Məhkəmə qərarları › İş №8(036)-26/2021

İmişli Rayon Məhkəməsi Qərardad — İş №8(036)-26/2021

27.04.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 8(036)-26/2021 27.04.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əhmədova Günel Mirzə qızının katibliyi, Ərizə verən şəxs-İmişli Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X16, X1 nümayəndəsi: X7, X3 nümayəndəsi: X5 iştirakı ilə, İmişli Rayon Məhkəməsinin 2(036)-235/2018 saylı, 21 may 2018-ci il tarixli qətnaməsinin (icra sənədi) izah edilməsinə dair İmişli Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Quliyev İlqar Balış oğlunun ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İmişli Rayon Məhkəməsinin 2(036)-235/2018 saylı, 21 may 2018-ci il tarixli icra vərəqəsinə əsasən...X8 600 manat dəyərində “Beko” markalı soyuducu, 100 manat dəyərində duxovka, 300 manat dəyərində yataq taxtı, 100 manat dəyərində 2 ədəd uşaq çarpayısı, 500 manat dəyərində yataq əşyaları, 200 manat dəyərində 5 ədəd stul, 25 manat dəyərində çay qaynadan, 100 manat dəyərində televizor altı, 300 manat dəyərində televizor və əyarı 583 olan, təxmini 5 qram çəkidə 1 ədəd nişan üzüyü, əyarı 583 olan, 22 qram çəkidə 1 ədəd sep, əyarı 583 olan, 11.1 qram çəkidə 1 dəst, yəni (1 ədəd yaşıl qaşlı üzük və 1 cüt sırğa) alınaraq, X11 verilməlidir. İmişli Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Quliyev İlqar Balış oğlu İmişli Rayon Məhkəməsinin 2(036)-235/2018 saylı, 21 may 2018ci il tarixli qətnaməsinin (icra sənədi) izah edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İmişli Rayon Məhkəməsinin 8(036)-165/2019 saylı, 10 iyun 2019-cu il tarixli qərardadı ilə ərizə təmin edilərək, İmişli Rayon Məhkəməsinin 2(036)-235/2018 saylı, 21 may 2018ci il tarixli qətnaməsinin nəticə hissəsində göstərilmiş qızıl-zinət əşyalarının dəyəri “583 əyarlı, 5 qram 1 (bir) ədəd nişan üzüyünün dəyəri-129 (yüz iyirmi doqquz) AZN məbləği, 583 əyarlı, 22 qram 1 (bir) ədəd sepin dəyəri-377 (üç yüz yetmiş yeddi) AZN məbləği və 583 əyarlı, 11.1 qram 1 (dəst) komplektin dəyəri-156 (yüz əlli altı) AZN məbləği” kimi izah edilmişdir. X4 “qətnaməsinin (icra sənədi) izah edilməsi haqqında” İmişli Rayon Məhkəməsinin 8(036)-165/2019 saylı, 10 iyun 2019-cu il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. İmişli Rayon Məhkəməsinin 8(036)-165/2019 saylı, 22 iyul 2020-ci il tarixli qərardadı ilə şikayət rədd edilərək, İmişli Rayon Məhkəməsinin 2(036)-235/2018 saylı, 21 may 2018ci il tarixli qətnaməsinin (icra sənədi) izah edilməsi haqqında İmişli Rayon Məhkəməsinin 8(036)-165/2019 saylı, 10 iyun 2019-cu il tarixli qərardadından X4 tərəfindən verilmiş şikayət baxılması üçün mülki işlə birlikdə 7 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 8(106)-085/2020 saylı, 30 sentyabr 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilərək, İmişli Rayon Məhkəməsinin 8(036)-165/2019 saylı, 22 iyul 2020-ci il tarixli qərardadı ləğv edilmiş və İmişli Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Quliyev İlqar Balış oğlunun İmişli Rayon Məhkəməsinin 2(036)-235/2018 saylı, 21 may 2018-ci il tarixli qətnaməsinin (icra sənədi) izah edilməsinə dair ərizəsinə baxılması üçün iş materialları İmişli Rayon Məhkəməsinə qaytarılmışdır. Məhkəmə iclasında ərizə verən şəxs-İmişli Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X23 ərizə tələbini müdafiə edərək bildirmişdir ki, qətnamənin icrası zamanı qızıl-zinət əşyaları yerində müəyyən edilməmiş, eləcə də, İmişli Rayon Məhkəməsinin 2(036)-235/2018 saylı, 21 may 2018-ci il tarixli qətnaməsində mübahisə predmeti olan qızıl-zinət əşyalarının dəyəri göstərilməmişdir. Bu səbəbdən də, İmişli Rayon Məhkəməsinin 2(036)-235/2018 saylı, 21 may 2018-ci il tarixli qətnaməsinin icrası zamanı müəyyən çətinliklər yaranır. Bütün bunları nəzərə alaraq, İmişli Rayon Məhkəməsinin 2(036)-235/2018 saylı, 21 may 2018-ci il tarixli qətnaməsinin (icra sənədi) izah edilməsi barədə məhkəmə tərəfindən qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X1 nümayəndəsi X14 izahatında bildirmişdir ki, qızıl-zinət əşyaları bank tərəfindən girov predmeti kimi qəbul edilən zaman onların dəyəri aşağı həddə göstərilmişdir. Bu səbəbdən də, o, “qətnaməsinin (icra sənədi) izah edilməsi haqqında” İmişli Rayon Məhkəməsinin 8(036)-165/2019 saylı, 10 iyun 2019-cu il tarixli qərardadından narazıdır. Bütün bunları nəzərə alaraq, fərdi sahibkar qızıl-mütəxəssisi X15 17 iyul 2020-ci il tarixli qiymətləndirmə rəyinə əsasən İmişli Rayon Məhkəməsinin 2(036)- 235/2018 saylı, 21 may 2018-ci il tarixli qətnaməsinin (icra sənədi) izah edilməsi barədə məhkəmə tərəfindən qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X3 nümayəndəsi X12 izahatında bildirmişdir ki, hal-hazırda mübahisə predmeti olan həmin qızıl-zinət əşyaları mövcud deyildir. Bundan başqa, İmişli Rayon Məhkəməsinin 2(036)-235/2018 saylı, 21 may 2018-ci il tarixli qətnaməsində mübahisə predmeti olan qızıl-zinət əşyalarının dəyəri göstərilməmişdir. Bu səbəbdən də, İmişli Rayon Məhkəməsinin 2(036)-235/2018 saylı, 21 may 2018-ci il tarixli qətnaməsinin icrası zamanı müəyyən çətinliklər yaranır. Eyni zamanda bildirir ki, mübahisə predmeti olan həmin qızıl-zinət əşyaları qiymətləndirilməklə, “xxxx” ASC-yə girov predmeti kimi təqdim edilmiş və bu barədə 30 oktyabr 2013-cü il tarixli akt tərtib edilmişdir. Bu səbəbdən də, o, “qətnaməsinin (icra sənədi) izah edilməsi haqqında” İmişli Rayon Məhkəməsinin 8(036)-165/2019 saylı, 10 iyun 2019-cu il tarixli qərardadından razıdır. Bütün bunları nəzərə alaraq, mübahisə predmeti olan həmin qızıl-zinət əşyalarının qiymətləndirmə aktına (banka girov predmeti kimi təqdim edilmiş qızıl-zinət əşyalarının qiymətləndirmə akt) əsasən həmin dəyər həddində İmişli Rayon Məhkəməsinin 2(036)-235/2018 saylı, 21 may 2018-ci il tarixli qətnaməsinin (icra sənədi) izah edilməsi barədə məhkəmə tərəfindən qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icra məmurunun, tələbkarın nümayəndəsinin və borclunun nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tam və obyektiv araşdıraraq hesab edir ki, “qətnamənin (icra sənədi) izah edilməsi” haqqında ərizə aşağıdakı səbəblərə görə təmin edilməlidir. İlk əvvəl qeyd edilməlidir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini qətnamənin nəticə hissəsində göstərməlidir. Lakin İmişli Rayon Məhkəməsinin 2(036)-235/2018 saylı, 21 may 2018-ci il tarixli qətnaməsinin nəticə hissəsində mübahisə predmeti olan qızıl-zinət əşyalarının dəyəri göstərilməmişdir. Bu səbəbdən də, İmişli Rayon Məhkəməsinin 2(036)-235/2018 saylı, 21 may 2018-ci il tarixli qətnaməsi (icra sənədi) “qızıl-zinət əşyalarının dəyəri” ilə bağlı izah edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ilkin “məhkəmə-əmtəəşünaslıq ekspertizası”nın keçirilməsinə dair 9/1753 №-li, 01 aprel 2021-ci il tarixli ekspert rəyindən görünür ki, internet saytlarının məlumatına, Respublikada yerləşən ticarət mərkəzlərində və xüsusiləşmiş zərgərlik məmulatlarının satışı şəbəkələrində mövcud olan qiymətlərdən, eləcə də, Məhkəmə Ekspertizası mərkəzinin ekspert praktikasında toplanmış məlumatlardan istifadə edilməklə, iş materiallarında göstərilən qızıl-zinət əşyalarının nəzəri qaydada hazırki orta bazar dəyəri təxminən aşağıdakı kimi müəyyən edilir. 1. 583 əyarlı, 5 qram 1 (bir) ədəd nişan üzüyünün qiyməti 375 (üç yüz yetmiş beş) AZN məbləği; 2. 583 əyarlı, 22 qram ədəd 1 (bir) ədəd sepin qiyməti 1650 (min altı yüz əlli) AZN məbləği; 3. 583 əyarlı, 11.1 qram 1 (dəst) komplektin (1 ədəd üzük və 1 cüt sırğa) qiyməti 832.50 (səkkiz yüz otuz iki, əlli) AZN məbləği, ümumi dəyəri 2857.50 (iki min səkkiz yüz əlli yeddi, əlli) AZN məbləği müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri (xərc): 100 (yüz) AZN məbləği təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 222.1-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Həmin Məcəllənin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 14.1-ci maddəsinə əsasən icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə şərh olunanlara və yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, İmişli Rayon Məhkəməsinin 2(036)-235/2018 saylı, 21 may 2018-ci il tarixli qətnaməsinin nəticə hissəsində göstərilmiş qızıl-zinət əşyalarının dəyəri “583 əyarlı, 5 qram 1 (bir) ədəd nişan üzüyünün dəyəri-375 (üç yüz yetmiş beş) AZN məbləği, 583 əyarlı, 22 qram 1 (bir) ədəd sepin dəyəri-1650 (min altı yüz əlli) AZN məbləği və 583 əyarlı, 11.1 qram 1 (dəst) komplektin dəyəri-832.50 (səkkiz yüz otuz iki, əlli) AZN məbləği, ümumi dəyəri 2857.50 (iki min səkkiz yüz əlli yeddi, əlli) AZN məbləği” kimi izah edilməlidir. Eyni zamanda, X2 iş üzrə ilkin məhkəməəmtəəşünaslıq ekspertizasının keçirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 100 (yüz) AZN məbləğində pul vəsaiti tutularaq, Dövlət nəfinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. İmişli Rayon Məhkəməsinin 2(036)-235/2018 saylı, 21 may 2018-ci il tarixli qətnaməsinin nəticə hissəsində göstərilmiş qızıl-zinət əşyalarının dəyəri “583 əyarlı, 5 qram 1 (bir) ədəd nişan üzüyünün dəyəri-375 (üç yüz yetmiş beş) AZN məbləği, 583 əyarlı, 22 qram 1 (bir) ədəd sepin dəyəri-1650 (min altı yüz əlli) AZN məbləği və 583 əyarlı, 11.1 qram 1 (dəst) komplektin dəyəri-832.50 (səkkiz yüz otuz iki, əlli) AZN məbləği, ümumi dəyəri 2857.50 (iki min səkkiz yüz əlli yeddi, əlli) AZN məbləği” kimi izah edilsin. Borclu X8 iş üzrə ilkin məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 100 (yüz) AZN məbləğində pul vəsaiti tutularaq, Dövlət nəfinə ödənilsin. Qərardaddan 10 gün müddətinə İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar