Məhkəmə qərarları › İş №8(036)-128/2025

İmişli Rayon Məhkəməsi Qərardad — İş №8(036)-128/2025

27.10.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 8(036)-128/2025 27.10.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Ağayeva Gülsaba Xeyrulla qızının sədrliyi, Sarıyev Əhməd Siracəddin oğlunun katibliyi ilə, İmişli Rayon Məhkəməsinin 2(036)-1565/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya məxsus əmlakın üzərinə həbs qoyulması haqqında İmişli rayon İcra şöbəsinin icra məmuru Ramil Paşayevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İmişli rayon İcra şöbəsinin icra məmuru Ramil Paşayev təqdimatla məhkəməyə müraciət edərək, İmişli Rayon Məhkəməsinin 2(036)-1565/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinin icrası ilə bağlı Borclu məxsus olan “VAZ 21074" minik markalı, "**-BX- ***" dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, İmişli Rayon Məhkəməsinin e-2(036)- 1565/2025-014 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Cavabdeh Borclu iddiaçı Tələbkar QSC-nin xeyrinə 5624.24 manat əsas, 527.43 manat faiz və 95.28 manat cərimə borcu olmaqla, cəmi 6246.95 (altı min iki yüz qırx altı manat doxsan beş qəpik) manat məbləğində borc və 82.47 (səksən iki manat qırx yeddi qəpik) manat ödənilmiş dövlət rüsumu tutulsun. İcra sənədi İmişli rayon İcra və probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. Belə ki, "Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan VAZ 21074 MİNİK minik markalı, 38BX084 dövlət qeydiyyat nişanlı avtomobili vardır. İcra sənədinin icrasını təmin etmək məqsədilə məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Yuxanda göstərilənləri və “icra haqqında" Azərbaycan Respublikası Qanununun 50.2- ci maddəsini rəhbər tutaraq, icra sənədi üzrə Borclu məxsus olan VAZ 21074 MİNİK minik markalı, 38BX084dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair qərardad verilməsi xahiş olunur. Təqdimata baxılmasının yeri və vaxtı barədə tələbkara, borcluya və təqdimatı verən şəxsə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlərr. Məhkəmə təqdimata tələbkar, borclu və təqdimatı verən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və iş materiallarını araşdırıb hesab edir ki, təqdimat təmin edilməməlidir. İş materiallarında olan: İmişli Rayon Məhkəməsinin 2(036)-1565/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi ilə müəyyən olunur ki, cavabdeh Borclu iddiaçı Tələbkar QSC-nin xeyrinə 5624.24 manat əsas, 527.43 manat faiz və 95.28 manat cərimə borcu olmaqla, cəmi 6246.95 (altı min iki yüz qırx altı manat doxsan beş qəpik) manat məbləğində borc və 82.47 (səksən iki manat qırx yeddi qəpik) manat ödənilmiş dövlət rüsumu tutulmalıdır. xx.xx.2025-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul olunaraq, borcluya icranı könüllü icra etmək təklif olunmuşdur. Borclunun ünvanına xx.xx.2025-ci il tarixli tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. “Elektron icra xidməti” sisteminin çıxarışından görünür ki, Borclu mülkiyyətində “VAZ 21074" minik markalı, "** BX ***" dövlət qeydiyyat nişanlı avtomobil müəyyən edilmişdir. İlk növbədə qeyd olunur ki, xx.xx.2025-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişin borcluya çatıb-çatmadığı, bununla da könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi müəyyən olunmur. Təqdimatla isə məhkəməyə artıq xx.xx.2025-ci il tarixdə müraciət olunmuşdur. Bundan başqa, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində məcburi icra tədbirləri sadalanmış və borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi bu tədbirlərdən biri kimi göstərilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 10.1-ci maddəsinə əsasən borclu fiziki şəxsdirsə, icra hərəkətləri onun yaşadığı yerdə, yaxud onun iş yerində və ya onun əmlakının olduğu yerdə həyata keçirilir. 43.1.1-ci maddəsinə görə borclunun əmlakı üzərinə həbs qoyulması və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirinin növlərindən biridir. 44.1-ci maddəsinə əsasən həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsaslardır. 44.2-ci maddəsinə əsasən bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir 45.1-ci maddəsinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinə əsasən, məcburi icra tədbirlərinin tətbiqinin əsasları bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 231.3-cü maddəsinə görə, borclunun əmlakı üzərinə həbs qoyulması məsələləri icra məmurunun təqdimatına əsasən həll edilir. Borclunun əmlakı üzərinə həbs qoyulması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. Borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. 231.2-ci maddəsinə əsasən, həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə qeyd edir ki, «İcra hаqqındа» Qanunun 45-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir (45.1). İcra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən, banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür (45.2). Borclunun banklarda və digər kredit təşkilatlarında saxlancda əmlakının və hesabının mövcudluğu, habelə hesab üzrə qalıqlar barədə məlumatlar icra məmuru tərəfindən “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 41.2-ci maddəsinə uyğun olaraq əldə edilir və onların (olduqda) üzərinə bu Qanunun 45.7-ci maddəsinə uyğun olaraq icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə həbs qoyulur. (45.3). Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir (45.6). Göründüyü kimi, borcluya məxsus əmlakın üzərinə həbs qoyulması üçün ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən, banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitləri və başqa sərvətlərinin olub-olmadığı müəyyən edilməlidir. Yalnız belə vəsaitinin olmadığı müəyyən edildikdən sonra, borcluya məxsus əmlak üzərinə həbs qoyula bilər. İcra işindən görünür ki, icra məmuru borclunun banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitləri və ya başqa sərvətlərinin olub-olmadığını müəyyən etmədən, tələbin borclunun pul vəsaitlərinə yönəldilməsi qaydasına riayət etmədən, borclunun əmlakı üzərinə həbs qoyulmasını xahiş etmişdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Qanunvericilik icra icraatı zamanı borclunun əmlakı üzərinə həbsin qoyulmasını bir sıra şərtlərin mövcudluğundan asılı etmişdir. Belə ki, qanunvericiliyin mənasına görə əmlak üzərinə həbsin qoyulması məhkəmə aktının icrasının təmin edilməsinə yönəlmiş məcburi icra tədbiri kimi nəzərdə tutulmuşdur, ona görə də icra məmuru bununla bağlı təqdimat verərkən “İcra haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş digər imkanlardan istifadə olunduğuna dair sübutlar təqdim edərək məhkəmə aktının icrasının mümkünsüzlüyünü əsaslandırmalıdır. Həmin imkanların olmadığı və ya tükəndiyi halda isə borclunun əmlakı üzərinə həbsin qoyulması barədə əsaslandırılmış təqdimatla məhkəməyə müraciət edilə bilər. Məhz bu səbəbdən “İcra haqqında” Azərbaycan Respublikası Qanununda icra məmurunun təqdimatının əsaslandırılmış olmalı olduğu nəzərdə tutulmuşdur. Hazırkı təqdimat isə yuxarıda göstərilən məzmunda əsaslandırılmamışdır. Məhkəmə qeyd edilənləri nəzərə alaraq, İmişli Rayon Məhkəməsinin 2(036)- 1565/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə borcluya məxsus avtomobilin üzərinə həbs qoyulmasını mümkün hesab etmir. Odur ki, İmişl irayon İcra və Probasiya söbəsinin təqdimatı təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron kabinet vasitəsilə MPM-yə 2 saylı əlavədə nəzərdə tutulmuş qaydada İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülsaba Ağayeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar