Məhkəmə qərarları › İş №8(036)-104/2025

İmişli Rayon Məhkəməsi Qərardad — İş №8(036)-104/2025

06.10.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 8(036)-104/2025 06.10.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayeva Gülsaba Xeyrulla qızının sədrliyi, məhkəmə iclasının katibi X1 katibliyi, Borclu1 iştirakı ilə, Tələbkar borclular Borclu1, Borclu2 qarşı ödənilməli pul məbləğinin indeksasiya olunması barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Tələbkar borclular Borclu1 və Borclu2 qarşı ödənilməli pul məbləğinin indeksasiya olunması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İmişli Rayon Məhkəməsinin 2(036)-741/2014 saylı, xx.xx.2014-cü il tarixli məhkəmə qərarına əsasən, borclular Borclu1 və Borclu2 cəmi 968 manat məbləğində pul müştərək qaydada tutularaq Tələbkar xeyrinə tutulması ödənilməsi qərara alınmışdır. Hazırda qəbul olunmuş məhkəmə qərarı qanuni qüvvəsini almasını və həmçinin icra məmuru tərəfindən məcburi icra tədbirlərinin görülməsinə baxmayaraq, məhkəmə qərarı icra olunmamışdır (ödənilməmişdir). Borclular məhkəmə qərarı üzrə qəbul olunmuş məbləği zamanında ödəyərək icra etsəydilər tələbkar, başqa sahədə istifadə etməklə gəlir əldə edə bilərdi. Lakin, borcluların məhkəmə qərarı üzrə öhdəliyinin icra etməməsi səbəbindən və həmin məbləğ vaxtında geri qaytarılmadığına görə tələbkar, həmin pulu dəyərləndirə bilməmişdir. Buna görə də, məhkəmə qərarı üzrə tələbkara ödəlinməli olan 968 manat məbləğində borca görə məhkəmə qərarı üzrə tələb olunan pul vəsaiti inflyasiyaya uğradığından indeksləşdirmə tətbiq edilməsi zərurəti yaranmışdır. Odur ki, məhkəmədən İmişli Rayon Məhkəməsinin 2(036)-741/2014 saylı, xx.xx.2014-cü il tarixli məhkəmə qərarı ilə müəyyən edilmiş və icra müddəti ərzində borclular tərəfindən tələbkara ödənilməyən əsas 968 manat məbləğ indeksləşdirilərək 2014-cü il tarixdən - 2025- ci ilin aprel ayınadək 200,8 faiz artımı (968 AZN x 200,8 % = 1937.93 AZN) nəzərə alaraq cəmi 2905.93 manat məbləğində indeksləşdirilmənin müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Borclu1 tələbkara olan borcunu ödədiyini, bu illər ərzində ona borcla bağlı heç vaxt müraciət olunmadığını bildirmişdir. Ona görə də tələbkarın ərizəsinin əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. Tələbkar məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilıməsini xahiş etmişdir. Digər Borclu2 məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır 260.1-ci maddəsinə görə iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. 310.1-ci maddəsinə əsasən, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli 3 nömrəli Qərarının: 1.1-ci bəndinə əsasən məhkəmələrin diqqətinə çatdırılmışdır ki, ərizənin baxılmamış saxlanılması Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş elə prosessual qaydadır ki, həmin qaydaya görə mülki işlər üzrə məhkəmə müdafiəsi hüququ həyata keçirildikdə hüquqi şərait imkan vermədiyi üçün qətnamə qəbul edilmədən məhkəmə baxışı başa çatdırılır. İddianın baxılmamış saxlanılmasına səbəb olan maneə aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququna malik olur. Maraqlı şəxs2nə icra işinin materiallarının məhkəməyə təqdim olunması üçün müvafiq sorğu verilmiş, sorğuya cavab təqdim olunması əsası ilə məhkəmə iclasları bir neçə dəfə təxirə salınmışdır. Buna baxmayaraq məhkəməyə icra işinin materialları təqdim olunmamış, şöbədə icra işinin materiallarının olmaması barədə məhkəməyə şifahi məlumat verilmişdir. Tələbkarı olduğu analoji işlərin kütləvi şəkildə məhkəmənin icraatına daxil olması, indeksləşdirilməsini tələb etdiyi borc məbləğlərinin 11 il əvvəlki dövrə aid olması nəzərə alındıqda, tələbkarın ərizələri üzrə müvafiq icra işlərinin arxivdən tələb olunaraq qeyd olunan halların yoxlanılması işin uzun müddət məhkəmənin icraatında qalmasına və məhkəmənin iş yükünün artmasına səbəb olmaqla, tələbkarın özünün sübut etməli olduğu halların sübuta yetirməsi vəzifəsindən yayınmasına dəlalət edir. Belə olan halda məhkəmə hesab edir ki, Tələbkar tərəfindən verilmiş ərizə əsasında borcluların öhdəliklərinin icra olunub-olunmaması, icra olunmamışdırsa, qalan borc məbləğinin nə qədər təşkil etməsi müəyyən olunmadığından (halbuki borclu borcu ödədiyini bildirir) və tələbi təsdiq edən sənədlər ərizəyə əlavə olunmadığından ərizə baxılmamış saxlanılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Tələbkar borclular Borclu1 və Borclu2 qarşı ödənilməli pul məbləğinin indeksasiya olunması barədə ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsaba Ağayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar