Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 8(036)-102/2024 24.09.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əsədli Xuraman Emin qızının katibliyi ilə, İmişli Rayon Məhkəməsinin 16(036)-19/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə xx.xx.1984-cü il təvəllüdlü, İmişli şəhəri, Xiyabani küçəsi, ev 17 ünvanında qeydiyyatda olan Borclu məcburi qaydada İmişli rayon İcra və Probasiya şöbəsinə gətirilməsi barədə İmişli rayon İcra və Probasiya şöbəsindən daxil olmuş təqdimata baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İmişli rayon İcra və Probasiya şöbəsinin icra məmuru Cəfərov Elşən təqdimatla məhkəməyə müraciət edərək İmişli Rayon Məhkəməsinin 16(036)-19/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə xx.xx.1984-cü il təvəllüdlü, İmişli şəhəri, Xiyabani küçəsi, ev 17 ünvanında qeydiyyatda olan Borclu oğlunun İmişli rayon İcra və Probasiya şöbəsinə məcburi qaydada gətirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat belə əsaslandırılmışdır ki, 2(036)-1541/2024 nömrəli mülki işə mahiyyəti üzrə baxılıb yekun qərar qəbul edilənədək Tələbkar qızı xx.xx.2012-ci il təvəllüdlü X1 ilə hər həftənin bazar günü saat 12:00-dan 15:00- dək ünsiyyət saxlaması müəyyən edilməklə ünsiyyətə maneə yaradılması Borclu qadağan edilmişdir. İcra sənədi xx.xx.2024-cü il tarixdə icraatıma daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən İmişli şəhəri,Xiyabani küç,17 ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Lakin, borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. “İcra haqqında" Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən İcra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. “İcra haqqında" Azərbaycan Respublikası Qanununun 84.3-cü maddəsinə əsasən həmin qanunun 84.2- ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Qeyd edilən qərar xx.xx.2024-cü il tarixdə tərəfimizdən qəbul edilərək Borclu ünvanına göndərilmiş və həmin qərardan şikayət verilməmişdir. Göstərilənlərə əsasən və "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini rəhbər tutaraq, Borclu məcburi gətiriməsi barədə qərar qəbul etməyiniz Sizdən xahiş olunur Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq tələbkar, borclu və icra məmuru məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, təqdimat təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş İmişli Rayon Məhkəməsinin 16(036)- 19/20224 saylı, xx.xx.2024-cü il tarixli icra sənədindən görünür ki, cavabdeh Tələbkar qızı xx.xx.2012-ci il təvəllüdlü X1 ilə hər həftənin bazar günü saat 12:00-dan 15:00-dək ünsiyyət saxlaması müəyyən edilməklə ünsiyyətə maneə yaradılması Borclu qadağan edilməlidir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, İmişli rayon məhkəməsinin 16(036)-19/2024-001 saylı, xx.xx.2024-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası barədə bildirişdən görünür ki, İmişli rayon məhkəməsinin 2(036)-2823/2022-009 saylı, xx.xx.2022ci il tarixli icra sənədi üzrə Borclu 10 gün müddətində icranı könüllü olaraq təmin etməsi barədə bildiriş göndərilmişdir. Poçt reyestrindən görünür ki, həmin bildiriş Borclu xx.xx.2024-cü il tarixdə göndərilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli borclunun məcburi gətirilməsi barədə qərardan görünür ki, icra məmuru tərəfindən Borclu İmişli rayon İcra və Probasiya şöbəsinə məcburi gətirilməsi barədə qərar qəbul edilmişdir. İş materialları ilə müəyyən olunur ki, Borclu İmişli şəhəri, Xiyabani küçəsi, ev 17 ünvanında qeydiyyatdadır. “İcra haqqında" Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. “İcra haqqında" Azərbaycan Respublikası Qanununun 84.3-cü maddəsinə əsasən həmin qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Məhkəmə qeyd edir ki, təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, icra məmuru tərəfindən xəbərdarlıq edilməklə şöbəyə dəvət olunsa da, borclu icra sənədinin icrası ilə bağlı şöbəyə gəlməkdən üzrsüz səbəbdən yayınmış və nəticədə icra sənədində göstərilən tələbi icra etməmişdir. Məhkəmə qeyd edir ki, xx.xx.2024-cü il tarixdə icra məmuru tərəfindən məcburi gətirilmə barədə qərar qəbul edilərək borclunun ünvanına göndərilmiş və həmin qərardan şikayət verilməmişdir. Təqdimat və ona əlavə edilmiş sənədlərlə borclunun icra məmurunun çağırışlarına üzrsüz səbəbdən gəlməməsi təsdiq olunduğundan məhkəmə belə hesab edir ki, İmişli rayon məhkəməsinin 16(036)-19/2022 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə İmişli şəhəri, Xiyabani küçəsi, ev 17 ünvanda qeydiyyatda olan Borclu məcburi şəkildə İmişli rayon İcra və Probasiya şöbəsinə gətirilməsi təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. İmişli rayon məhkəməsinin 16(036)-19/2022 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə İmişli şəhəri, Xiyabani küçəsi, ev 17 ünvanında qeydiyyatda olan Borclu məcburi qaydada İmişli rayon İcra və Probasiya şöbəsinə gətirilsin. Qərardadın icrası İmişli Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Mahmud
Məhkəmə qərarları › İş №8(036)-102/2024
İmişli Rayon Məhkəməsi Qərardad — İş №8(036)-102/2024
24.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver