Məhkəmə qərarları › İş №8(034)-7/2024

Zəngilan Rayon Məhkəməsi Qərardad — İş №8(034)-7/2024

16.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zəngilan rayonu İş № 8(034)-7/2024 16.10.2024 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi ilə, Zəngilan Rayon Məhkəməsinin 2(034)-34/2023-044 nömrəli, 13 may 2024-cü il tarixli «icra sənədinə izah verilməsi» barədə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X5 ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X11 ərizə ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, “İcra haqqında” Qanunun 14-cü maddəsinə əsasən Zəngilan Rayon Məhkəməsinin 2(034)-34/2023 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsi üzrə 1-ci abzasda qeyd edilən tələbin hansı qaydada icra olunmasına dair izah verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Zəngilan Rayon Məhkəməsinin 2(034)-34/2023 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən X3, X14, X4, Borclu və X8 “Facebook” sosial şəbəkəsində və Nüvədililər “Whatsapp” qrupunda tələbkar X12 barəsində yaymış olduqları məlumatların hər birinə dair təkzib verilməlidir.Borclu X1 mənəvi zərərin əvəzi olaraq 1500 manat, Borclu mənəvi zərərin əvəzi olaraq 1000 manat və X6 mənəvi zərərin əvəzi olaraq 1000 manat pul alınaraq iddiaçı X7 xeyrinə ödənilməlidir. Ödənilmiş 300 manat məbləğində dövlət rüsumunun 150 manatı borclular X1, X13, X2, Borclu və X6 müştərək qaydada alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilməlidir.İş üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci olan 200 manat pul borclular X1, X13, X2, Borclu və X6 müştərək qaydada tutularaq dövlət hesabına ödənilməlidir.İcra sənədi Nəsimi rayon İcra şöbəsinin icraatına xx.xx.2024-cü il tarixində daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar bildirişlə birlikdə icra edilməsi üçün borcluya, məlumat üçün tələbkara və məhkəməyə göndərilmişdir.Borclu xx.xx.2024-cü il tarixində şöbəyə dəvət edilərək, izahatı alınmış, o izahatında icra sənədinin 1-ci abzasına müraciət bildirərək, onun tərəfindən “Facebook” sosial şəbəkəsində ümumiyyətlə tələbkar X12 barəsində paylaşım etmədiyini və Nüvədililər “Whatsapp” qrupunda olmadığını, ümumiyyətlə hansı məlumatların təkzib edilməsi ilə bağlı heç bir məlumatının olmadığını bildirmişdir.Borclu Elvin Rzayev “Facebook” sosial şəbəkəsində paylaşım etmədiyini, Nüvədililər “Whatsapp” qrupunda üzv olmaması və ümumiyyətlə hansı məlumatların təkzib edilməsi icra sənədinin icrasında çətinlik yaratmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.4-cü maddəsinin tələbinə görə qətnamənin və ya qərardadın izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur. İş üzrə tərəflər məhkəmə iclası barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən müdəasını əsas götürərək işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qətnaməyə izah verilməsi barədə ərizəni və ona əlavə edilmiş sənədləri, 2(034)-34/2023 nömrəli mülki işin materiallarını araşdıraraq hesab edir ki, icra məmuru X5 Zəngilan Rayon Məhkəməsinin 2(034)-34/2023 nömrəli, 13 may 2024-cü il tarixli icra sənədinə izah verilməsi barədə ərizəsi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Zəngilan Rayon Məhkəməsinin 2(034)-34/2023 nömrəli, 13 may 2024-cü il tarixli icra sənədinin məhkəmə aktının nəticə hissəsindən görünür ki, iddaçının iddia tələbi qismən təmin edilmiş, cavabdehlər X3, X14, X4, Borclu və X8 “Facebook” sosial şəbəkəsində və Nüvədililər “Whatsapp” qrupunda iddiaçı X12 barəsində yaymış olduqları məlumatların hər birinə dair təkzib verilməsi, borclu X1 mənəvi zərərin əvəzi olaraq 1500 manat, Borclu mənəvi zərərin əvəzi olaraq 1000 manat və X6 mənəvi zərərin əvəzi olaraq 1000 manat pul alınaraq iddiaçı X7 xeyrinə ödənilməsi, ödənilmiş 300 manat məbləğində dövlət rüsumunun 150 manatı borclular X1, X13, X2, Borclu və X6 müştərək qaydada alınaraq iddiaçının xeyrinə ödənilməsi, ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilməsi və iş üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci olan 200 manat pul borclular X1, X13, X2, Borclu və X6 müştərək qaydada tutularaq dövlət hesabına ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş cavabdeh Borclu Nəsimi rayon İcra şöbəsinin rəisi, kiçik ədliyyə müşaviri Yavər Allahverdiyevə verdiyi izahatında bildirmişdir ki, Zəngilan Rayon Məhkəməsinin e-2(034)-34/2023-044 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən X3, X14, X4, Borclu və X8 “Facebook” sosial şəbəkəsində və Nüvədililər “Whatsapp” qrupunda tələbkar X12 barəsində yaymış olduqları məlumatların hər birinə dair təkzib verilməlidir. Borclu X1 mənəvi zərərin əvəzi olaraq 1500 manat, Borclu mənəvi zərərin əvəzi olaraq 1000 manat və X6 mənəvi zərərin əvəzi olaraq 1000 manat pul alınaraq iddiaçı X7 xeyrinə ödənilməlidir. Ödənilmiş 300 manat məbləğində dövlət rüsumunun 150 manatı borclular X1, X13, X2, Borclu və X6 müştərək qaydada alınaraq iddiaçının xeyrinə ödənilməlidir.Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilməlidir.İş üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci olan 200 manat pul borclular X1, X13, X2, Borclu və X6 müştərək qaydada tutularaq dövlət hesabına ödənilməlidir. İcra məmuru bu haqda ona zəng edərək məlumat vermiş, məlumatlıdır. Borclu icra sənədində 1-ci hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, “Facebook” sosial şəbəkəsində paylaşımı olmamış və sosial şəbəkə bağlıdır. Nüvədililər Whatsapp” qrupunda olmadığını, ümumiyyətlə, hansı məlumatların təkzib edilməsi ilə bağlı heç bir məlumatı olmadığını bildirmişdir. İcra sənədi üzrə ödənişi bir dəfəyə ödəməyə imkanı olmadığından hissə-hissə ödəyə biləcəyini bildirmişdir. Adına rəsmiləşdirilmiş daşınar və ya daşınmaz əmlak yoxdur, aidiyyatı təşkilatlarda qiymətli kağızları və ya əmanəti yoxdur.İcra sənədi üzrə tələbi icra etmədiyi təqdirdə inzibati protokol tərtib edilərək məhkəməyə göndərilməsinə etiraz etməyəcəyini, məsuliyyətini dərk etdiyini, pul hissəsinin ödəməkdən yayınmadığını bildirmişdir. Facebook işlətməmiş və heç bir paylaşım etməmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinin tələbinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Həmin Məcəllənin 230.1-ci maddəsinə əsasən, işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Eyni Məcəllənin 230.3-cü maddəsinə əsasən qətnamə və ya qərardad icra edilməmişsə onun izah edilməsinə yol verilir. Həmin Məcəllənin 230.5-ci maddəsinin tələbinə görə qətnamənin və ya qərardadın izah edilməsi məsələsi üzrə məhkəmə qərardadından şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, Zəngilan Rayon Məhkəməsinin 2(034)-34/2023 nömrəli, 13 may 2024-cü il tarixli icra sənədi kifayət qədər aydın, anlaşılan ifadələrlə tərtib edilmiş, qətnamənin nəticə hissəsində qətnamənin icra qaydası və üsulu dəqiq göstərilmiş, qətnaməyə əsasən verilmiş icra vərəqəsinin məzmununda hər-hansı anlaşılmazlıq olmamış, iş materiallarından göründüyü kimi cavabdehlər X9, X17, X10, Borclu və X8 “Facebook” sosial şəbəkəsində və Nüvədililər “Whatsapp” qrupunda iddiaçı X12 barəsində yaymış olduqları məlumatların hər birini təkzib verməlidirlər. Bundan başqa 2(034)-34/2023 nömrəli mülki işin materiallarında məhkəmənin müvafiq qətnaməsinin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə tərəflərin hər-hansı birinin müraciəti və bu barədə məhkəmə qərardadı mövcud deyildir. Belə olan halda, məhkəmə qətnaməsi nəticə hissəsində qeyd olunduğu kimi və icra haqqında qanunun tələblərinə uyğun icra edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Zəngilan Rayon Məhkəməsinin 2(034)-34/2023 nömrəli, 13 may 2024-cü il tarixli icra sənədinə izah verilməsi barədə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X5 ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 230, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Zəngilan Rayon Məhkəməsinin 2(034)-34/2023 nömrəli, 13 may 2024-cü il tarixli icra sənədinə izah verilməsi barədə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X5 ərizəsi təmin edilməsin. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Zəngilan Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar