Məhkəmə qərarları › İş №8(035)-20/2024

Zərdab Rayon Məhkəməsi Qərardad — İş №8(035)-20/2024

01.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zərdab rayonu İş № 8(035)-20/2024 01.03.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X3 Elxan oğlunun sədrliyi Məhkəmə iclas katibi X1 Zərdab rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən Alıyev Camal Veysil oğlunun iştirakı ilə Zərdab rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən X5 Rayon Məhkəməsinin 2(035)-2034/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatına 01 mart 2024-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən Etdi: Zərdab rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən Camal Alıyev təqdimatla məhkəməyə müraciət edərək Ağdam Rayon Məhkəməsinin 2(013)-2034/2018 saylı, xx.xx.2018-ci il il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilsə də, tələbkar və borclu məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə görə işdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilir, lakin, onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələyə baxılmasına maneə olmur. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən tələbkar və borclunun iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Zərdab rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən Camal Alıyev təqdimatı müdafiə edərək izahatında göstərmişdir ki, Ağdam Rayon Məhkəməsinin 2(013)-2034/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən Borclu xx.xx.2012-ci ildə anadan olmuş Ravin adlı uşaq yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 110 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar verilməsi qət edilmişdir. Borclunun maddi, əmlak vəziyyətini və gəlirlərini müəyyən etmək məqsədi ilə aidiyyatı dövlət orqanlarına və təşkilatlara verilmiş sorğular nəticəsində məlum olmuşdur ki, borcluya məxsus tələbin yönəldilə biləcəyi hər hansı əmlakı, bank hesabları və digər gəliri mövcud deyildir. Hazırda Borclu 7480 manat yaranmış alıment borcu mövcuddur. Əldə olunmuş məlumata əsasən borclu mütamadi olaraq ölkəni tərk edir. Hesab edir ki, əlavə icra tədbiri kimi icra sənədi tam icra olunanadək borclu X2 Azərbaycan Respublikasının hüdudlarından kənara çıxması müvəqqəti məhdudlaşdırılmalıdır. Ona görə də hazırkı təqdimatla məhkəməyə müraciət etmişdir. Məhkəmədən təqdimatın təmin edilməsini və qəraradadın dərhal icraya yönəldilməsini xahiş edir. Belə ki, işdə olan Ağdam Rayon Məhkəməsinin 2(013)-2034/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinin surətindən görünür ki, Borclu xx.xx.2012-ci ildə anadan olmuş Ravin adlı uşaq yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 110 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar verilməsi qət edilmişdir. İşdə olan icraata başlamaq haqqında xx.xx.2018-ci il tarixli qərarın surətindən görünür ki, Ağdam Rayon Məhkəməsinin 2(013)-2034/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi əsasında Zərdab rayon İcra və Probasiya Şöbəsinin icra şöbəsinin rəisi Azad Əliyev tərəfindən icra işi başlanılmışdır. İşdə olan tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, İcra və Probasiya Şöbəsinin icra şöbəsinin rəisi Azad Əliyev tərəfindən Borclu tələbin könüllü icrası barədə məlumat verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Məhkəmə qeyd edilən xüsusatlara hüquqi qiymət verərək və sadalanan qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, sözügedən icra sənədinin icrasının təmin edilməsinə zəmin yaradılması məqsədi ilə təqdimat təmin edilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsini və Azərbaycan Respublikası MPM-nin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, Qərara Aldı: Təqdimat təmin edilsin. Ağdam Rayon Məhkəməsinin 2(013)-2034/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququ icra vərəqəsi tam icra olunanadək müvəqqəti məhdudlaşdırılsın. Qərardad dərhal icra edilsin. Sədrlik edən İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar