Məhkəmə qərarları › İş №8(036)-238/2023

İmişli Rayon Məhkəməsi Qərardad — İş №8(036)-238/2023

08.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 8(036)-238/2023 08.09.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, İmişli Rayon Məhkəməsinin 2(036)-8896/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu İmişli rayon icra və probasiya şöbəsinə məcburi qaydada gətirilməsi barədə icra məmurunun təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İmişli rayon icra və probasiya şöbəsinin icra məmuru , İ dərəcəli ədliyyə qulluqçusu X4 təqdimatla məhkəməyə müraciət edərək, İmişli Rayon Məhkəməsinin 2(036)- 8896/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu İmişli rayon icra və probasiya şöbəsinə məcburi qaydada gətirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, İmişli Rayon Məhkəməsinin 2(036)- 8896/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən borclu X3, Borclu və X1 cəmi 2254.59 manat pul və 20 manat dövlət rüsumu Tələbkar ASC-nin xeyrinə tutularaq ödənilməlidir. İcra sənədinin icrası ilə bağlı dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu çağırışlara gəlməmişdir. Bu səbəbdən icra sənədinin icrasını təmin etmək mümkün olmamışdır. Məhkəmə təqdimatı təqdim olunmuş sənədlərlə birlikdə araşdırıb əsaslılığını yoxlayaraq hesab edir ki, təqdimat üzrə işə xitam verilməlidir. Belə ki, Borclu şəxsiyyət vəsiqəsi məlumatlarından bəlli olur ki, o, xx.xx.2017-ci il tarixdə ölmüşdür. İcra haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.3-cü maddəsinə əsasən, tələbkar və ya borclu öldükdə, ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə işə xitam verilir. İş materialları ilə müəyyən olur ki, borclunun vərəsəsi müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, İmişli Rayon Məhkəməsinin 2(036)-8896/2016 saylı, xx.xx.2016-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun İmişli rayon icra və probasia şöbəsinə məcburi qaydada gətirilməsi barədə icra məmurunun təqdimatı üzrə borclu öldüyündən iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264 və 267- 268-ci maddələrinə rəhbər tutaraq, məhkəmə qərara aldı: İmişli Rayon Məhkəməsinin 2(036)-8896/2016 saylı, xx.xx.2016-cı il saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu İmişli rayon icra və probasia şöbəsinə məcburi qaydada gətirilməsi barədə icra məmuru X2 təqdimatı üzrə borclu öldüyündən iş üzrə icraata xitam verilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində İmişli Rayon Məhkəməsinə şikayət vermək olar. Hakim: Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar