Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 8(036)-161/2024 20.12.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Ağakişiyeva Lətafət Almazxan qızının sədrliyi, Tağıyev Rasət Şaiq oğlunun katibliyi, İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(036)-605/2024 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu İmişli rayon İcra və probasiya şöbəsinə məcburi qaydada gətirilməsi barədə İmişli rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İmişli rayon İcra və probasiya şöbəsinin icra məmuru məhkəməyə təqdimatla müraciət edərək, İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(036)-605/2024 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu İmişli rayon İcra və probasiya şöbəsinə məcburi qaydada gətirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(036)-605/2024 saylı icra sənədinə əsasən Borclu 2090 manat məbləğində pul tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədinin icrası ilə bağlı dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu çağırışlara gəlməmişdir. Bu səbəbdən icra sənədinin icrasını təmin etmək mümkün olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq tərəflər məhkəməyə gəlməmiş və gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə onların tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı təqdim olunmuş sənədlərlə birlikdə araşdırıb əsaslılığını yoxlayaraq hesab edir ki, təqdimat rədd edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olur ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(036)-605/2024 saylı icra sənədinə əsasən Borclu 2090 manat məbləğində pul tutularaq Tələbkarnin xeyrinə ödənilməlidir. İcra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü icra olunması barədə bildiriş borcluya göndərilmişdir. İcra məmurunun xx.xx.2024-cü il tarixli qərarından görünür ki, borclu barəsində məcburi gətirilmə qərarı çıxarılmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbirləri tətbiq olunur. Həmin Qanunun 84.3-cü maddəsinə əsasən bu Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. İcra məmuru iş üzrə borclunun onun çağırışlarına gəlməməsini təqdimatda qeyd etsə də, iş üzrə borclunun çağrış vərəqələrini rəsmi qaydada almasını təsdiq edən sənədləri məhkəməyə təqdim edə bilməmişdir, borclunun icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzürsüz səbəbdən yayınması öz təsdiqini tapmır. Həmçinin “İcra haqqında” Qanunun 84.3-cü maddəsinin tələbinə əməl edilməmiş, icra məmuru müvafiq qərar qəbul etsə də, tərəflərə həmin qərarın surəti təqdim edilməmiş və onların məhkəməyə şikayət vermək hüquqları təmin edilməmişdir. Bu səbəblərdən təqdimat təmin edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264 və 267- 268-ci maddələrinə rəhbər tutaraq, məhkəmə qərara aldı: İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(036)-605/2024 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu İmişli rayon İcra və probasiya şöbəsinə məcburi qaydada gətirilməsi barədə İmişli rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Lətafət Ağakişiyeva
Məhkəmə qərarları › İş №8(036)-161/2024
İmişli Rayon Məhkəməsi Qərardad — İş №8(036)-161/2024
20.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver