Məhkəmə qərarları › İş №8(036)-132/2023

İmişli Rayon Məhkəməsi Qərardad — İş №8(036)-132/2023

16.06.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 8(036)-132/2023 16.06.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi Şiralıyeva Günel Mirzə qızının katibliyi ilə, İmişli Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli 2(036)-2587/2022 saylı qətnaməsi əsasında verilmiş icra sənədinə izah verilməsi barədə İmişli rayon icra və probasiya şöbəsinin icra məmurunun ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İmişli rayon icra və probasiya şöbəsinin icra məmuru X9 ərizə ilə məhkəməyə müraciət edərək, İmişli Rayon Məhkəməsinin 2(036)-2587/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədində ünsiyyətin vaxtı kimi “hər ay üç gün ardıcıl, uşağın doğum günlərindən bir həftə öncə üç gün ardıcıl, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilən rəsmi dövlət və dini bayram günlərindən üç gün öncə üç gün ardıcıl” dedikdə uşaqla ünsiyyətin hansı qaydada təmin edilməli olduğunun nəzədə tutulmasına dair izah verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İmişli Rayon Məhkəməsinin 2(036)-2587/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən, X1 12 sentyabr 2017-ci il təvəllüdlü X3 ilə hər ay üç gün ardıcıl, uşağın doğum günlərindən bir həftə öncə üç gün ardıcıl, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilən rəsmi dövlət və dini bayram günlərindən üç gün öncə üç gün ardıcıl və hər gün, günün istənilən vaxtı qızı ilə telefon vasitəsilə ünsiyətdə olmaq hüququ borclu X6 tərəfindən təmin olunmalıdır. Qeyd edilən icra sənədində ünsiyyətin vaxtı kimi göstərilmiş hər ay üç gün ardıcıl, uşağın doğum günlərindən bir həftə öncə üç gün ardıcıl, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilən rəsmi dövlət və dini bayram günlərindən üç gün öncə üç gün ardıcıl 12 sentyabr 2017-ci il təvəllüdlü X2 atası X1 yanında qalmaqla, yoxsa ünsiyyət günlərinin sonunda anası X4 təhvil verilməklə ünsiyyətin təmin olunması tərəflər arasında fikir ayrılığı yaratmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəni təqdim olunmuş sənədlərlə birlikdə araşdırıb əsaslılığını yoxlayaraq hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, İmişli Rayon Məhkəməsinin 2(036)-2587/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamədən tərəflər apellyasiya şikayəti verməmiş və qətnamə xx.xx.2023-cü il tarixdə icraya yönəldilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası MPM-nin 15.1 - 15.3-cü maddələrinə əsasən məhkəmə məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. İcra məmurlarının səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Həmin Qanunun 7-ci maddəsinə əsasən icra məmuru icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görməlidirlər. Həmin Qanunun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Məhkəmə nəzərə alır ki, qanuni qüvvəsini almış İmişli Rayon Məhkəməsinin 2(036)- 2587/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnamənin nəticəvi hissəsində göstərilmiş tələblər icra sənədində tam və aydın şəkildə öz əksini tapmışdır. Məhkəmə İmişli Rayon Məhkəməsinin 2(036)-2587/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsini və onun əsasında verilmiş icra sənədi ilə birlikdə araşdıraraq hesab edir ki, icra sənədi tərtib edilərkən heç bir yalnışlığa yol verilməmişdir. Ərizənin heç bir əsası yoxdur. Ona görə də, icra məmurunun ərizəsi təmin edilməməli və İmişli Rayon Məhkəməsinin 2(036)-2587/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə izah verilməsindən imtina olunmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İmişli rayon icra və probasiya şöbəsinin icra məmuru X5 İmişli Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 2(036)-2587/2022 saylı qətnaməsi əsasında verilmiş icra sənədinə izah verilməsi barədə ərizəsi təmin edilməsin. İmişli Rayon Məhkəməsinin 2(036)-2587/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə izah verilməsindən imtina edilsin. Qərardadın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardaddan İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar