Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 8(036)-12/2022 11.02.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ X5 Hacıyevin sədirliyi, Nuranə Busat qızı Hacıyevanın katibliyi ilə, Borclu barəsində məcburi gətirilmə tədbirinin tətbiq olunması barədə İmişli rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X3 təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İmişli rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X1 Rayon Məhkəməsinin 09 yanvar 2013-cü il tarixli 2(036)-63/2013 saylı icra sənədinin icrasının təmin edilməsi üçün Borclu barəsində məcburi gətirilmə tədbirinin tətbiq olunması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. İmişli rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X6 təqdimatı onunla əsaslandırmışdır ki, İmişli Rayon Məhkəməsinin 09 yanvar 2013-cü il tarixli 2(036)- 63/2013 saylı icra sənədinə əsasən bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu hər ay 50 (əlli) manat məbləğində aliment alınaraq tələbkar X2 verilməlidir. İcra sənədi üzrə icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş borcluya göndərilərək icra sənədinin könüllü icrası tələb edilmişdir. Borclu dəfələrlə İmişli rayon İcra və Probasiya şöbəsinə çağırılmış, lakin o, icra məmurunun çağırışına gəlməmişdir. Ona görə də Borclu barəsində məcburi gətirilmə tədbirinin tətbiq olunması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat təmin edilməli və Borclu İmişli rayon İcra və Probasiya şöbəsinə məcburi gətirilməlidir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə görə icra məmurunın çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Yuxarda göstərilənləri və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: Təqdimat təmin edilsin. İmişli şəhəri, Koroğlu küçəsi ev 28-də qeydiyyatda olan və yaşayan Borclu İmişli rayon İcra və Probasiya şöbəsinə məcburi gətirilsin. Qərardadın icrası İmişli rayon Polis şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində onun ləğvi üçün İmişli rayon məhkəməsinə şikayət vermək olar. Hakim: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №8(036)-12/2022
İmişli Rayon Məhkəməsi Qərardad — İş №8(036)-12/2022
11.02.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver