Məhkəmə qərarları › İş №8(036)-170/2024

İmişli Rayon Məhkəməsi Qərardad — İş №8(036)-170/2024

23.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 8(036)-170/2024 23.12.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Ağakişiyeva Lətafət Almazxan qızının sədrliyi, Tağıyev Rasət Şaiq oğlunun katibliyi ilə, İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(036)-110/2024 saylı qərardadı ilə Borclu əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi haqqında İmişli rayon İcra və probasiya şöbəsinin təqdimatına İmişli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İmişli rayon İcra və probasiya şöbəsinin icra məmuru Ramil Paşayev təqdimatla məhkəməyə müraciət edərək İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(036)- 110/2024 saylı qərardadı ilə Borclu əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, İmişli Rayon Məhkəməsi tərəfindən verilmiş 2(036)-1843/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclular X1 və Borclu müştərək qaydada cəmi 6839,60 manat məbləğində pu vəsaiti tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixində İmişli rayon İcra və probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəlmişdir. Könüllü icra müddəti ərzində icra sənədi üzrə tələb borclular tərəfindən icra edilmədiyindən məcburi icra tədbirlərinin tətbiqinə başlanılmış və təqdimat əsasında İmişli Rayon Məhkəməsinin 8(036)-110/2024 nömrəli, xx.xx.2024-ci il tarixli qərardadı ilə Borclu mülkiyyətində olan “CHEVROLET CRUZE” markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı və “DACİA LOGAN” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Tələbkar ASC xx.xx.2024-cü il tarixli məktubla İmişli rayon İcra və probasiya şöbəsinə müraciət edərək, İmişli Rayon Məhkəməsi tərəfindən verilmiş 2(036)-1843/2023 nömrəli, xx.xx.2023-cu il tarixli icra sənədi üzrə borc məbləğinin tam olaraq ödənildiyini bildirmiş və icra sənədi üzrə icraata “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1.5-ci maddəsinə əsasən xitam verilməsini xahiş etmişdir. İcra sənədi üzrə tərəflərə və təqdimat verən icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişi göndərilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən həmin şəxslərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, təqdimatı təqdim olunmuş sənədlərlə birlikdə araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1.5-ci maddəsinə əsasən, icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən, icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Həmin Qanunun 20.3-cü maddəsinə əsasən, icra məmuru icraata xitam verilməsi barədə qərar qəbul etdikdən sonra icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir. Həmin Qanunun 20.8-ci maddəsinə əsasən, icra sənədi məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarıldıqdan sonra icra məmuru təyin etdiyi bütün icra tədbirlərini ləğv edir. İş materialları ilə müəyyən olur ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(036)-1843/2023 saylı icra sənədi üzrə tələb borclular tərəfindən tam şəkildə icra olunmuş və Borclu mülkiyyətində olan ““CHEVROLET CRUZE” markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı və “DACİA LOGAN” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin saxlanması halı aradan qalxmışdır. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, İmişli rayon İcra və probasiya şöbəsinin icra məmurunun təqdimatı qanuni və əsaslı olduğu üçün təmin olunmalı və Borclu mülkiyyətində olan “CHEVROLET CRUZE” markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı və “DACİA LOGAN” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə qoyulmuş həbs götürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat təmin edilsin. Borclu mülkiyyətində olan “CHEVROLET CRUZE” markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı və “DACİA LOGAN” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası İmişli rayon İcra və probasiya şöbəsinə və Azərbaycan Respublikası DİN BDYPİ-yə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Lətafət Ağakişiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar