Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 8(036)-100/2024 19.09.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədirliyi, X11 qızının katibliyi, X1 iştirakı ilə, İmişli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(036)-1433/2023 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə X1 ərizəsinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: X3 ərizə ilə məhkəməyə müraciət edərək İmişli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(036)-1433/2023 qətnaməsini hər ay 200 (iki yüz) manat ödənilməklə hissə-hissə, ayda 200 (iki yüz) manat mənəğində icra edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. X3 ərizəsini onunla əsaslandırmışdır ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(036)-1433/2023 qətnaməsinə əsasən ondan 5000 manat məbləğində pul və 71 manat dövlət rüsumu alınıb X2 verilməlidir. Maddi imkanı olmadığından həmin qətnaməni bu günədək icra edə bilməmişdir. Hazırda işsizdir, heç bir yerdən qazancı və gəliri yoxdur. Himayəsində işləməyən həyat yoldaşı və 3 uşağı var. Maddi ehtiyac içində yaşayır. İcra məmuru borcun birdəfəlik ödənilməsini tələb edir. Bu səbəbdən qətnaməni birdəfəyə icra icra etmək iqtidarında deyil. Lakin, tələbkara olan borcunu hər ay 200 manat olmaqla hissə hissə qaytara bilər. Ona görə də qeyd olunan qətnamənin hissə-hissə icra edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında X3 ərizəsinə uyğun izahat verərək təmin olunması barədə qərardad qəbul edilməsini xahiş etdi. X2 və İmişli rayon İcra və Probasiya Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatladırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Ona görə də məhkəmə ərizəyə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə aşağıda qeyd olunanlara əsasən hesab edir ki, ərizə təmin olunmamalıdır. Belə ki, “İcra haqqında” qanunun 15-ci maddəsinə əsasən Tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikasının MPM-nin 231.1-ci maddəsinə əsasən İşə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Əfəndiyeva Azərbaycana qarşı” işi üzrə qəbul etdiyi 25 oktyabr 2007-ci il tarixli qərarında hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrasının Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində nəzərdə tutulan məhkəmə araşdırmasının tərkib hissəsi olduğunu qeyd etmiş, qətnamənin qanuni qüvvəyə minməsinə və icra prosesinə başlanılmasına baxmayaraq qətnamənin uzun müddət icra olunmamasını ərizəçinin Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulan öz mülkiyyətindən maneəsiz istifadə hüququnun pozulması kimi qiymətləndirmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 12-ci bəndinə görə qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Qanunun normasının məzmunundan göründüyü kimi, icra sənədinin hissə-hissə icra edilməsi məsələsi həll edilərkən məhkəmə ilk növbədə tərəflərin əmlak vəziyyətini, borclu üçün əlverişli olmayan halları və icra sənədinin icrası üçün çətinlik yaradan halları nəzərə almalıdır. Bununla yanaşı həmin qanunun normasına görə icra sənədinin hissə-hissə icra edilməsi məsələsi həll edilərkən tələbkarın da mənafeləri nəzərə alınmalı və onun qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən olunmuş hüquqlarının pozulmasına yol verilməməlidir. Məhkəmə borclunun ağır maddi durumda olmasını təsdiq edən heç bir sübutunu məhkəməyə təqdim etməməsini və tələbkarın mənafelərini nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməməlidir. Yuxarda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 162, 263-264 və 266- 267-ci maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: Ərizə təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Mahmud
Məhkəmə qərarları › İş №8(036)-100/2024
İmişli Rayon Məhkəməsi Qərardad — İş №8(036)-100/2024
19.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver