Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 8(036)-292/2023 28.11.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi ilə, Borclu2, Tələbkar iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-cü il tarixli 2(106)-728/2021 saylı icra sənədi ilə Borclu1 əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi haqqında borclular Borclu2 və Borclu1 ərizəsinə İmişli Rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Borclular Borclu2 və Borclu1 ərizə ilə məhkəməyə müraciət edərək Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-cü il tarixli 2(106)-728/2021 saylı icra sənədi ilə Borclu1 mülkiyətində olan ““Kamaz 4310” markalı ** BX *** nömrə nişanlı xüsusi təyinatlı qazma qurğusunun üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-cü il tarixli 2(106)-728/2021 saylı icra sənədi üzrə “Kamaz 4310” markalı ** BX *** nömrə nişanlı xüsusi təyinatlı qazma qurğusuna dair Borclu2 və Borclu1 arasında bağlanmış xx.xx.2018ci il tarixli alğı-satqı müqaviləsi ləğv edilmişdir. Həmin qazma qurğusunun ikidə bir pay hissəsinə Tələbkar , digər ikidə bir pay hissəsinə Borclu1 payı müəyyən edilmişdir. Cavabdehlər Tələbkar ilə öz aralarında razılaşaraq mübahisəni həll etmiş, Tələbkar xx.xx.2023-cü il tarixdə ərizə ilə İmişli rayon icra və probasiya şöbəsinə müraciət edərək Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-cü il tarixli 2(106)-728/2021 saylı icra sənədinin icra edilmədən məhkəməyə qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Borclu2 izahat verərək göstərdi ki, icra sənədi üzrə olan tələb barədə tələbkarla öz aralarında razılığa gəlmişlər, mübahisə qarşılıqlı razılıq əsasında sona çatmış , xüsusi təyinatlı qazma qurğusundan təyinatına uyğun şəkildə istifadə etmək üçün əmlak üzərində olan həbsin götürülməsin xahiş edir. Məhkəmə iclasında Tələbkar izahat verərək göstərdi ki , hazırkı iş üzrə mübahisə tərəflərin öz arasında qarşılıqlı razılıq əsasında həll olunmuşdur, heç bir şikayət və tələbi yoxdur, əmlak üzərində olan həsbsin götürülməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İmişli rayon icra və probasiya şöbəsinin icra məmuru məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən icra məmurunin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəni təqdim olunmuş sənədlərlə birlikdə araşdırıb əsaslılığını yoxlayaraq hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olur ki, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(106)-728/2021 saylı icra sənədi üzrə “Kamaz 4310” markalı ** BX *** nömrə nişanlı xüsusi təyinatlı qazma qurğusunun ikidə bir pay hissəsinə Tələbkar, digər ikidə bir pay hissəsinə Borclu1 payı müəyyən edilmişdir. İmişli rayon icra və probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli icra sənədinin icra edilmədən məhkəməyə qaytarılması haqqında qərarından görünür ki, tərəflər arasında “Kamaz 4310” markalı **-BX-*** nömrə nişanlı xüsusi təyinatlı qazma qurğusu barədə qarşılıqlı razılıq əldə olunmuş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(106)-728/2021 saylı icra sənədi icra olunmadan məhkəməyə qaytarlmışdır. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər bir kəsin mülkiyyət hüququ vardır və hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqularından ibarətdir. Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 20.1. 5. İcra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Maddə 20.2. İcra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Maddə 20.3. İcra məmuru icraata xitam verilməsi barədə qərar qəbul etdikdən sonra icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir. Maddə 20.8. İcra sənədi məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarıldıqdan sonra icra məmuru təyin etdiyi bütün icra tədbirlərini ləğv edir. İş materialları ilə müəyyən olur ki, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(106)-728/2021 saylı icra sənədi üzrə tələbkar və borclular arasında tam razılıq əldə olunmuş və Borclu1 mülkiyyətində olan “Kamaz 4310” markalı ** BX *** nömrə nişanlı xüsusi təyinatlı qazma qurğusunun üzərinə qoyulmuş həbsin saxlanması halı aradan qalxmışdır. Məhkəmə qeyd olunan hüquq normalarına istinad edib, işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, borclular Borclu2 və Borclu1 ərizəsi qanuni və əsaslı olduğu üçün təmin olunmalı və borclu Qəhrəmanov X1 mülkiyyətində olan “Kamaz 4310” markalı ** BX *** nömrə nişanlı xüsusi təyinatlı qazma qurğusu üzərinə qoyulmuş həbs götürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizə təmin edilsin. Borclu1 mülkiyyətində olan “Kamaz 4310” markalı ** BX *** nömrə nişanlı xüsusi təyinatlı qazma qurğusu üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Telman Quliyev
Məhkəmə qərarları › İş №8(036)-292/2023
İmişli Rayon Məhkəməsi Qərardad — İş №8(036)-292/2023
28.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver