Məhkəmə qərarları › İş №8(036)-226/2023

İmişli Rayon Məhkəməsi Qərardad — İş №8(036)-226/2023

09.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 8(036)-226/2023 09.08.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli rayon Məhkəməsinin hakimi Qənbərov X6 rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(036)3168/2022 saylı icra sənədi üzrə borclu X1 İmişli rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(036)3168/2022 saylı qətnaməsinin izah edilməsi barədə ərizəsinə baxaraq MÜƏYYƏN ETDİ : İmişli rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(036)3168/2022 saylı qətnaməsinə əsasən iddiaçı X2 xx.xx.2015-ci il təvəllüdlü X7 ilə hər həftənin şənbə və bazar günü, uşağın doğum günü, Novruz və Qurban bayramlarında, o cümlədən dünya Azərbaycanlılarının həmrəyliyi günü görüşüb ünsiyyətdə olmaq hüququ cavabdeh X3 tərəfindən tanınmışdır. Həmin icra sənədi üzrə borclu Süleymanova (Əmənova) Gülnar Məhərrəm qızı qətnamənin izah edilməsi haqqında ərizə verib iddiaçı X2 müəyyən edilmiş tarixlərdə günün hansı saatlarında uşaqla ünsiyyət saxlaması qeyd olunmaqla İmişli rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(036)140/2014 saylı qətnaməsinin izah edilməsini xahiş etmişdir. Aşağıda göstərilənlərə əsasən İmişli rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(036)3168/2022 saylı icra sənədi üzrə borclu X1 İmişli rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(036)3168/2022 saylı qətnaməsinin izah edilməsindən imtina edilməlidir. AR MPM-nin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, məhkəmə icraçısı həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Məhkəmə hesab edir ki, İmişli rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(036)3168/2022 saylı qətnaməsi ilə iddiaçıX2 müəyyən edilmiş tarixlərdə günün hansı saatlarında xx.xx.2015-ci il təvəllüdlü X7 ilə ünsiyyət saxlaması məsələsi həll edilmədiyindən həmin məsələ ilə bağlı izah verilə bilməz. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-cı maddələrini rəhbər tutaraq QƏRAR VERDİ : İmişli rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(036)3168/2022 saylı icra sənədi üzrə borclu X1 İmişli rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(036)3168/2022 saylı qətnaməsinin izah edilməsi barədə ərizəsinin qəbul edilməsindən imtina edilsin. Qərardaddan 10 ( on) gün müddətində İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər.. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar