Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 8(036)-168/2023 21.07.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Balacayev Elməddin Xudan oğlunun katibliyi, icra sənədi üzrə borclu X6 və icra məmuru X2 iştirakı ilə, borlunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasının aradan qaldırılması haqqında ərizəsinə baxaraq MÜƏYYƏNETDİ: İmişli Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(036)2415/2015 saylı icra sənədinə əsasən X8, X1 və X3 müştərək qaydada 24.959,88 ABŞ dollarıəsas borc, 2624,77 ABŞ dolları faiz borcu və 280,0 ABŞ dolları penya, cəmi 27.864,65 ABŞ dolları ( ödəniş vaxtı manat məzənnəsi ilə) və 30,0 manat dövlət rüsumu tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İmişli rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(036)249/2018 saylı qərardadı ilə İmişli Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(036)2415/2015 saylı icra sənədi üzrə borclu X6 ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İş üzrə üzrə borclu X8 ərizə verib ölkədən getmək hüququnun məhdudlaşdırılmasının aradan qaldırılmasını xahiş etmişdir. İcra sənədi üzrə borclu X8 izahatında göstərmişdir ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(036)2415/2015 saylı icra sənədinə əsasən onunla birgə X1 və X3 müştərək qaydada 24.959,88 ABŞ dollarıəsas borc, 2624,77 ABŞ dolları faiz borcu və 280,0 ABŞ dolları penya, cəmi 27.864,65 ABŞ dolları ( ödəniş vaxtı manat məzənnəsi ilə) və 30,0 manat dövlət rüsumu tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Sahibkarlıq fəaliyyəti ilə əlaqədar müflis olması səbəbindən aldığı krediti qaytara bilməmiş və maddi imkanı günbəgün pisləşərək borclanmışdır. Azərbaycan Respublikasında konkret bir işlə məşğul olub kifayət qədər pul qazanaraq ailəsini saxlamaq və borcunu ödəmək imkanı olmadığından Rusiya Federasiyasına gedərək Samara şəhərində mövsümü işlərin görülməsindən qazanc əldə etmiş və "xxxx" ASC-nin xeyrinə həy ay 100,0 manat ödəmişdir. Bundan başqa icra sənədi üzrə tələb zamin X4 əmək haqqına yönəldilərək hər ay tələbkarın xeyrinə 200,0 manat tutulma aparılır və o, həmin məbləği X7 ödəyir. xx.xx.2022-ci il tarixdə o, anasının vəfatı ilə əlaqədar Azərbaycan Respublikasına gəlmiş və İmişli rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(036)249/2018 saylı qərardadı ilə ölkədən getmək hüququ məhdudlaşdırıldığı üçün Azərbaycan Respublikasının sərhədlərindən kənara buraxılmamışdır. Onun Azərbaycan Respublikasında iş yeri yoxdur və qazanc əldə etməsi üçün RF-ə getməsi vacibdir.Ona görə də, məhkəməyə ərizə verib ölkədən getmək hüququnun məhdudlaşdırılmasının aradan qaldırılmasını xahiş etmişdir. İcra işinin materiallarına əsasən müəyyən edilmişdir ki, xx.xx.2016-cı il tarixdə İmişli Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(036)2415/2015 saylı icra sənədi üzrə icraat başlanmış, tələb könüllü icra üçün müəyyən edilmiş müddətdə ödənilməmiş, görülmüş məcburi icra tədbirləri nəticəsində borclu X6 tələb yönələ biləcək qiymətli əmlakı və gəlirləri aşkar edilməmişdir. İcra sənədi üzrə tələb digər borclu X4 Mil-Muğan Təhsil İdarəsindən aldığı əmək haqqına yönəldilərək hər ay tələbkarın xeyrinə 200,0 manat tutulma aparılmaqdadır. Əlavə olaraq, borclu X8 tərəfindən tələbkarın xeyrinə hər ay 100,0 manat ödəniş edilir. İcra sənədi üzrə qalıq borcun məbləği 20957,95 ABŞ dolları təşkil edir. İşdə olan İmişli RİHB-nin İmişli şəhər İƏD üzrə İN tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 2042 saylı arayışa əsasən X8 evlidir və himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşağı vardır. İşdə olan İmişli RİHB-nin İmişli şəhər İƏD üzrə İN tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədə X8 müsbət xarakterizə olunmuşdur. AR Kostitusiyasının 28-ci maddəsinin İİİ-cü bəndinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. . Həmin Məcəllənin 84-1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Həmin Qanunun 84-1.2-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqda həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilir. Məhkəmə hesab edir ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(036)2415/2015 saylı icra sənədi üzrə borclu X6 tələb yönələ biləcək qiymətli əmlakı və gəlirləri aşkar edilmədiyindən və tələb digər borclu X4 əmək haqqına yönəldiyindən borclu X6 ölkədən getmək hüququnun məhdudlaşdırılması zərurəti aradan qalxmışdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci madələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Ərizə təmin olunsun. İmişli Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(036)2415/2015 saylı icra sənədi üzrə borclu X6 ölkədən getmək hüququnun məhdudlaşdırılması aradan qaldırılsın. Qərardaddan 10 (оn ) gün müddətində İmişli rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №8(036)-168/2023
İmişli Rayon Məhkəməsi Qərardad — İş №8(036)-168/2023
21.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver