Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 8(036)-291/2023 28.11.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi ilə, İmişli Rayon Məhkəməsinin 2(036)-1677/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə İmişli rayon icra və probasiya şöbəsindən daxil olmuş təqdimata məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İmişli rayon icra və probasiya şöbəsinin icra məmuru X3 təqdimatla məhkəməyə müraciət edərək, İmişli Rayon Məhkəməsinin 2(036)-1677/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, İmişli Rayon Məhkəməsinin 2(036)- 1677/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2009-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün xx.xx.2021-ci il tarixdən başlayaraq, cavabdeh Borclu hər ay hər uşaq üçün 150 manat, cəmi 300 manat miqdarında aliment tutularaq Tələbkar ödənilməldir. İcra sənədi xx.xx.2021-ci il tarixdə icraata daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərarın surəti könüllü icra haqqında bildirişlə icra sənədi üzrə borclunun göstərilən ünvanına göndərilmiş və icra sənədində olan tələbin vaxtı-vaxtında ödənilməsi ondan tələb edilmişdir. Borclunun əmlak vəziyyətinin yoxlanılması üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Lakin bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, təqdimatı təqdim olunmuş sənədlərlə birlikdə araşdırıb əsaslılığını yoxlayaraq hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, iş materialları ilə müəyyən olur ki, İmişli Rayon Məhkəməsinin 2(036)- 1677/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2009-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün xx.xx.2021-ci il tarixdən başlayaraq, cavabdeh Borclu hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat məbləğində aliment tutularaq Tələbkar ödənilməldir. İcra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2021-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icra olunması barədə borcluya bildiriş göndərilmişdir. İcra məmuru tərəfindən xx.xx.2021 ci il tarixdə məcburi gətirilmə barədə məhkəməyə təqdimat verilməsi haqqında qərar qəbul olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Həmin Məcəllənin 231.3-cü maddəsinə əsasən icra üzrə icraatın dayandırılması məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmənin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, inzibati-iqtisadi məhkəmənin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin inzibati-iqtisadi məhkəmə və ya icra məmurunun olduğu yer üzrə müvafiq inzibati-iqtisadi məhkəmə tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. İş materialları müəyyən olur ki, icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2021ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilib, tələbin könüllü icra olunması barədə borcluya bildiriş göndərilməsinə, xx.xx.2021-ci il tarixdə məcburi gətirilmə haqqında qərar qəbul olunmasına baxmayaraq icra sənədinin icrası ilə bağlı 2021-ci ilin avqust ayından bu vaxta kimi icra məmuru tərəfindən heç bir hərəkət olunmamış və icra sənədi icrasız qalmışdır. İşdən görünür ki, icra məmuru tərəfindən icra sənədi üzrə hər hansı məcburi icra tədbirlərinin həyata keçirilməsi barədə, yəni borclunun adına hər hansı bir əmlakın, bank hesablarının, tələbin borclunun yönəldilə biləcək əmək haqqının, pensiyasının, təqaüdünün və sair gəlirlərinin olub-olmamasının müəyyənləşdirilməsi istiqamətində icra tədbirlərinin görülməsi və müvafiq qurumlara sorğuların göndərilməsinə dair iş materiallarına heç bir sənəd əlavə edilməmişdir. Baxmayaraq ki, icra məmuru borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirməli, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakın olub-olmamasını yoxlamalıdır. Əgər tərəflər (borclu və borcun qaytarılmalı olduğu şəxs) icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icra üsul və qaydasının dəyişdirilməsi haqqında məhkəməyə müraciət edirsə, icra sənədi üzrə tələb borclunun əmlakına yönəldilirsə və bir sıra digər hallarda borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı təqdimatla məhkəməyə müraciət edilməməlidir. Belə ki, icra məmuru borcun ödənilməsi tələbinə dair icra sənədinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirməli, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakın olub-olmamasını yoxlamalı olduğu halda, bunu etməmiş, sonuncu və mühüm icra tədbiri olan borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimat vermişdir. Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Azərbaycan Respublikasının ərazisində olan hər kəsin sərbəst surətdə ölkəyə gedib-gəlmək hüququ konstitusion hüququ olmaqla dövlət tərəfindən qorunan hüquqdur və bu hüququn məhdudlaşdırılması müstəsna hal olmaqla, yalnız buna ciddi hüquqi əsaslar olduqda təmin oluna bilər. İcra sənədinin borclu tərəfindən üzürsüz səbəbdən icra edilməməsi müəyyən deyildir. Ona görə də məhkəmə hesab edir ki, təqdimat əsassızı olduğu üçün təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İmişli Rayon Məhkəməsinin 2(036)-1677/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə İmişli rayon icra və probasiya şöbəsinin təqdimatı təmin edilməsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində İmişli Rayon Məhkəməsinə şikayət vermək olar. X6
Məhkəmə qərarları › İş №8(036)-291/2023
İmişli Rayon Məhkəməsi Qərardad — İş №8(036)-291/2023
28.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver