Məhkəmə qərarları › İş №8(036)-182/2023

İmişli Rayon Məhkəməsi Qərardad — İş №8(036)-182/2023

08.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 8(036)-182/2023 08.08.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli rayon Məhkəməsi, Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Balacayev Elməddin Xudan oğlunun katibliyi və icra məmuru X1 iştirakı ilə, icra sənədi üzrə borclunun məcburi qaydada gətirilməsi haqqında Təqdimata baxaraq MÜƏYYƏNETDİ: İmişli rayon İPŞ-nin icra məmuru X2 icra sənədi üzrə borclunun məcburi qaydada gətirilməsi haqqında təqdimatla məhkəməyə müraciət edib İmişli Rayon Məhkəməsinin 2(036)-1611/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu məcburi qaydada gətirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İmişli rayon İPŞ-nin icra məmuru X2 təqdimatı müdafiə edərək təmin olunmasını xahiş etmişdir. İşdə olan sənədlərə əsasən müəyyən edilmişdir ki, İmişli Rayon Məhkəməsinin 2(036)-1611/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu 234 manat pul tutularaq Tələbkar MMC-yə verilməlidir. Lakin Borclu könüllü icra üçün verilmiş müddətdə tələbi ödəməmiş və dəfələrlə icra şöbəsinə dəvət olunmasına baxmayaraq çağırışa gəlməmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən icra məmuru icraata başlamaq haqqında qərar qəbul etməklə eyni vaxtda borcluya tələbin müəyyən olunmuş vaxtda könüllü icra edilməsi üçün bildiriş göndərir. Həmin Qanunun 44.1.3-cü maddəsinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiq edilməsi üçün əsasdır. Həmin Qanunun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzürsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq oluna bilər. Ona görə də məhkəmə hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 266 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Təqdimat təmin olunsun. İmişli Rayon Məhkəməsinin 2(036)-1611/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu (İmişli rayonu, Əliqulular kəndi) İmişli rayon İcra və Probasiya şöbəsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası İmişli RPŞ-ə həvalə edilsin. Qərardaddan 10(on) gün müddətində İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar