Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 8(036)-20/2023 14.02.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ X12 Osman oğlunun sədrliyi Şiralıyeva Günel Mirzə qızının katibliyi ilə, Suraxanı Rayon Məhkəməsinin 2(010)-2813/2015 saylı, xx.xx.2015-ci il tarixli və 2(010)-4520/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədləri üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə İmişli rayon icra və probasiya şöbəsindən daxil olmuş təqdimata məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İmişli rayon icra və probasiya şöbəsinin icra məmuru Aqil Əfəndiyev təqdimatla məhkəməyə müraciət edərək, Suraxanı Rayon Məhkəməsinin 2(010)-2813/2015 saylı, xx.xx.2015-ci il tarixli və 2(010)-4520/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədləri üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Suraxanı Rayon Məhkəməsinin 2(010)- 2813/2015 nömrəli, xx.xx.2015-ci il tarixli və 2(010)-4520/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədlərinə əsasən Borclu və tələbkar X4 birdə nikahlarından olan xx.xx.2009cu ildə doğulmuş X5 və xx.xx.2012-ci ildə doğulmuş X6 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün xx.xx.2015-ci il tarixdən başlayaraq, ümumilikdə 216 manat, xx.xx.2019-cu il tarixdən artırılaraq 320 manat sabit pul məbləğində aliment X2 X4 xeyrinə tutulmalıdır. İcra sənədi xx.xx.2023-cü il tarixdə icraata daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. Borclu tərəfindən icra sənədinfə olan tələb qeyri müntəzəm təmin edildiyi üçün 1700 manat aliment borcu yaranmışdır. Borclunun əmlak vəziyyətinin yoxlanılması üçün aidiyyəti təşkilatlara sorğular göndərilmiş, sorğuların nəticəsində borcluya məxsus tələbin yönəldilə biləcəyi əmlak və gəlir müəyyən edilməmişdir. Əldə olunmuş məlumatlara əsasən iş üzrə Borclu aliment borcunu ödəməkdən yayınmaq üçün xarici ölkəyə getmək istəyir. Bu səbəbdən də onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, təqdimatı təqdim olunmuş sənədlərlə birlikdə araşdırıb əsaslılığını yoxlayaraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyəm olur ki, Suraxanı Rayon Məhkəməsinin 2(010)- 2813/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən Borclu xx.xx.2009-cu ildə doğulmuş X8 və xx.xx.2012-ci ildə doğulmuş X1 üçün iddiaçı X3 xeyrinə xx.xx.2015-ci il tarixdən başlayaraq uşaqlar yetkinlik yaşına çatanadək hər ay hər uşağa 108 manat olmaqla, cəmi 216 manat sabit pul məbləğində aliment və xx.xx.2012-ci il təvəllüdlü X7 üç yaşına çatana kimi hər ay 50 manat sabit pul məbləğində aliment tutulmalıdır. İcra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2015-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü icra olunması barədə bildiriş borcluya göndərilmişdir. İşdə olan Suraxanı Rayon Məhkəməsinin 2(010)-4520/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Suraxanı Rayon Məhkəməsinin 2(010)-2813/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə Borclu xx.xx.2009-cu ildə doğulmuş X5 və xx.xx.2012ci ildə doğulmuş X1 üçün iddiaçı X3 xeyrinə hər ay bir uşaq üçün tutulması qət edilmiş 108 manat sabit pul məbləğində alimentin miqdarı artırılaraq hər ay bir uşaq üçün 160 manat olmaqla müəyyən edilmişdir. İcra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2019-cu il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü icra olunması barədə bildiriş borcluya göndərilmişdir. xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, borcluya tələbin könüllü icrası üçün 10 gün vaxt verilmişdir. İşdə olan MN ******* nömrəli, 09 dekabr 2019-cu il tarixli protokoldan görünür ki, Borclu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə protokol tərtib edilmiş və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 3(010)-1379/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarı ilə Borclu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətində inzibati qaydada həbs edilmişdir. Təqdimatdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, borclu icra sənədinin könüllü icrası ilə bağlı bildirişi almış, ona icra sənədini dərhal icra etməsi izah olunmuş, habelə icraata başlamaq haqqında qərarla tanış edilmişdir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Həmin Məcəllənin 231.3-cü maddəsinə əsasən icra üzrə icraatın dayandırılması məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, inzibati-iqtisadi məhkəmənin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin inzibati-iqtisadi məhkəmə və ya icra məmurunun olduğu yer üzrə müvafiq inzibati-iqtisadi məhkəmə tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. İş materialları ilə müəyyən olur k, məhkəmə qərarı əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilməmişdir. Məhkəmə hesab edir ki, təqdimat qanuni və əsaslı olduğu üçün təmin edilib, Suraxanı Rayon Məhkəməsinin 2(010)-2813/2015 saylı, xx.xx.2015-ci il tarixli və 2(010)- 4520/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədləri üzrə Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Suraxanı Rayon Məhkəməsinin 2(010)-2813/2015 saylı, xx.xx.2015-ci il tarixli və 2(010)-4520/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədləri üzrə borclu- xx.xx.1979-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasınin vətəndaşı, İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardaddan İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Telman Quliyev
Məhkəmə qərarları › İş №8(036)-20/2023
İmişli Rayon Məhkəməsi Qərardad — İş №8(036)-20/2023
14.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver