Məhkəmə qərarları › İş №8(036)-105/2024

İmişli Rayon Məhkəməsi Qərardad — İş №8(036)-105/2024

24.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 8(036)-105/2024 24.09.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əsədli Xuraman Emin qızının katibliyi ilə, İmişli Rayon Məhkəməsinin 2(036)-1586/2021 saylı, xx.xx.2021-ci il tarixli və 2(036)- 2645/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədləri üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə İmişli rayon İcra şöbəsinin icra məmuru X1 təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İmişli rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 təqdimatla məhkəməyə müraciət edərək İmişli Rayon Məhkəməsinin 2(036)-2645/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, İmişli rayon Məhkəməsinin 2(036)-1586/2021 saylı, xx.xx.2021-ci il tarixli və 2(036)- 2645/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədləri üzrə İcra sənədi üzrə Borclu hər ay bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün İ icra sənədi üzrə 130, İİ icra sənədi üzrə isə 180 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar ödəməlidir. Qeyd olunan icra sənədləri xx.xx.2021cü il və xx.xx.2024-cü il tarixlərdə İmişli rayon İcra və probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbin təmin edilməsi ondan tələb edilmişdir. Tərəfimizdən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmiş, sorğuların nəticəsində borcluya məxsus tələbin yönəldilə biləcəyi əmlak və gəlir müəyyən edilməmişdir. Əldə olunmuş məlumata əsasən iş üzrə Borclu borcunu ödəməkdən yayınmaq üçün xarici ölkəyə getmək istəyir. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edirəm ki, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsini rəhbər tutaraq, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq tələbkar, borclu və icra məmuru məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri araşdırıb hesab edir ki, təqdimat təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş İmişli Rayon Məhkəməsinin 2(036)- 2645/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən birgə nikahdan doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu hər ay 180 manat cavabdeh Tələbkar xeyrinə aliment müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş İmişli Rayon Məhkəməsinin 2(036)-1586/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən birgə nikahdan doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu hər ay 130 manat cavabdeh Tələbkar xeyrinə aliment müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, İmişli rayon məhkəməsinin 2(036)-2645/2023-005 saylı, xx.xx.2023cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası barədə bildirişdən görünür ki, İmişli Rayon Məhkəməsinin 2(036)-2645/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu 10 gün müddətində icranı könüllü olaraq təmin etməsi barədə bildiriş göndərilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Bundan başqa, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 22 aprel 2013-cü il tarixli, 2-N nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında” Təlimat”ın 2.1-ci bəndinə əsasən, Məhkəmə qərarı, əmri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Həmin Təlimatın 2.2-ci bəndinə əsasən, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Borclu onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmadıqda, bildiriş borclu ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda yerli icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Borclunun əvəzinə bildirişi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməlidir; icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Beləliklə, məhkəmə təqdimatı və iş materiallarını araşdıraraq, icra məmuru tərəfindən görülmüş icra tədbirlərinin nəticəsiz qaldığını və icra sənədinin hazıradək icra edilmədiyini, borcun məbləğini nəzərə alaraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməli, İmişli Rayon Məhkəməsinin 2(036)-1586/2021 saylı, xx.xx.2021-ci il tarixli və 2(036)- 2645/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclu xx.xx.1992-ci il tarixdə İmişli şəhərində doğulmuş, İmişli şəhəri, Qaragüvəndikli kəndində qeydiyyatda olan Borclu Azərbaycan Respublikası ərazisindən kənara getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. İmişli Rayon Məhkəməsinin 2(036)-1586/2021 saylı, xx.xx.2021-ci il tarixli və 2(036)- 2645/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclu xx.xx.1992-ci il tarixdə İmişli şəhərində doğulmuş, İmişli şəhəri, Qaragüvəndikli kəndində qeydiyyatda olan Borclu Azərbaycan Respublikası ərazisindən kənara getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası İmişli rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar