Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 8(036)-158/2024 20.12.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Ağakişiyeva Lətafət Almazxan qızının sədrliyi, Tağıyev Rasət Şaiq oğlunun katibliyi, Maraqlı şəxs icra məmuru X1 “icra edilməyən icra sənədinin tələbkara qaytarılması” haqqında xx.xx.2024-cü il tarixli qərarından tələbkar BOKT "xxxx" MMC tərəfindən verilmiş şikayətə İmişli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Tələbkar BOKT "xxxx" MMC şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs xx.xx.2023-cü il tarixli, 8i-10645 icra sənədinin qaytarılması haqqında xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, İmişli regional “Asan Xidmət” mərkəzində notariat ofisi tərəfindən Borclu barəsində 8i-10645 saylı, xx.xx.2023-cü il tarixli icra qeydi verilmişdir. Həmin icra qeydinə əsasən borcludan cəmiyyətin xeyrinə ümumilkdə 130 manat məbləğində pul tutulmalıdır. Həmin icra sənədi Maraqlı şəxs icraatına daxil olmuş və icra məmuru “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinin tələblərini rəhbər tutaraq icra sənədinin qaytarılması haqqında xx.xx.2024-cü il tarixli qərar qəbul etmişdir. Şöbənin icra məmuru qərarının onunla əsaslandırıb ki, aidiyyəti orqan və təşkilatlara sorğular göndərilmiş və borclunun mülkiyyətində heç bir əmlak aşkar edilməmişdir. Həmçinin borclunun yaşadığı mənzilə əmlak siyahıya alınması məqədilə baxış keçirilmiş, tələbin yönələ biləcəyi hər hansı dəyərli əmlak aşkar olunmamış və bu barədə akt tərtib olunmuşdur. Qanunvericiliyə zidd olaraq borclunun yaşadığı mənzildə tələbin yönələ biləcəyi hər hansı dəyərli əmlakın aşkar olunmamasına dair tərtib edilmiş akt barədə tələbkara məlumat verilməmişdir. Borcludan tutulmalı olan məbləğin 130 manat təşkil etdiyi nəzərə alaraq hesab edirlər ki, icra məmuru tərəfindən həmin məbləğin heç olmasa qismən də ödənilməsini təmin edə biləcək hər hansı əmlakın aşkar olunmaması ağlabatan deyil. Tərəflərə və icra məmuruna şikayətə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə şikayəti və əlavə edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, şikayət təmin edilməli, Maraqlı şəxs icra məmuru X1 “icra edilməyən icra sənədinin tələbkara qaytarılması” haqqında xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli və həmin icra sənədi üzrə icra tədbirləri davam edilməlidir. Belə ki, İmişli regional “Asan Xidmət” mərkəzində notariat ofisi tərəfindən Borclu barəsində 8i-10645 saylı, xx.xx.2023-cü il tarixli icra qeydinə əsasən borcludan 130 manat pul tutularaq tələbkar BOKT "xxxx" MMC-yə ödənilməlidir. Maraqlı şəxs icra məmuru X1 xx.xx.2024-cü il tarixli qərarı ilə icra sənədi, borcluya məxsus tələbin yönəldilə biləcəyi əmlak aşkar edilmədiyi əsası ilə geri qaytarılmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinə əsasən borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə, tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. “İcra haqqında” Qanunun 23.7-ci maddəsinə əsasən icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Göründüyü kimi, icra məmuru icra sənədinin “İcra haqqında” Qanunun 23.1.3-cü maddəsində göstərilən əsaslarla geri qaytarılması qənaətinə gələrkən səhvə yol vermiş, borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadığını, icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədiyini təsdiq edən sübutları əldə etmədən, bu barədə tələbkara məlumat vermədən, “İcra haqqında” Qanunun 23.2, 45.6, 45.8, 50 və 82-ci maddələrində qeyd edilən məcburi icra tədbirlərini tam yerinə yetirmədən və borclunun barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə məhkəməyə müraciət etmədən icra sənədinin geri qaytarılması barədə düzgün olmayan qərar qəbul etmişdir. İmişli regional “Asan Xidmət” mərkəzində notariat ofisinin 8i-10645 saylı, xx.xx.2023cü il tarixli icra qeydi icra olunmamışdır, borclu tələbkara olan borcunu ödəməmişdir. Şərh olunanlara əsasən, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsini və Azərbaycan Respublikası MPM-in 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. İmişli regional “Asan Xidmət” mərkəzində notariat ofisinin 8i-10645 saylı, xx.xx.2023cü il tarixli icra qeydinin icra edilmədən geri qaytarılması haqqında Maraqlı şəxs icra məmuru X1 xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İcra sənədi üzrə məcburi icra tədbirlərinin davam etdirilməsi Maraqlı şəxsnə havalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Lətafət Ağakişiyeva
Məhkəmə qərarları › İş №8(036)-158/2024
İmişli Rayon Məhkəməsi Qərardad — İş №8(036)-158/2024
20.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver