Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 8(036)-15/2024 28.02.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, X1 iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin 01 mart 2023-cü il tarixli, 2(106)-365/2023 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə X5 tərəfindən verilmiş ərizəyə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X5 ərizə verərək, Şirvan Apellyasiya Məhkəməsinin 01 mart 2023-cü il tarixli, 2(106)- 365/2023 saylı qətnaməsinin hissə-hissə, ayda 500 manat məbləğində icra edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(036)2664/2022 saylı qətnaməsi ilə iddiaçı X2 X4 qarşı pul tələbi barədə iddiası təmin edilməmiş, iddiaçının apellyasiya şikayətinə əsasən Şirvan Apellyasiya Məhkəməsinin əsasən 01 mart 2023-cü il tarixli, 2(106)-365/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək ondan 10000 manat və ödənilməmiş dövlət rüsumuna görə 75 manat məbləğində pulun alınıb iddiaçının xeyrinə verilməsi qət edilmişdir.Həmin məbləği birdəfəlik ödəmək imkanı yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. İddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, iddia ərizəsi mülki prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən verilmişdir. Məhkəmə hesab edir ki, borclu X3 ərizəsində tələbkarın ad və soyadı, onun qeydiyyatda olduğu ünvan və ya olduğu yer ,eləcə də şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar qeyd olunmamış, bundan əlavə ərizəyə əlavə olunmuş sənədlərin siyahısı da ərizəyə əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 149.2.2. İddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) ərizədə göstərilməlidir. Maddə 149.2.3. İddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Maddə 150.1.1. Cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri (iddia ərizəsi elektron formada verildiyi hal istisna olmaqla) iddia ərizəsinə əlavə edilməlidir. Maddə 152.1.1. İddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Maddə 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Hesab edirəm ki, ərizəçi tərəfindən verilmiş ərizə qeyd olunan prosessual qanunvericiliyin tələblərinə riayət edilməməklə verildiyinə görə, onun məhkəmə icraatı mümkün deyildir və geri qaytarılmalıdır. Ərizəçiyə izah edilməlidir ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şirvan Apellyasiya Məhkəməsinin 01 mart 2023-cü il tarixli, 2(106)-365/2023 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə X5 tərəfindən verilmiş ərizə geri qaytarılsın. Qərardaddan 10 gün müddətinə İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. X8
Məhkəmə qərarları › İş №8(036)-15/2024
İmişli Rayon Məhkəməsi Qərardad — İş №8(036)-15/2024
28.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver