Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 8(036)-156/2024 20.12.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Ağakişiyeva Lətafət Almazxan qızının sədrliyi, Tağıyev Rasət Şaiq oğlunun katibliyi, Borclu2 məxsus əmlakın üzərinə həbs qoyulmasına dair İmişli rayon İcra və probasiya şöbəsinin təqdimatına İmişli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İmişli rayon İcra və probasiya şöbəsinin icra məmuru Ramil Ağasiyev təqdimatla məhkəməyə müraciət edərək, İmişli Rayon Məhkəməsinin 2(036)-1019/2024-008 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Borclu2 mülkiyyətində olan “Toyota Land-Criuser Prado” minik markalı, **-GL-*** dövlət qeydiyyat nişanlı və “VAZ-2106” minik markalı, **- BL-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, İmişli Rayon Məhkəməsinin 2(036)- 1019/2024-008 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi İmişli rayon İcra və probasiya şöbəsinə daxil olduqdan sonra “İcraata başlamaq haqqında” qərar qəbul edilmiş və Borclu2 rəsmi qeydə alındığı ünvana “Tələbin könüllü icrası haqqında” bildiriş göndərilmişdir. Lakin borclu icra sənədinin icrasını təmin etməmişdir. Borclu2 mülkiyyətində olan olan “Toyota Land-Criuser Prado” minik markalı, **-GL-*** dövlət qeydiyyat nişanlı və “VAZ-2106” minik markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbsin qoyulması zərurəti yaranmışdır. İcra sənədi üzrə tələbkara, borcluya və təqdimat verən icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişi göndərilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə iclasına gəlməyən işdə iştirak edən şəxslərin iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, İmişli Rayon Məhkəməsinin 2(036)-1019/2024-008 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu2 18000 manat pul, vəkil xidmətinə görə 300 manat və 145 manat dövlət rüsumu tutularaq Borclu1 xeyrinə ödənilməlidir. İmişli rayon İcra və probasiya şöbəsi tərəfindən icra sənədi üzrə “İcraata başlamaq haqqında” qərar qəbul edilmiş və borcluya “Tələbin könüllü icrası haqqında” bildiriş göndərilmişdir. İcra tədbirləri nəticəsində müəyyən olmuşdur ki, Borclu2 mülkiyyətində “Toyota Land- Criuser Prado” minik markalı, **-GL-*** dövlət qeydiyyat nişanlı və “VAZ-2106” minik markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobillər vardır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. Həmin Qanunun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 45.7-ci maddəsinə əsasən tələb, borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Qanunun mənasına görə borclu icra sənədini könüllü icra etmədikdə məcburi icra hərəkətləri başalayır ki, məcburi icra hərəkətlərinin həyata keçirilmə ardıcıllığına uyğun icra edilməlidir. Məcburi icra tədbirlərindən biri də borclunun əmlakının üzərinə həbs qoyulmasından ibarətdir. Məhkəmə kollegiyası qeyd edir ki, icra məmuru iş üzrə borclunun icra sənədi üzrə tələbi təmin etmədiyini təqdimatda qeyd etsə də, iş üzrə borclunun çağrış vərəqələrini rəsmi qaydada almasını təsdiq edən sənədləri məhkəməyə təqdim edə bilməmişdir, borclunun icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzürsüz səbəbdən yayınması öz təsdiqini tapmamışdır. Məhkəmə iclaslarında icra məmurunun iştirakının təmin edilməsi və icra işinin məhkəməyə təqdim edilməsi üçün icra orqanına məktublar göndərilsə də, icra məmuru məhkəmə iclasında iştirak etməmiş və icra işini məhkəməyə təqdim etməmişdir. Təqdimata əlavə edilmiş sənədlərdən isə borclunun tələbi könüllü icra etməsindən yayınması faktı təsdiqini tapmır. Bundan başqa, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. İcra məmuru tərəfindən borclunun bank hesablarında pul vəsaitlərinin olub-olmaması barədə sənədlər isə məhkəməyə təqdim edilməmişdir. Beləliklə, məhkəmə şərh olunanlara və yuxarıda göstərilən qanunvericilik aktlarına əsasən hesab edir ki, təqdimat təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Lətafət Ağakişiyeva
Məhkəmə qərarları › İş №8(036)-156/2024
İmişli Rayon Məhkəməsi Qərardad — İş №8(036)-156/2024
20.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver