Məhkəmə qərarları › İş №8(036)-133/2023

İmişli Rayon Məhkəməsi Qərardad — İş №8(036)-133/2023

05.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 8(036)-133/2023 05.07.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli rayon məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Balacayev Elməddin Xudan oğlunun katibliyi, İmişli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(036)1349/2021 saylı icra sənədi üzrə X2 nümayəndəsi X9 və X1 nümayəndəsi X4 iştirakı ilə, icra sənədi üzrə borclunun tələbin hissə-hissə icra olunması barədə ərzəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İmişli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(036)1349/2021 saylı icra sənədinə əsasən borclu X3ndan müvafiq ölçülərə (şəkillərdə əks olunmuş görüntüyə görə) uyğun gələn 3240,0 ( üç min iki yüz qırx) manat dəyərində 36 qram çəkidə 585 əyarlı “Buta” formalı komplekt qızıl dəsti ( bilərzik, boyunbağı və üzük) və 1200,0 ( min iki yüz) manat dəyərində 8 qram çəkidə 585 əyarlı brilyant qaşlı nişan üzüyü alınıb tələbkar X8 verilməlidir. X3 ərizə ilə məhkəməyə müraciət edib İmişli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(036)1349/2021 saylı icra sənədi üzrə tələbi birdəfəlik ödəmək imkanı olmadığından 2000,0 manat birdəfəlik ödəməklə qalan məbləğin 150-300 manat hesabı ilə hissə-hissə ödənilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. X2 nümayəndəsi X13 göstərmişdir ki, X6 müvafiq ölçülərə (şəkillərdə əks olunmuş görüntüyə görə) uyğun gələn 3240,0 ( üç min iki yüz qırx) manat dəyərində 36 qram çəkidə 585 əyarlı “Buta” formalı komplekt qızıl dəsti ( bilərzik, boyunbağı və üzük) və 1200,0 (min iki yüz) manat dəyərində 8 qram çəkidə 585 əyarlı brilyant qaşlı nişan üzüyü alınıb tələbkar X8 verilməsi haqqında İmişli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(036)1349/2021 saylı qətnaməsi həqiqi vəziyyətə uyğun deyil və qanunsuzdur. X7 həmin tələbi nə birdəfəlik, nə də hissə-hissə ödəmək imkanı və niyyəti yoxdur. X1 nümayəndəsi X10 göstərmişdir ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(036)1349/2021 saylı icra sənədi üzrə tələbin 2000,0 manat birdəfəlik ödənilməklə qalan məbləğin 150-300 manat hesabı ilə hissə-hissə ödənilməsinə tərəfdardır. İcra işinin materiallarından görünür ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(036)1349/2021 saylı saylı icra sənədi üzrə icraat zamanı könüllü icra üçün müəyyən edilmiş müddətdə tələb ödənilməmişdir. İcra sənədinin icrası ilə əlaqədar icra məmuru tərəfindən qanunda nəzərdə tutulmuş bütün məcburi icra tədbirləri görülmüş, lakin X2 nağd pul vəsaiti, qiymətli əmlakı, qazancı və digər gəlirləri aşkar edilmədiyindən tələb indiyədək tam şəkildə ödənilib qurtarmamışdır. AR MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi .....Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyul 1997ci il tarixli 2 saylı Qərarının 14-cü bəndinə əsasən qətnamənin icra edilməsinə möhlət verilməsi və onun hissə-hissə icra edilməsi müstəsna hal olub, iş üzrə qətnamə çıxarmış məhkəmə tərəfindən borclunun ağır əmlak vəziyyəti və yaxud qətnamənin icrası üçün çətinlik törədən, borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Qətnamənin icrasına möhlət verilməsi və yaxud onun icrasının hissə-hissə həyata keçirilməsi məsələsi həll edildikdə, məhkəmə tərəfindən tələbkarın mənafeyi də nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, X2 İmişli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(036)1349/2021 saylı icra sənədi üzrə tələbi 2000,0 manat birdəfəlik ödəməklə qalan məbləğin 150-300 manat hesabı ilə hissə-hissə ödəmək niyyəti olmadığından tələbin hissə-hissə ödənilməsi tələbkar tərəfin mənafeyinə uyğun deyil. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 263, 264,266,267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRAR VERDİ : Ərizə təmin olunmasın. Qərardaddan 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar