Məhkəmə qərarları › İş №8(036)-139/2025

İmişli Rayon Məhkəməsi Qərardad — İş №8(036)-139/2025

12.11.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 8(036)-139/2025 12.11.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayeva Gülsaba Xeyrulla qızının sədrliyi, Məhkəmə iclas katibi Tağıyev Rasət Şaiq oğlunun katibliyi, Tələbkar Borclu, Borclu Tələbkar iştirakı ilə, İmişli Rayon Məhkəməsinin 2(036)-626/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsinin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə Tələbkar ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Borclu Tələbkar İmişli Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, İmişli Rayon Məhkəməsinin 2(036)-626/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsinə dəyişiklik edilərək, cavabdeh Borclu yetkinlik yaşma çatmamış X3 ilə 3 yaşına qədər yalnız ananın iştirakı ilə görüşməsinə icazə verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Tələbkar, cavabdeh Borclu ilə rəsmi nikah olmadan bir müddət ailə münasibətlərində yaşamışdır. Bu münasibətdən 24 aprel 2024-cü il tarixində oğlu-X3 dünyaya gəlib. Uşaq hazırda onun himayəsindədir. İmişli Rayon Məhkəməsinin əvvəlki qərarına əsasən, cavabdehə uşaqla 3 ay müddətində ananın iştirakı ilə, 3 ay bitdikdən sonra isə ananın iştirakı olmadan görüşmək hüququ verilmişdir. Lakin uşaq hələ 1 yaşındadır, atasına qarşı emosional bağlılıq formalaşmayıb və onun psixoloji, mənəvi və emosional inkişafı üçün ananın iştirakı vacibdir. Bu yaş dövründə uşağın anadan ayrı görüşməsi onun psixikasına mənfi təsir göstərə bilər. Yuxanda qeyd edilənləri nəzərə alaraq, uşaq 3 yaşına çatana qədər cavabdehin uşaqla yalnız ananın iştirakı ilə görüşməsinə icazə verilməsini xahiş edir. Məhkəmədə borclu ərizəni müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə tələbkar ərizənin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə borclu Tələbkar qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə ərizəsini nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməməlidir. İş materiallarında olan: İmişli Rayon Məhkəməsinin 2(036)-626/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Borclu yetkinlik yaşlarına çatmayan övladı, xx.xx.2024-cü il təvəllüdlü X3 ilə hazırki qətnamə icra olunmağa başlandığı vaxtdan 3 (üç) ay müddətində cavabdeh Tələbkar iştirakı ilə, qeyd edilən 3 (üç) ay müddət bitdikdən sonra cavabdeh Tələbkar iştirakı olmadan uşağın doğum günü olan - hər ilin aprel ayının 24-ü saat 11:00dan 17:00-dək, hər həftənin bazar günü, Yeni İl, Novruz, Ramazan, Qurban Bayramlarında saat 11:00-dan 17:00-dək ünsiyyətdə olmaq hüququ verilməsi, ünsiyyət hüququnun təmin edilməsi üçün xx.xx.2024-cü il təvəllüdlü X1 onların yaşayış yeri üzrə İmişli şəhəri, S.Vurğun küçəsi ev 57 ünvanında uşağın doğum günü olan - hər ilin aprel ayının 24-ü, hər həftənin bazar günü, Yeni İl, Novruz, Ramazan, Qurban Bayramlarında saat 11:00-da cavabdeh Tələbkar tərəfindən iddiaçı Borclu, həmin günlər saat 17:00-da isə eyni ünvanda iddiaçı Borclu tərəfindən cavabdeh Tələbkar təhvil verilməsi qət edilmişdir. Məhkəməyə təqdim olunmuş ərizədə tələbkar Borclu bildirmişdir ki, borclu övladını ona göstərmir, icra məmurunun çağırışlarına gəlmədiyi üçün borclu barəsində axtarış elan edilmişdir. Ərizəyə borclunun və uşağının axtarışı haqqında xx.xx.02025-ci il tarixli qərar əlavə olunmuşdur. Həmçinin əlavə olunmuş digər ərizələrin məzmunu ilə müəyyən olunur ki, tələbkar Borclunun onun uşaqla görüşlərinə maneələr yaratdığını bildirmişdir. Məhkəməyə təqdim edilmiş audio-video diskdə tələbkar Borclu oğlu - Əlizadə Ayaz ilə görüntüləri, gəzintidə olmaları, uşağın sakit olması müəyyən olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli 15 nömrəli Qərarı:

1. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin: 2.2. 3-cü bəndin mətni ləğv edilsin və aşağıdakı məzmunda 3.1 və 3.2-ci bəndlər əlavə edilsin: “3.1. Məhkəmələr uşaqlardan ayrı yaşayan valideynin uşaqla ünsiyyət hüququnun həyata keçirilməsi barədə iddialara baxarkən iddianın predmetinin ünsiyyət hüququnun müəyyən edilməsindən ibarət olduğunu, ünsiyyətin vaxtı, müddəti, yeri, forması, şəraiti və digər xüsusiyyətlərinin isə bu hüququn icra qaydası və (və ya) üsulunu ehtiva etdiyini nəzərə almalıdırlar. Məhkəmələr iddianın predmetinə qiymət verərkən ünsiyyət hüququnun müəyyən edilməsini tələb edən valideynlə uşağın ünsiyyətdə olmasının sonucunun fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər verə biləcəyi halların mövcudluğu baxımından araşdırmalı, habelə bu ünsiyyətin uşağın mənafeyinə uyğun olub-olmadığını müəyyən etməklə iddianı təmin və ya rədd etməlidirlər. İddiaçının qeyd edilən iddia tələbi ilə birgə verilən ünsiyyət qaydası və (və ya) üsuluna dair müraciətinə münasibətdə isə məhkəmələr bu Qərarın 2.2-ci bəndində göstərilənlərə uyğun qiymətləndirmə aparmaqla, təmin etdiyi hüququn icrası qaydası və (və ya) üsulunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.6-cı maddəsinə əsasən müəyyən etməlidirlər. 3.2. Bu Qərarın 3.1-ci bəndində göstərilənlər baxımından məhkəmə tərəfindən qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş ünsiyyət qaydası və (və ya) üsulunun (vaxt, müddət, yer, forma, şərait və s.) istənilən əsasla valideynlərdən hər hansı birinin müraciəti ilə sonradan dəyişdirilməsi bu barədə yeni iddianın qaldırılması deyil, Mülki Prosessual Məcəllənin 231-ci maddəsinə əsasən qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinə dair ərizənin verilməsi yolu ilə həll edilməlidir. Buna dair müstəqil iddia ilə müraciət edildiyi halda Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, iddia ərizəsi artıq icraata qəbul edildiyi halda isə Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir.”. 231.1. İşə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. 231.2. Həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 58.1. Valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər.

61. Uşaqlarından ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyəsi və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi barədə razılığa gələ bilmədikdə mübahisə onların (onlardan birinin) tələbi əsasında yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. Məhkəmənin qətnaməsinə əməl etməyən valideynə qarşı mülki-prosessual qanunvericiliyə uyğun ölçü götürülür. Bu qətnaməyə qəsdən əməl edilmədikdə, məhkəmə uşaqdan ayrı yaşayan valideynin tələbi ilə uşağın mənafeyi və rəyi nəzərə alınmaqla onun həmin valideynə verilməsi haqqında qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 22 may 2015-ci il tarixli qərarı ...Məhkəmə qətnaməsinin icra üsulları iş üzrə tərəflərdən birinin pozulmuş hüquqlarının bərpasına yönəlmiş hərəkətlər sistemini nəzərdə tutur. Məhkəmə qətnaməsinin icra qaydası isə müvafiq məhkəmə aktının icra üsullarının məzmununu təşkil edən, müəyyən ardıcıllıqla və müvafiq qaydalara riayət etməklə yerinə yetirilən hərəkətlərin məcmusudur. Qətnamənin icra qaydasının dəyişdirilməsi məhkəmə tərəfindən icra hərəkətlərinin yerinə yetirilməsi ardıcıllığının (növbəliliyinin), yaxud göstərilən hərəkətlərin məzmununun (həyata keçirilməsi şərtlərinin) dəyişdirilməsində ifadə olunur. Məhkəmə, qətnamənin icrasını müəyyən hadisənin gələcəkdə baş verməsi ilə əlaqələndirib, möhlət verərək qətnamənin müvafiq icra qaydasını müəyyən etmiş olur. Bu ardıcıllıqla icra hərəkətlərinin yerinə yetirilməsində çətinliklər yarandıqda həmin icra qaydasının dəyişdirilməsi zərurəti yarana bilər. Qeyd olunmalıdır ki, qətnamənin icra qaydasının dəyişdirilməsi işdə iştirak edən şəxslərin məhkəmə müdafiəsi hüququnun səmərəliliyini təmin edən vasitə kimi qiymətləndirilir və belə yanaşma Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin tələblərinə cavab verir...Qətnamənin icra qaydasının dəyişdirilməsinə gəldikdə qeyd olunmalıdır ki, bu məsələnin həlli qətnamənin mahiyyətinə aid deyil və yalnız həmin qətnamənin çıxarılmasından sonra yaranmış icra məsələlərini tənzimləyir. Eyni zamanda, möhlət verilməsi qətnamədə ifadə olunsa belə işin mahiyyətinə toxunmur. Buna görə də qətnamə qüvvəyə mindikdən sonra icra qaydasının dəyişdirilməsi məsələsi işdə iştirak edən şəxslərin ərizəsi əsasında işə baxmış birinci instansiya məhkəməsi tərəfindən həll edilir. Məhkəmə qeyd edilən normaların tələbləri baxımından qeyd edir ki, hazırki vəziyyətdə ərizə təmin olunmamalıdır. Belə ki, ərizənin məzmunu və borclunun məhkəmə iclasında izahatı ilə müəyyən olunmuşdur ki, borclu İmişli Rayon Məhkəməsinin 2(036)- 626/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən şikayət verməmiş, qətnamə qanuni qüvvəsini almışdır. Hazırda isə borclu müvafiq ərizəni təqdim etməklə qətnamənin icra üsulunun dəyişdirilməsinə nail olmaq niyyətindədir. Halbuki məhkəmə müdafiəsi hüququ mütləq hüquq olmamaqla, onun məhdudlaşdırılması mümkündür. Uyğun hüquqi müdafiə vasitələrindən vaxtında, səmərəli istifadə olunması məhkəmə müdafiəsi hüququnun təmin olunmasının vacib ünsürüdür. Hazırki halda qətnamənin qəbul olunmasından sonra borclu tərəfindən şikayət verilməməsi, qətnamə qüvvəyə mindikdən 3 ay sonra onun icra üsulunun dəyişdirilməsi ilə bağlı əsaslı dəlillər təqdim olunmadan ərizənin verilməsi onun təmin edilməməsini labüd edir. Məhkəmə iclasında borclu tələbkar ilə onun iştirakı olmadan görüşün uşağın psixiemosional vəziyyətinə pis təsir etdiyini bildirsə də, məhkəmə araşdırması ilə bu hal təsdiqini tapmamış, yalnız tərəflər arasında gərgin münasibətlərin olduğu müəyyən olunmuşdur. Belə ki, qətnamə icra olunmağa başlandığı vaxtdan 3 (üç) ay müddət bitdikdən sonra cavabdehin iştirakı olmadan uşağın ata ilə görüşü olmamışdır. Məhkəmə qeyd edir ki, hazırki ərizənin təmin olunması tələbkarın hüquqlarının əsassız məhdudlaşdırılmasına yönələ bilər. Bu isə öz növbəsində onun məhkəmə müdafiəsi hüququnun səmərəliliyinin azalmasına gətirib çıxaracaqdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

Ərizəçi Tələbkar İmişli Rayon Məhkəməsinin 2(036)-626/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Gülsaba Ağayeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar