Məhkəmə qərarları › İş №8(034)-7/2022

Zəngilan Rayon Məhkəməsi Qərardad — İş №8(034)-7/2022

19.09.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zəngilan rayonu İş № 8(034)-7/2022 19.09.2022 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi, Ərizəçi Tələbkar iştirakı ilə, Ərizəçi Tələbkar Zəngilan Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarxli 2(034)- 586/2015 saylı qərardadının ləğv edilməsi və həmin qərardadla ona məxsus olan «Kia- Cerato» markalı **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi Tələbkar ərizə ilə Məhkəməyə müraciət edərək Zəngilan Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarxli 2(034)-586/2015 saylı qərardadının ləğv edilməsi və həmin qərardadla ona məxsus olan «Kia-Cerato» markalı **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul etməsini xahiş etmişdir. Tələbkar ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı ASC "xxxx" Sığorta Şirkəti ona və digər cavabdeh X2 qarşı «subroqasiya hüququ üzrə vurulmuş zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət etmişdir. Eyni zamanda iddiaçı iddianın təmin tədbiri kimi «Kia-Cerato» markalı **-EV-*** dövlət qeydiyyyat nişanlı avtomobilinin üzərinə həbs qoyulmasını xahiş etmiş və Zəngilan Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(034)-586/2015 saylı qərardadı ilə həmin avtomobil üzərinə həbs qoyulmuşdur. Avtomobil ona məxsus olmuş və o avtomobili etibarnəmə əsasında idarə etmək üçün X3 vermişdir. X4 həmin avtomobili idarə edərkən qəza törətmiş və nəticə olaraq iddiaçı tərəfindən o da, cavabdeh qismində məhkəməyə verilmişdim. Zəngilan Rayon Məhkəməsinin qətnaməsi ilə iddiaçı ASC "xxxx" Sığorta Şirkətinin iddiası qismən təmin edilmişdir. Belə ki, iddia tələbi X2 aid hissədə təmin edilmiş, ona aid hissədə isə iddia tələbi rədd edilmişdir. X4 ona bildirmişdir ki, borcu tam şəkildə ödəmişdir. Ərizəyə əlavə etdiyi Bank "xxxx" ASC-ti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 1935 saylı arayışdan görünür ki, 114964-1-7671 saylı xx.xx.2013-cü il tarixli avtomobil kredit müqaviləsi üzrə 19.400 ABŞ dolları borc ödənilmiş və borc alanın bank qarşısında ödənilməmiş öhdəliyi qalmamışdır. Bundan əlavə Xəzər rayon İcra şöbəsinin Dövlət Gömük Komitəsi Əməliyyat - İstintaq Baş İdarəsinə və Azərbaycan Respublikası Dövlət Yol Polisi İdarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli 10788/1H nömrəli arayışdan görünür ki, «Kia-Cerato» markalı **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobilin ona təhvil verilməsinə etiraz etməmişdir. Bu yaxınlarda avtomobillə bağlı bəzi əməliyyat aparmaq istəyərkən ona məlum olmuşdur ki, avtomobil üzərinə Zəngilan Rayon Məhkəməsinin qərardadı ilə qoyulmuş həbs hələ də qüvvəsindədir. Avtomobil üzərində həbsin olması hazırda həmin avtomobillə bağlı hər-hansı bir əməliyyat aparmağa ona maneçilik törədir. Bu da onun bir vətəndaş kimi bütün hüqularını məhdudlaşdırmışdır. Məhkəmə iclasında iştirak edən ərizəçi Tələbkar ərizəni müdafiə edərək məhkəmədən təmin edilməsini xahiş etdi. Tələbkar "xxxx" Sığorta Şirkəti Açıq Səhamdar Cəmiyəti məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinin tələblərinə əsasən ərizəyə tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və 2(034)-586/2015 saylı mülki işin sənədlərini araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Zəngilan Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarxli 2(034)-586/2015 saylı qərardadının surətindən görünür ki, AZ **-EV-*** «Kia-Cerato» markalı dövlət qeydiyyat nişanlı avtomobil üzərinə həbs qoyulmuşdur. İş materiallarına əlavə edilmiş çıxarışdan görünür ki, «Kia-Cerato» markalı ** EV *** dövlət nömrə nişanlı avtomobilin sahibi Tələbkardır. İş materilarında olan nəqliyyat vasitəsindən istifadə edilməsi haqqında etibarnamənin surətindən görünür ki, «Kia-Cerato» markalı ** EV *** dövlət nömrə nişanlı avtomobilin mülkiyyətçisi Tələbkar avtomobili idarə etmək üçün X1 etibarnamə vermişdir. İş materiallarında olan Bank "xxxx" ASC-ti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 1935 saylı arayışdan görünür ki, 114964-1-7671 saylı xx.xx.2013-cü il tarixli avtomobil girovlu kredit müqaviləsi üzrə 19.400 ABŞ dolları borc ödənilmiş və borc alanın bank qarşısında ödənilməmiş öhdəliyi qalmamışdır. İş materiallarına əlavə edilmiş Xəzər rayon İcra şöəbsinin xx.xx.2022-ci il tarixli 10788/1H nömrəli arayışdan görünür ki, «Kia-Cerato» markalı **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobilin Tələbkar təhvil verilməsinə etiraz etməmişdir. Azərbaycan Respublikası MPM-nin 162.1-ci madədsinə əsasən müvəqqəti təminat tədbirləri məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qərardad onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin ərizəsi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Məhkəmə, qeyd olunanları nəzərə alaraq, «Kia-Cerato» markalı ** EV *** dövlət nömrə nişanlı avtomobilin üzərində həbsin qalması zərurəti aradan qalxdığından Zəngilan Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarxli 2(034)-586/2015 saylı qərardadı ləğv olunmalı və «Kia-Cerato» markalı ** EV *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməsi qənaətə gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 162, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Bakı şəhəri Zəngilan Rayon Məhkəsinin 2(034)-586/2015 saylı xx.xx.2015-ci il tarixli qərardadı ləgv edilsin. Borclu Tələbkar məxsus «Kia-Cerato» markalı ** EV *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan 10 (on) gün müddətində Zəngilan Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar