Məhkəmə qərarları › İş №8(036)-231/2022

İmişli Rayon Məhkəməsi Qərardad — İş №8(036)-231/2022

27.12.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 8(036)-231/2022 27.12.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ X9 Hacıyevin sədirliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, ərizəçi X2 iştirakı ilə, X1 mülkiyyətində olan avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə X2 ərizəsinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: X4 ərizə ilə məhkəməyə müraciət edərək İmişli rayon məhkəməsinin 10 fevral 2022ci il tarixli, 8(036)-4/2022 saylı qərardadı ilə X6 mülkiyyətində olan **-BG-*** dövlət qeydiyyat nişanlı “VAZ-21063” markalı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi X4 ərizəni onunla əsaslandırmışdır ki, o, 05 oktyabr 2021ci il tarixdə X5 “Nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında” etibarnamə əsasında “VAZ-21063” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil almış və həmin etibarnamə ilə ona 1 (bir) il müddətinə sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, onun üzərində sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar mülkiyyətçinin əvəzindən ərizə vermək və digər hərəkətləri yerinə yetirmək səlahiyyətləri verilmişdir. Maddi imkanı olmadığından avtomobili tam mülkiyyətinə keçirməmişdir. X6 verdiyi etibarnamənin müddəti 2022-ci ilin may ayında bitən zaman yenidən etibarnamə verməsi üçün Rasət Əhmədova müraciət etmiş və sonuncu etiraz etməyərək onunla birlikdə İmişli regional “ASAN” xidmət mərkəzinə getmişlər. Lakin notariat hərəkətlərini aparan əməkdaş ona İmişli Rayon Məhkəməsinin 10 efvral 2022-ci il tarixli, 8(036)-4/2022 saylı qərardadı ilə avtomobilin üzərinə həbs qoyulduğunu və buna görə də yeni etibarnamə verilməsinin mümkün olmağdığını bildirmişdir. Sonradan mənə məlum olmuşdur ki, avtomobili ona satan şəxsin banka borcu olduğu üçün qeyd olunan avtomobilin üzərinə həbs qoyulub. Həmin avtomobilin üzərinə qoyulmuş həbs etibarnamə ilə ona verilən səlahiyyətləri məhdudlaşdırır, həm avtomobildən, həm də ona ödədiyi puldan, bir sözlə əmlakından məhrum edir, onun maraqlarına toxunur, əmlak və mülkiyyət hüquqlarını pozur. Ona görə də borclunun əmlakına qoyulmuş həbsin götürülməsi barədə təqdimatla məhkəməyə müraciət edilmişdir. Məhkəmə ərizəni və iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İşdə olan “Nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında” etibarnamədən görünür ki, X7 mülkiyyətində olan **-BG-*** dövlət qeydiyyat nişanlı “VAZ-21063” markalı avtomobili X3 1 il müddətinə sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, onun üzərində sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar mülkiyyətçinin əvəzindən ərizə vermək və digər hərəkətləri yerinə yetirmək səlahiyyyətlərini vermişdir. İmişli rayon məhkəməsinin 10 fevral 2022-ci il tarixli, 8(036)-4/2022 saylı qərardadından görünür ki, İmişli Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli 2(036)- 1660/2021 saylı icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə, X1 mülkiyyətində olan **-BG-*** dövlət qeydiyyat nişanlı “VAZ-21063” markalı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.4-cü madəsinə görə mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Qeyd olunan qanunvericilik aktı normalarından göründüyü kimi X4 **-BG-*** dövlət qeydiyyat nişanlı “VAZ-21063” markalı nəqliyyat vasitəsinin mülkiyyətçisi olmasa da ƏN- Vİİ 969738 nömrəli “Nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında” etibarnamə əsasında əmlaka sahiblik edən şəxs kimi mülkiyyətçi hüquqları ona da mənsubdur. Göründüyü kimi İmişli rayon məhkəməsinin 10 fevral 2022-ci il tarixli, 8(036)-4/2022 saylı qərardadı ilə X6 mülkiyyətində olan **-BG-*** dövlət qeydiyyat nişanlı “VAZ-21063” markalı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması həmin nəqliyyat vasitəsinin mülkiyyətçisi tərəfindən ƏN-Vİİ 969738 nömrəli “Nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında” etibarnamə ilə X3 verilmiş səlahiyyətləri məhdudlaşdırmaqla yanaşı onun əmlaka sahiblik edən şəxs kimi əmlak hüquqlarını pozmaqla onun maraqlarına toxunur. Beləliklə, məkəmə hesab edir ki, ərizə təmin edilməli, İmişli Rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli, 8(036)-4/2022 saylı qərardadı ilə X6 mülkiyyətində olan **-BG-*** dövlət qeydiyyat nişanlı “VAZ-21063” markalı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs götürülməlidir. Yuxarda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 162, 263-264 və 266- 268-ci maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: Ərizə təmin edilsin. İmişli Rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli, 8(036)-4/2022 saylı qərardadı ilə X6 mülkiyyətində olan **-BG-*** dövlət qeydiyyat nişanlı “VAZ-21063” markalı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar