Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 8(036)-167/2024 23.12.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Ağakişiyeva Lətafət Almazxan qızının sədrliyi, Tağıyev Rasət Şaiq oğlunun katibliyi ilə, İmişli Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 8(036)-286/2018 nömrəli qərardadı ilə Borclu əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi haqqında İmişli rayon İcra və probasiya şöbəsinin təqdimatına İmişli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İmişli rayon İcra və probasiya şöbəsinin icra məmuru Hikmət Umudlu təqdimatla məhkəməyə müraciət edərək, İmişli Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 8(036)- 286/2018 nömrəli qərardadı ilə Borclu əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, İmişli Rayon Məhkəməsi tətəfindən verilmiş 2(036)-6186/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən borclular X3, Borclu və X1 müştərək qaydada cəmi 7782.98 ABŞ dolları borc icra sənədinin icra olunduğu günə Azərbaycan manatına olan məzənnəsi ilə hesablanmaqla və 30 manat dövlət rüsumu tutlaraq tələbkar LPO Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2017-ci il tarixində İmişli rayon icra və probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəlmişdir. Könüllü icra müddəti ərzində icra sənədi üzrə tələb borclular tərəfindən icra edilmədiyindən məcburi icra tədbirlərinin tətbiqinə başlanılmış və təqdimat əsasında İmişli Rayon Məhkəməsinin 8(036)-286/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərardadı ilə borclu X2 mülkiyyətində olan “QAZ 53 ABB 3.6” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı və Borclu mülkiyyətində olan “QAZ 33021” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. LPO “Dəmirbank ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xx.xx.2024-cü il tarixli məktubuna əsasən icra sənədi üzrə borc məbləğinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemi kreditlərinin həlli ilə bağli əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanının icrası ilə əlaqədar olaraq restrukturizasiya edildiyi müəyyən edilmiş və İmişli rayon İcra və probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə İmişli Rayon Məhkəməsi tərəfindən verilmiş 2(036)-6186/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə icraata “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1.5-ci maddəsinə əsasən xitam verilmişdir. İcra sənədi üzrə tərəflərə və təqdimat verən icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişi göndərilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən həmin şəxslərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, təqdimatı təqdim olunmuş sənədlərlə birlikdə araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1.5-ci maddəsinə əsasən, icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən, icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Həmin Qanunun 20.3-cü maddəsinə əsasən, icra məmuru icraata xitam verilməsi barədə qərar qəbul etdikdən sonra icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir. Həmin Qanunun 20.8-ci maddəsinə əsasən, icra sənədi məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarıldıqdan sonra icra məmuru təyin etdiyi bütün icra tədbirlərini ləğv edir. İş materialları ilə müəyyən olur ki, İmişli Rayon Məhkəməsi tərəfindən verilmiş 2(036)- 6186/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən borclular X3, Borclu və X1 müştərək qaydada cəmi 7782.98 ABŞ dolları borc icra sənədinin icra olunduğu günə Azərbaycan manatına olan məzənnəsi ilə hesablanmaqla və 30 manat dövlət rüsumu tutlaraq tələbkar LPO Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədinin icrası ilə əlaqədar 8(036)-286/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərardadı ilə borclu X2 mülkiyyətində olan “QAZ 53 ABB 3.6” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı və Borclu mülkiyyətində olan “QAZ 33021” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. LPO “Dəmirbank ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xx.xx.2024-cü il tarixli məktubuna əsasən icra sənədi üzrə borc məbləğinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemi kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanının icrası ilə əlaqədar olaraq restrukturizasiya edildiyi müəyyən edilmiş və İmişli rayon İcra və probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə İmişli Rayon Məhkəməsi tərəfindən verilmiş 2(036)-6186/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə icraata “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1.5-ci maddəsinə əsasən xitam verilmişdir. İmişli Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(036)-6186/2016 saylı icra sənədi üzrə tələb borclular tərəfindən tam şəkildə icra olunmuş və borclu X2 mülkiyyətində olan “QAZ 53 ABB 3.6” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı və Borclu mülkiyyətində olan “QAZ 33021” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin saxlanması halı aradan qalxmışdır. Məhkəmə qeyd olunan hüquq normalarına istinad edib, işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, İmişli rayon İcra və probasiya şöbəsinin icra məmurunun təqdimatı qanuni və əsaslı olduğu üçün təmin olunmalı və 8(036)-286/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərardadı ilə borclu X2 mülkiyyətində olan “QAZ 53 ABB 3.6” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı və Borclu mülkiyyətində olan “QAZ 33021” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə qoyulmuş həbs götürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Borclu X2 mülkiyyətində olan “QAZ 53 ABB 3.6” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı və Borclu mülkiyyətində olan “QAZ 33021” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (elektron kabinet vasitəsilə MPM-in 2 nömrəli əlavəsinə uyğun) İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Lətafət Ağakişiyeva
Məhkəmə qərarları › İş №8(036)-167/2024
İmişli Rayon Məhkəməsi Qərardad — İş №8(036)-167/2024
23.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver