Məhkəmə qərarları › İş №8(036)-11/2023

İmişli Rayon Məhkəməsi Qərardad — İş №8(036)-11/2023

25.01.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 8(036)-11/2023 25.01.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ X4 Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, Tələbkar nümayəndəsi X1, Borclu iştirakı ilə İmişli Rayon Məhkəməsinin 2(036)-2616/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu İmişli rayon icra və probasiya şöbəsinə məcburi qaydada gətirilməsi barədə həmin idarənin icra məmuru X2 təqdimatına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İmişli rayon icra və probasiya şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək, İmişli Rayon Məhkəməsinin 2(036)-2616/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu İmişli rayon icra və probasiya şöbəsinə məcburi qaydada gətirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, İmişli Rayon Məhkəməsinin 2(036)- 2616/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Borclu cehiz əmlakından- Türkiyə Respublikası istehsalı olan 3500 manat dəyərində mebel dəsti (yataq və qonaq dəsti), 1 ədəd stol, 6 ədəd stul, 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd jurnal stolu, 250 manat dəyərində 1 ədəd uşaq çarpayısı, 30 manat dəyərində 1 ədəd saat, 400 manat dəyərində 1 ədəd “SAMSUNG” markalı televizor, 50 manat dəyərində 1 ədəd “SAMSUNG” markalı DVD, 110 manat dəyərində 1 ədəd “EVROLUX” markalı tozsoran, 550 manat dəyərində 1 ədəd “VESTEL” paltaryuyan maşın, 200 manat dəyərində 1 ədəd qazan dəsti, 100 manat dəyərində 1 ədəd “EVROLUX” markalı ətçəkən maşın, 30 manat dəyərində 1 ədəd bıçaq dəsti, 80 manat dəyərində 2 ədəd böyük çaynik, 30 manat dəyərində 2 ədəd dəm çayniki, 70 manat dəyərində 12 ədəd billur (xrustal) stəkan, 80 manat dəyərində 2 ədəd güllü məyvə qabı, 150 manat dəyərində 2 ədəd billur (xrustal) güldan, 100 manat dəyərində 2 ədəd bogema meyvə qabı, 100 manat dəyərində 2 ədəd billur (xrustal) ləpə qabı, 110 manat dəyərində 2 ədəd billur (xrustal) şirniyyat qabı, 50 manat dəyərində 2 ədəd billur (xrustal) limon qabı, 60 manat dəyərində 2 ədəd billur (xrustal) konfet qabı, 60 manat dəyərində 4 ədəd böyük bakal dəsti, 120 manat dəyərində 1 ədəd çay və kofe dəsti, 150 manat dəyərində 1 ədəd yemək dəsti, 20 manat dəyərində 3 ədəd podnos, 40 manat dəyərində 2 ədəd balaca bakal dəsti, 20 manat dəyərində 2 ədəd su qabı dəsti, 120 manat 1 ədəd lüstur, 30 manat dəyərində 1 ədəd ütü altı, 80 manat dəyərində 3 ədəd karniz, 450 manat dəyərində 3 ədəd pərdə, 180 manat dəyərində 1 ədəd çamadan qaşıq dəsti, 6 ədəd yorğan, 6 ədəd yastıq, 3 ədəd böyük döşək, 1 ədəd taxt döşəyi, 1 ədəd şirniyyat üçün səbət dəsti, 2 ədəd ədyal, 6 ədəd balaca döşək, 3 ədəd gəbə, 1 ədəd kilim, 12 ədəd yorğan pasteli, 12 ədəd süfrə, 12 ədəd böyük dəsmal, 12 ədəd balaca dəsmal, 12 ədəd stəkan silən parça, 2 ədəd yataq üzü (pakrıval) dəsti, 1 ədəd divan üstü, qızıl-zinət əşyalarından-2018-ci ildə hədiyyə olaraq alınmış 1 komplekt qızıl (2 ədəd sırğa, 1 ədəd üzük, 1 ədəd sep və 1 ədəd klon) və hədiyyə olaraq alınmış 1 ədəd kişi nişan üzüyü alınaraq, iddiaçı Tələbkar geri qaytarılmalıdır. İcra sənədinin icrası ilə bağlı dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu çağırışlara gəlməmişdir. Bu səbəbdən icra sənədinin icrasını təmin etmək mümkün olmamışdır. Borclu izahat verərək göstərdi ki, icra məmuru tərəfindən icra sənədi üzrə hər hansı bir bildiriş və xəbərdarlıq məktubu ona göndərilməmiş, barəsində məcburi gətirilmə qərarının mövcud olmasından məlumatı olmamış və hər zaman icra və probasia şöbəsinin qanuni tələblərini yerinə yetirmək onun borcudur. Tələbkarın nümayəndəsi izahat verərək borclunun barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş İmişli rayon icra və probasiya şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, təqdimatı təqdim olunmuş sənədlərlə birlikdə araşdırıb əsaslılığını yoxlayaraq hesab edir ki, təqdimat rədd edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olur ki, İmişli Rayon Məhkəməsinin 2(036)- 2616/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Borclu cehiz əmlakından- Türkiyə Respublikası istehsalı olan 3500 manat dəyərində mebel dəsti (yataq və qonaq dəsti), 1 ədəd stol, 6 ədəd stul, 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd jurnal stolu, 250 manat dəyərində 1 ədəd uşaq çarpayısı, 30 manat dəyərində 1 ədəd saat, 400 manat dəyərində 1 ədəd “SAMSUNG” markalı televizor, 50 manat dəyərində 1 ədəd “SAMSUNG” markalı DVD, 110 manat dəyərində 1 ədəd “EVROLUX” markalı tozsoran, 550 manat dəyərində 1 ədəd “VESTEL” paltaryuyan maşın, 200 manat dəyərində 1 ədəd qazan dəsti, 100 manat dəyərində 1 ədəd “EVROLUX” markalı ətçəkən maşın, 30 manat dəyərində 1 ədəd bıçaq dəsti, 80 manat dəyərində 2 ədəd böyük çaynik, 30 manat dəyərində 2 ədəd dəm çayniki, 70 manat dəyərində 12 ədəd billur (xrustal) stəkan, 80 manat dəyərində 2 ədəd güllü məyvə qabı, 150 manat dəyərində 2 ədəd billur (xrustal) güldan, 100 manat dəyərində 2 ədəd bogema meyvə qabı, 100 manat dəyərində 2 ədəd billur (xrustal) ləpə qabı, 110 manat dəyərində 2 ədəd billur (xrustal) şirniyyat qabı, 50 manat dəyərində 2 ədəd billur (xrustal) limon qabı, 60 manat dəyərində 2 ədəd billur (xrustal) konfet qabı, 60 manat dəyərində 4 ədəd böyük bakal dəsti, 120 manat dəyərində 1 ədəd çay və kofe dəsti, 150 manat dəyərində 1 ədəd yemək dəsti, 20 manat dəyərində 3 ədəd podnos, 40 manat dəyərində 2 ədəd balaca bakal dəsti, 20 manat dəyərində 2 ədəd su qabı dəsti, 120 manat 1 ədəd lüstur, 30 manat dəyərində 1 ədəd ütü altı, 80 manat dəyərində 3 ədəd karniz, 450 manat dəyərində 3 ədəd pərdə, 180 manat dəyərində 1 ədəd çamadan qaşıq dəsti, 6 ədəd yorğan, 6 ədəd yastıq, 3 ədəd böyük döşək, 1 ədəd taxt döşəyi, 1 ədəd şirniyyat üçün səbət dəsti, 2 ədəd ədyal, 6 ədəd balaca döşək, 3 ədəd gəbə, 1 ədəd kilim, 12 ədəd yorğan pasteli, 12 ədəd süfrə, 12 ədəd böyük dəsmal, 12 ədəd balaca dəsmal, 12 ədəd stəkan silən parça, 2 ədəd yataq üzü (pakrıval) dəsti, 1 ədəd divan üstü, qızıl-zinət əşyalarından-2018-ci ildə hədiyyə olaraq alınmış 1 komplekt qızıl (2 ədəd sırğa, 1 ədəd üzük, 1 ədəd sep və 1 ədəd klon) və hədiyyə olaraq alınmış 1 ədəd kişi nişan üzüyü alınaraq, iddiaçı Tələbkar geri qaytarılmalıdır. İcra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2020-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü icra olunması barədə bildiriş borcluya göndərilmişdir. İcra məmurunun xx.xx.2022-ci il tarixli qərarından görünür ki, borclu barəsində məcburi gətirilmə qərarı tətbiq edilmişdir «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbirləri tətbiq olunur. Həmin Qanunun 84.3-cü maddəsinə əsasən bu Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. İş materiallarında icra məmuru tərəfindən qanunla nəzərdə tutulmuş qaydada icra sənədi üzrə icraata başlanılaraq tələbin könüllü icrası haqqında bildirişin, xəbərdarlıq məktubunun və borclu barəsində məcburi gətirilmə qərarının borcluya göndərilməsi və onun tərəfindən qəbul edilməsi barədə heç bir təsdiqedici sənəd mövcud deyildir. Təqdimatın əsaslığı başqa bir sübutla öz təsdiqini tapmamış və işin halları ilə təkzib olunur. Məhkəmə hesab edir ki, İmişli Rayon Məhkəməsinin 2(036)-2616/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun İmişli rayon icra və probasiya şöbəsinə məcburi qaydada gətirilməsi barədə həmin şöbənin icra məmuru X2 təqdimatı əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İmişli Rayon Məhkəməsinin 2(036)-2616/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu İmişli rayon icra və probasiya şöbəsinə məcburi qaydada gətirilməsi barədə həmin şöbənin icra məmuru X2 təqdimatı təmin edilməsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində İmişli Rayon Məhkəməsinə şikayət vermək olar. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar