Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 8(036)-17/2024 28.02.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi ilə, Borclu İmişli rayon icra və probasiya şöbəsinə məcburi qaydada gətirilməsi barədə icra məmurunun təqdimatına İmişli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İmişli rayon icra və probasiya şöbəsinin icra məmuru X1 təqdimatla məhkəməyə müraciət edərək, İmişli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(036)-1329/2023 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu İmişli rayon icra və probasiya şöbəsinə məcburi qaydada gətirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(036)-1329/2023 saylı icra sənədinə əsasən Borclu birgə nikahlarından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatamna qədər saxlanılması üçün hər bir uşaq üçün 150 manat olmaqla, ayda 300 manat sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı təqdim olunmuş sənədlərlə birlikdə araşdırıb əsaslılığını yoxlayaraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olur ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(036)-1329/2023 saylı icra sənədinə əsasən Borclu birgə nikahlarından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatamna qədər saxlanılması üçün hər bir uşaq üçün 150 manat olmaqla, ayda 300 manat sabit pul məbləğində aliment tutulmalıdır. İcra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin 10 gün müddətində könüllü icra olunması barədə bildiriş borcluya göndərilmişdir. İş materialları ilə müəyyən edilir ki, xx.xx.2024-cü il tarixdə İmişli Rayon İcra və Probasiya şöbəsi tərəfindən xəbərdarlıq məktubu göndərilmiş , icra sənədi üzrə tələb icra olunmayacağı təqdirdə məcburi gətirilmə barədə təqdimatla məhkəməyə müraciət olunacağı barədə məlumat verilmişdir. İş materiallarına əlavə olunmuş İmişli rayon icra və probasiya şöbəsinin rəisi Samir Osmanova ünvanlanan ərizədən müəyyən olunur ki, Tələbkar borlunun ona 2400 manat aliment borcunun olduğunu və bu borcun onun tərəfindən ödənilməsinə köməklik edilməsini xahiş etmişdir. İş materiallarəna əlavə edilmiş xx.xx.2024-cü il tarixdə borclunun məcburi gətirilməsi barədə məhkəm qarşısında təqdimat verilməsi barədə qərar qəbul edilmişdir. İşin halları ilə müəyyən edilir ki, icra məmuru tərəfindən qanunla nəzərdə tutulmuş qaydada icra sənədi üzrə icraata başlanılaraq borcluya tələbin könüllü icrası haqqında bildiriş təqdim edilmiş, lakin borclu tərəfindən tələb könüllü qaydada təmin olunmamışdır. İcra sənədinin icrası ilə əlaqədar borclu icra şöbəsinə dəvət olunmasına baxmayaraq, icra məmurunun çağırışına gəlməmiş, gəlməməsinin səbəbləri barədə hər hansı bir məlumat verməmiş, bununla da icra məmurunun çağırışlarından yayınmışdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tətbiq olunur. Ona görə də təqdimat əsaslı olduğu üçün təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264 və 267- 268-ci maddələrinə rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. xx.xx.1988-cı ildə İmişli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, İmişli rayonu, Məzrəli kəndindində qeydiyyatda olmaqla yaşayan borclu Əliyev X4 rayon icra və probasiya şöbəsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası İmişli Rayon Polis Şöbəsinə tapşırılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində İmişli Rayon Məhkəməsinə şikayət vermək olar. X6
Məhkəmə qərarları › İş №8(036)-17/2024
İmişli Rayon Məhkəməsi Qərardad — İş №8(036)-17/2024
28.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver