Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 8(036)-15/2021 18.01.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Qurban Hamid oğlu Hacıyevin sədirliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi ilə, İmişli rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 8(036)-290/2019 saylı qərardadın ləğv edilməsi barədə tələbkar “xxxx” ASC-nin ərizəsinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Tələbkar “xxxx” ASC ərizə ilə məhkəməyə müraciət edərək İmişli rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 8(036)-290/2019 saylı qərardadının ləğv edilməsi və borclu “X1” MMC-nin mülkiyyətində olan İmişli rayonu, M.Əsədov küçəsi 103 saylı ünvanda yerləşən qeyri-yaşayış binasının üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tələbkar “xxxx” ASC ərizəsini onunla əsaslandırmışdır ki, İmişli rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 8(036)-290/2019 saylı qərardadı ilə borclu “X1” MMC-nin mülkiyyətində olan İmişli rayonu, M.Əsədov küçəsi 103 saylı ünvanda yerləşən qeyri-yaşayış binasının üzərinə həbs qoyulmuşdur. Sözügedən daşınmaz əmlak hərraca çıxarılmış və “xxxx” ASC tərəfindən borc müqabilində mülkiyyətə alınmışdır. Bununla bağlı müvafiq rəsmiləşdirilmə həyata keçirilməsi üçün İmişli rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 8(036)-290/2019 saylı qərardadının ləğv edilməsi zərurəti yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməməsinə qiymət verərək Azərbaycan Respublikası MPM-nin 162.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İşdən görünür ki, İmişli Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 8(036)- 290/2019 saylı qərardadı ilə borclu “X1” MMC-nin mülkiyyətində olan İmişli şəhəri, M.Əsədov küşəsi 103 ünvanında yerləşən qeyri-yaşayış binasının üzərinə həbs qoyulması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 162.1-ci maddəsinə görə iddianı təmin etmə tədbirinin ləğv edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Həmin Məcəllənin 162.4-cü maddəsinə görə iddia təmin edildikdə onun təmin edilməsi üçün görülmüş tədbirlər məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır. Məkəmə hesab edir ki, ərizə təmin edilməli, İmişli Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 8(036)-290/2019 saylı qərardadı ləğv edilməli və “X1” MMC-nin mülkiyyətində olan İmişli şəhəri, M.Əsədov küşəsi 103 ünvanında yerləşən qeyri-yaşayış binasının üzərinə qoyulmuş həbs götürülməlidir. Yuxarda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 162, 263-264 və 266- 267-ci maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı: Ərizə təmin edilsin. İmişli Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 8(036)-290/2019 saylı qərardadı ləğv edilsin. “X1” MMC-nin mülkiyyətində olan İmişli şəhəri, M.Əsədov küşəsi 103 ünvanında yerləşən qeyri-yaşayış binasının üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №8(036)-15/2021
İmişli Rayon Məhkəməsi Qərardad — İş №8(036)-15/2021
18.01.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver