Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 8(036)-25/2024 19.04.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, X1nun iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-365/2023 saylı, xx.xx.2023ci il tarixli qətnaməsinin hissə-hissə icra olunması barədə X1nun ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 ərizə ilə məhkəməyə müraciət edərək, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-365/2023 saylı, xx.xx.2023-ci il tarixli qətnaməsinin hissə-hissə, hər ay 300 manat məbləğində icra olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(036)-2664/2022 saylı qətnaməsi ilə iddiaçı Tələbkar ona qarşı olan pul tələbi barədə iddiası təmin edilməmiş, iddiaçının apellyasiya şikayətinə əsasən Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-365/2023 saylı, xx.xx.2023-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək ondan 10000 manat və ödənilmiş dövlət rüsumuna görə 75 manat məbləğində pulun alınıb iddiaçı Tələbkar xeyrinə verilməsi qət edilmişdir. Həmin məbləği birdəfəlik ödəmək imkanı xaricindədir. Hazırda işsiz olub, başqa qazancı və qiymətli əmlakı yoxdur. Himayəsində işləməyən həyat yoldaşı və pensiyaçı atası vardır. Borc məbləğini yalnız hissə-hissə, qohumlarının köməyi ilə ayda 300 manat məbləğində ödəməyə imkanı çatır. Məhkəmə iclasında X1 ərizəni müdafiə edərək təmin olunmasını xahiş etdi. İş üzrə tələbkara və İmişli raon icra və probasiya şöbəsinə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişlər. Məhkəmə ərizəyə həmin çəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Belə ki, iş materialları ilə müəyyən olur ki, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-365/2023 saylı, xx.xx.2023-ci il tarixli qətnaməsi ilə iddiaçı Tələbkar cavabdeh X4 qarşı pul tələbinə dair iddiası qismən təmin edilərək, cavabdeh X2 10000 manat və ödənilmiş dövlət rüsumuna görə 75 manat məbləğində pulun alınıb iddiaçı Tələbkar xeyrinə verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin məcəllənin 231.2-ci maddəsinə əsasən həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Həmin məcəllənin 231.4-cü maddəsinə əsasəm qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Yuxarıda qeyd edilən hüquq normalarının məzmunundan göründüyü kimi borclunun əmlak vəziyyəti və digər hallar nəzərə alınmaqla işə baxmış məhkəməyə qətnaməni hissə-hissə icra etdirmək səlahiyyəti verilsə də, qətnaməni birdəfəlik icra etmək üçün maddi imkanın olmadığını sübut etmək vəzifəsi borclunun üzərinə düşür. Borclu gəlirinin az olması, adında daşınar və ya daşınmaz əmlakın olmaması, digər şəxslər qarşısında öhdəliklərinin olması, himayəsində əmək qabiliyyəti olmayan şəxslərin olması və qətnaməni birdəfəlik icra etməsi üçün maddi imkanının olmadığını təsdiq edən sübutları öz ərizəsinə əlavə etməli idi. Lakin borclu qeyd edilən halları təsdiq edən hər hansı sənədi ərizəsinə əlavə etməmiş və ya məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, ərizə əsaslı sayıla və təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-365/2023 saylı, xx.xx.2023-ci il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi barədə X1nun ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Telman Quliyev
Məhkəmə qərarları › İş №8(036)-25/2024
İmişli Rayon Məhkəməsi Qərardad — İş №8(036)-25/2024
19.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver