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Ərizəçi Tələbkar borclular X2, Borclu2 və maraqlı şəxs Nəsimi rayon İcra şöbəsinə qarşı “ödənilməli pul məbləğinin indeksasiya olunması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Zəngilan Rayon Məhkəməsinin 2(034)-493/2017 saylı, xx.xx.2017-ci il tarixli məhkəmə qərarı ilə müəyyən edilmiş 223 manat pul məbləğini indeksləşdirilərək 2017-cı il aprel ayından 2025-ci il oktyabr ayınadək 155.30 faiz artımı (223 AZN x 155.30% = 346.32 AZN) nəzərə alaraq, cəmi 569.32 manat məbləğində indeksləşdirilmənin müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəçi Tələbkar ərizəsini onunla əsaslandırmışdır ki, Zəngilan Rayon Məhkəməsinin 2(034)- 493/2017 saylı, 12 aprel 2017-ci il tarixli məhkəmə qərarına əsasən, borclular X1, Borclu2 cəmi 223 manat məbləğində pul müştərək qaydada tutularaq Tələbkar xeyrinə tutulması ödənilməsi qərara alınmışdır. Hazırda qəbul olunmuş məhkəmə qərarı qanuni qüvvəsini almasını və həmçinin icra məmuru tərəfindən məcburi icra tədbirlərinin görülməsinə baxmayaraq, məhkəmə qərarı icra olunmamışdır (ödənilməmişdir). Borclu məhkəmə qərarı üzrə qəbul olunmuş məbləği zamanında ödəyərək icra etsəydilər tələbkar, başqa sahədə istifadə etməklə gəlir əldə edə bilərdi. Lakin, borclunun məhkəmə qərarı üzrə öhdəliyinin icra etməməsi səbəbindən və həmin məbləğ vaxtında geri qaytarılmadığına görə tələbkar, həmin pulu dəyərləndirə bilməmişdir. Buna görə də, məhkəmə qərarı üzrə tələbkara ödəlinməli olan pul vəsaiti inflyasiyaya uğradığından indeksləşdirmə tətbiq edilməsi zərurəti yaranmışdır. Belə ki, indeksasiya institutu pulun alıcılıq qabiliyyətinin məhz məhkəmə aktı qəbul edilən an mövcud olan səviyyədə bərpasına yönəldiyindən, eləcə də bu hüquqi alət sanksiya xarakteri daşımadığına görə, onun tətbiqi məhkəmə aktının qanuni qüvvəyə minməsi və ya məhkəmə aktının icrasından yayınma ilə əlaqələndirilə bilməz. Bu səbəbdən indeksasiya məhz məhkəmə aktının qəbul edildiyi (elan edildiyi) gündən onun tam icra edildiyi günədək olan müddəti əhatə etməlidir. İndeksasiya institutu da qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icra edilməməsi nəticəsində baş verən inflyasiya itkilərinin kompensasiyasını, pulun alıcılıq qabiliyyətinin bərpasını təmin edən səmərəli hüquqi vasitə olmaqla məhkəmə müdafiəsi hüququnun realizəsinin effektivliyi baxımından xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin istehlak qiymətləri indeksinin hesablanmasından görünür ki, 2025ci il oktyabr ayında 2017-cı il aprel ayına nisbətən istehlak qiymətləri indeksi 155.30 faiz təşkil etmiş, yəni qiymətlərin səviyyəsi 1,6 dəfə artmışdır. O da nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 232-ci maddəsi işə baxmış məhkəmə tərəfindən məhz qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasının həyata keçirilməsini nəzərdə tutmuş olsa da, bu təsisat hüquqi mahiyyəti və təyinatı baxımından formasından (qətnamə, qərardad, qərar və ya əmr) asılı olmayaraq müvafiq pul məbləğinin tutulmasını müəyyən edən, qanuni qüvvəyə minmiş istənilən məhkəmə aktına münasibətdə tətbiq edilə bilər. "Moroko Rusiyaya qarşı iş üzrə" İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi ödənilməli pul məbləğlərinin indeksasiyasını məhkəmə qərarının uzun müddət icra edilməməsi nəticəsində inflyasiya itkilərinin kompensasiya olunmasının səmərəli tədbiri kimi tanımışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 60 və 129-cu maddələrinin İ hissələri baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsinin şərh edilməsinə dair xx.xx.2015-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 60 və 129-cu maddələrinin İ hissələrindən irəli gələrək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsi üzrə tərəflər məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamə üzrə tutulmalı olan pul məbləğinin, onun tam ödənilməsinədək olan müddət ərzində indeksasiyası ilə bağlı ərizə ilə məhkəməyə müraciət edə bilərlər. Məhkəmə qətnaməsinin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyası qanunun analogiyası üzrə “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən olunan indeksasiya qaydalarına uyğun olaraq həyata keçirilməlidir. "Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsinin əsasını istehlak qiymətlərinin indeksi təşkil edir. Azərbaycan Respublikasında istehlak qiymətlərinin indeksi əhalinin minimum istehlak büdcəsini hesablamaq üçün qəbul edilmiş istehlak malları və xidmətlər səbətinə uyğun olaraq dövlət, kooperativ ticarətində və xüsusi ticarətdə qiymətlərin, habelə mülkiyyət formasından asılı olmayaraq bütün xidmət sahəsi obyektlərində pullu xidmət tariflərinin dəyişilməsinin müşahidəsi nəticəsində əldə edilmiş statistika məlumatı əsasında hesablanır. İstehlak qiymətlərinin dəyişməsini respublikanın statistika orqanları tərkibində fəaliyyət göstərən xüsusi dövlət xidməti müşahidə edir, istehlak qiymətlərinin indeksinə və pul gəlirlərinin (əmək haqqının, pensiyaların, mavinətlərin, təqaüdlərin) artımındakı dəyişikliklərə dair məlumat, habelə Azərbaycan Respublikasında müəyyən olunmuş minimum əmək haqqı səviyyəsi və indeksləşdirmə üçün zəruri olan digər ilkin məlumat hər kvartal mətbuatda dərc edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 7,10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli qərarında hesab etmişdir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bu vəzifələr qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi, əlavə qətnamənin çıxarılması, qətnamənin izah edilməsi, qətnamənin icrasına möhlət verilməsi və ya onun -hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, ödənilməli pul məbləğlərinin indeksasiyası) məhz qətnamənin səmərəli erasını təmin etmək məqsədini daşıyır. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 10 oktyabr 2017-ci il tarixli Qərarında göstərilmişdir, Konstitusiya və Beynəlxalqhüquqi aktların tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli bərpa olunmasını təmin etməlidir.Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllə) bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarlarında ifadə edilmiş hüquqi mövqelərə əsasən işə baxmış məhkəmə tərəfindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qətnamənin icrası zamanı tutulmalı (ödənilməli) pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirilməsi məhz qanuni qüvvəyə minmiş qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsində nəzərdə tutulmuş indeksləşdirmənin tətbiq edilməsi zərurəti pulun inflyasiyaya uğraması ilə əlaqədardır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsində nəzərdə tutulmuş indeksləşdirmənin tətbiqi inflyasiya prosesləri ilə əlaqədar tələbkarın əmlak maraqlarının müdafiəsinin prosessual təminatıdır. Başqa sözlə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsinə əsasən qətnamənin icrası zamanı tutulmalı (ödənilməli) pul məbləğlərinin indeksasiyası tutulmuş pul məbləğlərinin dəyərinin inflyasiya şəraitində itirilməsi ilə əlaqədar (qətnamədə tutulmuş pul məbləğinin icra zamanı müvafiq pul məbləğinin dəyərini ifadə etməməsi, yəni qətnamədə tutulmuş pul məbləğinin icra zamanı dəyərsizləşməsi ilə əlaqədar) tələbkarın hüquqlarının müdafiəsinin real təminatına yönəlmişdir. Həmçinin qeyd olunmalıdır ki, indeksasiya pul vəsaitlərinin alıcılıq qabiliyyətinin qorunması üsulu olduğundan indeksasiya haqqında tələblərə iddia müddəti şamil olunmur, yəni inflyasiya ilə əlaqədar malların dəyərinin bir qayda olaraq artması səbəbindən eyni pul vəsaitləri məbləğinə müxtəlif dövrlər ərzində fərqli həcmdə mallar almaq olar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ, İİ və İİİ hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 15 aprel 2025-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinin hüquqi mahiyyəti və təyinatı baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsində qeyd olunan “əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər)” müddəası borclunun icranı gecikdirdiyi müddət ərzində pulun alıcılıq qabiliyyətinin azalması şəklində ifadə olunan inflyasiya nəticəsində yaranan zərəri də ehtiva edir. Borclunun pul öhdəliklərini icra etməməsi nəticəsində kreditora dəyən zərərin (həiçinin inflyasiya nəticəsində yaranan zərər) həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsi ilə müəyyən olunmuş gecikdirmə faizlərinin məbləğindən çoxdursa borcverən (kreditor) həmin Məcəllənin 449.3-cü maddəsinə əsaslanaraq bu faizlərlə əhatə olunmayan hissədə (fərq məbləğində) zərərin əvəzinin ödənilməsini borcludan tələb etmək hüququna malikdir. İddiaçı Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, iş çoxluğu ilə əlaqədar olaraq üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini və iş üzrə zəruri sənədlərin ərizəyə əlavə olunaraq, məhkəməyə təqdim olunmasını nəzərə alaraq, işə onların iştirakı olmadan baxılaraq, ərizənin təmin olunması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmiş, məhkəmə, ərizəni nəzərə alıb, işə ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Borclular Borclu1, Borclu2 Elman oğlu və qərarı icra edən orqan məhkəmə tərəfindən iclasın vaxtı və yeri barədə məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə görə işdə iştirak edən digər şəxslərin məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Ona görə də məhkəmə ərizəyə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə, ərizə və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Zəngilan Rayon Məhkəməsinin 2(034)-493/2017 nömrəli, xx.xx.2017-cı il tarixli məhkəmə əmrinin surətindən görünür ki, borclular Borclu1 və Borclu2 müştərək qaydada 223 manat məbləğində borc Tələbkar xeyrinə tutulması əmr edilmişdir. Azərbaycan Respublikası MPM-nin 232-ci maddəsinə əsasən: 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zaman tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. 232.2. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. 232.3. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Qanunu (174 nömrəli) Maddə 1. İndeksləşdirmənin mahiyyəti və məqsədi İndeksləşdirmə Azərbaycan Respublikasının ərazisində istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətini qorumaq məqsədilə vətəndaşların pul gəlirlərini və əmanətlərini artırmağın dövlət tərəfindən müəyyən edilmiş mexanizmdir. Maddə 3. İndeksləşdirmə obyektləri Aşağıdakılar indeksləşdirilməlidir: -müəssisələrin, idarələrin və təşkilatların (bundan sonra müəssisələr adlanacaqdır) işçilərinin əmək haqqı; -birdəfəlik müavinətlər istisna olmaqla, dövlət pensiyaları, təqaüdlər, sosial müavinətlər (uşaqlı ailələrə, işsizliyə görə, ştatların ixtisarı, müvəqqəti əmək iqtidarsızlığı ilə, hamiləliklə əlaqədar verilən və başqa müavinətlər);- vətəndaşların Azərbaycan Respublikasının Əmanət Bankında olan əmanətləri; -Azərbaycan Respublikasının dövlət istiqrazları və digər dövlət qiymətli kağızları; -Azərbaycan Respublikasının dövlət sığorta orqanlarına verilən haqlar; -aliment. Azərbaycan Respublikası Konstitusiyasının 60 və 129-cu maddələrinin İ hissələri baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 iyun 2025-ci il tarixli qərarında qeyd edilmişdir ki,
1. Azərbaycan Respublikası Konstitusiyasının 60 və 129-cu maddələrinin İ hissələrindən irəli gələrək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsi üzrə tərəflər məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamə üzrə tutulmalı olan pul məbləğinin, onun tam ödənilməsinədək olan müddət ərzində indeksasiyası ilə bağlı ərizə ilə məhkəməyə müraciət edə bilərlər.
2. Məhkəmə qətnaməsinin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyası qanunun analogiyası üzrə “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən olunan indeksasiya qaydalarına uyğun olaraq həyata keçirilməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda göstərilən qərarında açıq şəkildə qeyd olunmuşdur ki, indeksasiya yalnız qanuni qüvvəyə minmiş və icraya yönəldilmiş qətnamələr üzrə tətbiq oluna bilər. Yəni indeksasiya tələbi yalnız məhkəmə qərarı qanuni qüvvəyə mindikdən və tam ödənilmədiyi müddət ərzində irəli sürülə bilər. Ərizəçinin tələbi bu müddəti və prosedur zərurətləri nəzərə almadan təqdim edilmişdir. Konstitusiya Məhkəməsinin qərarında qeyd edilmişdir ki, indeksasiya məhkəmə qərarının borclu tərəfindən icrasının gecikdirilməsi nəticəsində yaranan inflyasiya itkilərinin kompensasiyası məqsədi daşıyır, lakin bu təsisat hüquqi sanksiya və ya əlavə öhdəlik kimi tətbiq edilə bilməz. Ərizəçinin təqdim etdiyi hallar məhz bu hüquqi mexanizmi sanksiyaya çevirmək mahiyyəti daşımışdır. Mülki Prosessual Məcəllənin 232-ci maddəsi “birinci instansiya məhkəməsində icraat” bölməsində yerləşdiyi üçün, Konstitusiya Məhkəməsi bu normaların yalnız yekun məhkəmə aktı ilə müəyyən edilmiş pul tələblərinə münasibətdə tətbiq edilə biləcəyini vurğulamışdır. Əgər qətnamə artıq icra edilmişsə və ya məbləğin ödənilməsi gecikmə ilə olsa da həyata keçirilmişsə, bu zaman həmin müddətə görə ayrıca indeksasiya tələb edilə bilməz. Konstitusiya Məhkəməsinin Plenumunun 17 iyun 2025-ci il tarixli qərarında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsi üzrə indeksasiya məsələsinin qanunvericilikdə birbaşa tənzimlənmədiyi, bu səbəbdən qanunun analogiyası prinsipinə əsasən “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Qanunun tətbiqinin mümkün və məqsədəuyğun olduğu bildirilmişdir. Qeyd edilən Qanunun 3-cü maddəsində indeksasiyanın tətbiq olunacağı obyektlər konkret sadalanmış və sadalanan obyektlər sırasına əmək haqları, pensiyalar, sosial müavinətlər, təqaüdlər, əmanətlər, aliment və dövlət qiymətli kağızları üzrə ödənişlər daxil edilmişdir. Həmçinin həmin maddədə xüsusi olaraq qeyd edilmişdir ki, “İndeksləşdirmə vətəndaşların sahibkarlıq fəaliyyətindən və mülkiyyətdən götürdükləri gəlirlərə şamil edilmir.” Bu da o deməkdir ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş pul tələbləri, alqı-satqı müqaviləsinə, kredit müqaviləsinə və ya zaminlik öhdəliklərinə əsaslanan borclar-həmin Qanunun 3-cü maddəsinin dairəsinə daxil deyildir. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarında da bu aspekt ayrıca vurğulanmışdır ki, “Qanunun 3-cü maddəsində indeksləşdirmənin obyektləri sırasında məhkəmə qətnamələrinin icrası zamanı tutulmalı pul məbləğləri nəzərdə tutulmamışdır. Bu təsisat inflyasiya nəticəsində pulun alıcılıq qabiliyyətinin qorunması məqsədi ilə dövlət tərəfindən müəyyən edilmiş mexanizm kimi çıxış edir.” Hazırda ərizəçi Tələbkar tələb etdiyi və məhkəmə əmri ilə müəyyən edilmiş 158 manat əsas borc məbləğinin 155.30 faizlə indeksləşdirilərək 346.32 manata çatdırılması və məbləğin borclu şəxslərdən onun xeyrinə tututlması barədə tələbi “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Qanunun 3-cü maddəsində nəzərdə tutulan indeksasiya obyektlərinə daxil olmadığından ərizəsi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 231, 263 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Tələbkar Zəngilan Rayon Məhkəməsinin 2(034)-493/2017 nömrəli, xx.xx.2017-cı il tarixli məhkəmə əmri ilə müəyyən edilmiş borcun indeksləşdirilməsi barədə ərizəsi rədd edilsin. Qərardaddan qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Zəngilan Rayon Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən Gülsarə İmanova