Məhkəmə qərarları › İş №8(036)-107/2025

İmişli Rayon Məhkəməsi Qərardad — İş №8(036)-107/2025

28.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 8(036)-107/2025 28.08.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayeva Gülsaba Xeyrulla qızının sədrliyi, Məhkəmə iclas katibi Sarıyev Əhməd Siracəddin oğlunun katibliyi, Borclu X6 iştirakı ilə, İmişli Rayon Məhkəməsinin 2(036)-178/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsinin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə X6 ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Borclu X2 Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, İmişli Rayon Məhkəməsinin 2(036)-178/2025 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnaməsinin icra üsulunu və qaydasını dəyişdirərək Maraqlı şəxs xx.xx.2022-ci il təvəllüdlü X5 və xx.xx.2023-cü il tarixli X3 qərarla müəyyən edilmiş ünsiyyət qaydasında dəyişiklik edilsin. Atanın övladların görüşləri az yaşlının maraqlarına uyğun olaraq, təhlükəsizliyinə görə ananın nəzarəti altında, uşağın yaşayış yerində və ya məhkəmənin müəyyən edəcəyi neytral məkanda qısa müddətli olaraq həyata keçirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İmişli Rayon Məhkəməsinin 2(036)-178/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən Maraqlı şəxs övladlarıyla ünsiyyət hüququ müəyyən edilmişdir. Lakin həmin qərarın icrası bir sıra ciddi problemlər yaratmışdır. Onun sübutlarına baxılmadan qərar qəbul edilib. Bir ana olaraq qarşı tərəfin ailəsi problemli olduğu üçün, onu dəfələrlə uşaqlarla hədələdikləri üçün narahatdır və az yaşlı övladları hələ körpədir, ana qayğısına möhtacdır və anadan ayrı qalması psixoloji və fiziki baxımdan zərərli ola bilər. Uşağın atası indiyədək övladın həyatında, heç bir bayramlarında və ad günlərində iştirak etməmiş, onların tərbiyəsi və sağlamlıqları ilə maraqlanmamışdır. Bu səbəbdən uşağın ananın nəzarəti olmadan aparılması uşaqın mənafeyinə ziddir. Qərarda nəzərdə tutulmuş uzun müddətli ünsiyyət qaydası hazırki halda uşağın yaşına uyğun deyil və uşağın mənafeyinə zidd nəticələr doğurur. Məhkəmədə borclu ərizəni müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tələbkar Maraqlı şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə tələbkarın iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə borclu X6 qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə ərizəsini nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməməlidir. İş materiallarında olan: İmişli Rayon Məhkəməsinin 2(036)-178/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən Maraqlı şəxs yetkinlik yaşlarına çatmayan övladları xx.xx.2022-ci il təvəllüdlü X5 və xx.xx.2023-cü il təvəllüdlü X7 ilə qətnamə icra olunmağa başlandığı vaxtdan 3 (üç) ay müddətində cavabdeh X6 iştirakı ilə, qeyd edilən 3 (üç) ay müddət bitdikdən sonra cavabdeh X6 iştirakı olmadan uşaqların doğum günü olan - hər ilin iyul ayının 28 və dekabr ayının 11-də saat 14:00-dan 17:00-dək, hər həftənin bazar günləri, Qadınlar günü (martın 8-i), X17 günü (mayın 9-u), Müstəqillik günü (mayın 28-i), Azərbaycan xalqının Milli Qurtuluş günü (iyunun 15-i), Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü (iyunun 26-sı), Zəfər günü ( noyabrın 8-i), Dünya Azərbaycanlılarının Həmrəyliyi günü (dekabrın 31-i), Yeni il, Novruz, Ramazan və Qurban bayramlarının 2-ci günlərində saat 11:00-dan 17:00-dək ünsiyyətdə olmaq hüququnun verilməsi, ünsiyyət hüququnun təmin edilməsi üçün xx.xx.2022-ci il təvəllüdlü X5 və xx.xx.2023-cü il təvəllüdlü X3 onların yaşayış yeri üzrə İmişli şəhəri, N.ünvan 1 ünvanında onların doğum günü olan hər ilin iyul ayının 28 və dekabr ayının 11-də saat 14:00-da, hər həftənin bazar günü, Qadınlar günü (martın 8-i), X17 günü (mayın 9- u), Müstəqillik günü (mayın 28-i), Azərbaycan xalqının Milli Qurtuluş günü (iyunun 15-i), Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü (iyunun 26-sı), Zəfər günü ( noyabrın 8-i), Dünya Azərbaycanlılarının Həmrəyliyi günü (dekabrın 31-i), Yeni il, Novruz, Ramazan və Qurban bayramlarının 2-ci günlərində saat 11:00-da cavabdeh X9 tərəfindən iddiaçı Maraqlı şəxs, həmin günlər saat 17:00-da isə eyni ünvanda iddiaçı Maraqlı şəxs tərəfindən cavabdeh X8 təhvil verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-969/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə müəyyən olunur ki, iddiaçı X9 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(036)-148/2025 saylı qətnaməsi qismən-mənəvi ziyana aid hissədə ləğv edilmiş, iş üzrə mənəvi ziyana aid hissədə yeni qətnamə qəbul edilmiş, iddia tələbi həmin hissədə qismən təmin edilmiş, cavabdehlər X11 və X4 mənəvi ziyan üçün ayrı-ayrılıqda hər birindən 1000 manat pulun alınaraq iddiaçı X8 verilməsi, dövlət rüsumu kimi ödənilmiş 50 manat və vəkil xidmətinə görə ödənilmiş 100 manatın cavabdehlər X11 və X4 müştərək qaydada alınıb iddiaçıya verilməsi, qətnamənin mübahisələndirilən digər hissələrdə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(036)-747/2025 saylı qərarına əsasən, X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 300 manat məbləğində cərimə edilmişdir. Borclu məhkəməyə audio-video disk təqdim etmiş və bildirmişdir ki, tələbkar uşağa içki içirtmiş, özü onu gizli olaraq çəkmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli 15 nömrəli Qərarı:

1. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin: 2.2. 3-cü bəndin mətni ləğv edilsin və aşağıdakı məzmunda 3.1 və 3.2-ci bəndlər əlavə edilsin: “3.1. Məhkəmələr uşaqlardan ayrı yaşayan valideynin uşaqla ünsiyyət hüququnun həyata keçirilməsi barədə iddialara baxarkən iddianın predmetinin ünsiyyət hüququnun müəyyən edilməsindən ibarət olduğunu, ünsiyyətin vaxtı, müddəti, yeri, forması, şəraiti və digər xüsusiyyətlərinin isə bu hüququn icra qaydası və (və ya) üsulunu ehtiva etdiyini nəzərə almalıdırlar. Məhkəmələr iddianın predmetinə qiymət verərkən ünsiyyət hüququnun müəyyən edilməsini tələb edən valideynlə uşağın ünsiyyətdə olmasının sonucunun fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər verə biləcəyi halların mövcudluğu baxımından araşdırmalı, habelə bu ünsiyyətin uşağın mənafeyinə uyğun olub-olmadığını müəyyən etməklə iddianı təmin və ya rədd etməlidirlər. İddiaçının qeyd edilən iddia tələbi ilə birgə verilən ünsiyyət qaydası və (və ya) üsuluna dair müraciətinə münasibətdə isə məhkəmələr bu Qərarın 2.2-ci bəndində göstərilənlərə uyğun qiymətləndirmə aparmaqla, təmin etdiyi hüququn icrası qaydası və (və ya) üsulunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.6-cı maddəsinə əsasən müəyyən etməlidirlər. 3.2. Bu Qərarın 3.1-ci bəndində göstərilənlər baxımından məhkəmə tərəfindən qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş ünsiyyət qaydası və (və ya) üsulunun (vaxt, müddət, yer, forma, şərait və s.) istənilən əsasla valideynlərdən hər hansı birinin müraciəti ilə sonradan dəyişdirilməsi bu barədə yeni iddianın qaldırılması deyil, Mülki Prosessual Məcəllənin 231-ci maddəsinə əsasən qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinə dair ərizənin verilməsi yolu ilə həll edilməlidir. Buna dair müstəqil iddia ilə müraciət edildiyi halda Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, iddia ərizəsi artıq icraata qəbul edildiyi halda isə Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir.”. 231.1. İşə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. 231.2. Həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 58.1. Valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər.

61. Uşaqlarından ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyəsi və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi barədə razılığa gələ bilmədikdə mübahisə onların (onlardan birinin) tələbi əsasında yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. Məhkəmənin qətnaməsinə əməl etməyən valideynə qarşı mülki-prosessual qanunvericiliyə uyğun ölçü götürülür. Bu qətnaməyə qəsdən əməl edilmədikdə, məhkəmə uşaqdan ayrı yaşayan valideynin tələbi ilə uşağın mənafeyi və rəyi nəzərə alınmaqla onun həmin valideynə verilməsi haqqında qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 22 may 2015-ci il tarixli qərarı ...Məhkəmə qətnaməsinin icra üsulları iş üzrə tərəflərdən birinin pozulmuş hüquqlarının bərpasına yönəlmiş hərəkətlər sistemini nəzərdə tutur. Məhkəmə qətnaməsinin icra qaydası isə müvafiq məhkəmə aktının icra üsullarının məzmununu təşkil edən, müəyyən ardıcıllıqla və müvafiq qaydalara riayət etməklə yerinə yetirilən hərəkətlərin məcmusudur. Qətnamənin icra qaydasının dəyişdirilməsi məhkəmə tərəfindən icra hərəkətlərinin yerinə yetirilməsi ardıcıllığının (növbəliliyinin), yaxud göstərilən hərəkətlərin məzmununun (həyata keçirilməsi şərtlərinin) dəyişdirilməsində ifadə olunur. Məhkəmə, qətnamənin icrasını müəyyən hadisənin gələcəkdə baş verməsi ilə əlaqələndirib, möhlət verərək qətnamənin müvafiq icra qaydasını müəyyən etmiş olur. Bu ardıcıllıqla icra hərəkətlərinin yerinə yetirilməsində çətinliklər yarandıqda həmin icra qaydasının dəyişdirilməsi zərurəti yarana bilər. Qeyd olunmalıdır ki, qətnamənin icra qaydasının dəyişdirilməsi işdə iştirak edən şəxslərin məhkəmə müdafiəsi hüququnun səmərəliliyini təmin edən vasitə kimi qiymətləndirilir və belə yanaşma Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin tələblərinə cavab verir...Qətnamənin icra qaydasının dəyişdirilməsinə gəldikdə qeyd olunmalıdır ki, bu məsələnin həlli qətnamənin mahiyyətinə aid deyil və yalnız həmin qətnamənin çıxarılmasından sonra yaranmış icra məsələlərini tənzimləyir. Eyni zamanda, möhlət verilməsi qətnamədə ifadə olunsa belə işin mahiyyətinə toxunmur. Buna görə də qətnamə qüvvəyə mindikdən sonra icra qaydasının dəyişdirilməsi məsələsi işdə iştirak edən şəxslərin ərizəsi əsasında işə baxmış birinci instansiya məhkəməsi tərəfindən həll edilir. Məhkəmə qeyd edilən normaların tələbləri baxımından qeyd edir ki, hazırki vəziyyətdə ərizə təmin olunmamalıdır. Belə ki, ərizənin məzmunu və borclunun məhkəmə iclasında izahatı ilə müəyyən olunmuşdur ki, borclu İmişli Rayon Məhkəməsinin 2(036)- 178/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən şikayət verməmiş, qətnamə qanuni qüvvəsini almışdır. Hazırda isə borclu müvafiq ərizəni təqdim etməklə qətnamənin icra üsulunun dəyişdirilməsinə nail olmaq niyyətindədir. Belə ki, məhkəmə iclasında borclu məhkəməyə diskdə video, audio yazılar təqdim etmiş və bildirmişdir ki, o övladlarının ata ilə görüşünə heç vaxt mane olmamışdır, ata istədiyi vaxt onlarla görüşə bilərlər. Lakin atanın evində uşaqların olması çox təhlükəlidir. Belə ki, baldızı Gülnar onu döymüş, təqdim etdiyi icra vərəqi ilə isə müəyyən olunur ki, keçmiş ərinin yaşadığı evə onların qohumu olan şəxsin də köçürülməsi qət edilmişdir. Borclu məhkəmənin suallarını cavablandlraraq bildirmişdir ki, uşaqlar üçün ata hər ay 350 manat aliment ödəyir. Hazırki vaxta kimi o heç vaxt uşaqları aparmamış, onlarla maraqlanmamışdır. Uşaq xəstə olanda gəlməmiş, doğum günündə iştirak etməmişdir. Sadəcə gələcəkdə apararsa, buna görə çox narahatdır. Şəkillərdən də görünür ki, başqa bir uşağın əli həmin evdə zədələnmişdir. Ata uşağa hətta spirtli içki içirdir. Uşaqlarla atanın onun yanında görüşmələrini istəyir. Disklərdən görünür ki, keçmiş ərinin qohumları nalayıq ifadələr işlədirlər. Uşaqlarının həmin mühitdə olmasını istəmir, onlar üçün çox narahatdır. Məhkəmə qeyd edir ki, hazırki ərizənin təmin olunması işə birtərəfli yanaşma kimi qiymətləndirilməklə, tələbkarın hüquqlarının əsassız məhdudlaşdırılmasına yönələ bilər. Bu isə öz növbəsində onun məhkəmə müdafiəsi hüququnun səmərəliliyinin azalmasına gətirib çıxaracaqdır. Digər tərəfdən, borclunun bildirdiyi dəlillər də təsdiqini tapmamışdır. Belə ki, borclunun keçmiş baldızla olan münasibətləri, atanın yaşadığı fərdi yaşayış evinə başqa şəxslərin köçürülməsi, atanın hazırki vaxtadək uşaqlarla görüşməməsi qətnamə ilə müəyyən olunmuş ünsiyyət qaydasının dəyişdirilməsi üçün əsas deyildir. Atanın uşağa spirtli içki içirməsi halı isə diskə baxış zamanı təsdiqini tapmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

X1 İmişli Rayon Məhkəməsinin 2(036)-178/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Gülsaba Ağayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar