Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 8(036)-30/2024 14.05.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi ilə, Tələbkar ASC-nin nümayəndəsi X5 iştirakı ilə, X1 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi barədə ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-44/2023 saylı,xx.xx.2023-cü il tarixli qərardadı ilə üzərinə qoyulmuş olkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhdudiyyətin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 2350/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə cavabdeh X3 150000 manat pul vəsaiti və dövlət rüsumuna görə 30 manat alınıb iddiaçı Tələbkar ASC-yə verilməlidir. Həmin icra sənədi üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-44/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə ölkədən getmə hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Sonradan yaşayış yerini İmişli rayon, Xəlfəli kəndinə dəyişdiyi üçün icra sənədi aidiyyatı üzrə İmişli rayon icra və probasiya şöbəsinə yönəldilmişdir. O, bir neçə ildir ki, ürək xəstəliyindən əziyyət çəkir. Həkim məsləhəti ilə ildə bir neçə dəfə Türkiyə Respublikasında müayinə olunub müalicə almışdır. Amma ölkədən çıxışışına məhdudiyyət qoyulduqdan sonra Türkiyə Respublikasına getmək imkanından məhrum olmuşdur. Bu səbəbdən də xəstəliyini müalicə etdirə bilmir. Xəstəliyin fəsadları günü-gündən artmaqdadır. Artıq hissə edir ki, həyatı üçün ciddi təhlükə yaranmışdır. Hazırda səhhətində yaranmış ciddi problemlərə görə Türkiyə Respublikasına getmək zərurəti yaranmışdır. Məhkəmənin əvvəlki iclasında X2 ərizəni müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Tələbkar ASC-nin nümayəndəsi X7 ərizənin rədd olunmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib və iş materiallarını araşdiraraq hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materialları ilə müəyyən olur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2350/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə cavabdeh X3 150000 manat pul vəsaiti və ödənilmiş dövlət rüsumuna görə 30 manat alınıb iddiaçı Tələbkar ASC-yə verilməlidir. İş materialları ilə müəyyən olur ki, Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Rövşən Əhmədov “borclunun ölkədən getmək hüququnun müvəqqət məhdudlaşdırılması haqqında” təqdimatla Nəsimi Rayon Məhkəməsinə müraciət edərək bildirmişdir ki, qeyd edilən icra sənədinin icrası onun tərəfindən qəbul edilmiş xx.xx.2022- ci il tarixli qərarla başlanmış, tələbin könüllü ic'ası ilə bağlı bildiriş rəsmi şəkildə borcluya təqdim olunmuş, lakin borclu icranı könüllü təmin etməmiş və bu halın məhz üzürlü səbəbdən baş verdiyi təsdiq edən sübut təqdim etməmişdir. Buna görə də, onun tərəfindən məcburi icra hərəkətlərinin həyata keçirilməsi proseduru başlanmış, o, Şamaxı şəhərində yerləşən və borcluya məxsus 0.08 ha torpaq sahəsinin olması faktını aşkar etmişdir. Onun verdiyi təqdimata əsasən Nəsimi Rayon Məhkəməsi qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadla (iş Ns 8(006)-167/2022) həmin torpaq sahəsinin üzərinə həbs qoymuşdur. Onun sifarişi əsasında qiymətləndirmə şirkəti olan "xxxx" MMC torpaq sahəsinin qiymətləndirməsini aparmış və bunun nəticəsində sahənin qiymətinin 45.000 manat olması müəyyən edilmişdir. Torpaq sahəsi satılması üçün açıq hə çıxarılmış və son nəticədə tələbkar olan idciaçı Bank həmin torpaq sahəsini 32.000 manata öz mülkiyyətinə qəbul etmişdir. Borcludan tələbkarın xeyrinə tutulmalı olan (150.000 - 32.000=) 118.000 manat pul isə ödənilməmiş qalmışdır. Bundan sonra müəyyən edilmişdir ki, borclu, mütəmadi olaraq Azərbaycan Respublikasının hüdudlarından kənara çıxaraq xaricə gedir. Odur ki, icra sənədinin icrasının məcburi qaydada təmin edilməsi məqsədi ilə borclunun ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmalıdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-44/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə X1 ölkədən getmə hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Borclunun həmin qərardaddan verdiyi şikayət Rayon Məhkəməsi tərəfindən təmin edilməmiş və baxılması üçün şikayət Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 8(103)- 116/2023 saylı qərardadı ilə X1 şikayəti təmin edilməmişdir. Borclunun ərizəsinin dəlili ondan ibarət olmuşdur ki, səhhətində müəyyən problemlər olduğundan o, müalicə almaq üçün mütəmadi olaraq Türkiyə Respublikasına getməyə məcburdur. Həmin dəlili müzakirə edən məhkəmə qeyd edir ki, ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (Mülki Prosessual Məcəllə; 14.2. və 77.1-ci maddələr). Bu baxımdan təbii olaraq hesab edilməlidir ki, iş üzrə borclu olan şəxs sübut etməlidir ki, o, onun səhhətində yaranmış problemlərin müalicəsi və aradan qaldırılması Azərbaycan Respublikasında mümkün deyil və bu məqsəd ilə o, Türkiyə Respublikasının ərazisində fəaliyyət göstərən tibb müəssisələrinə müraciət etməyə məcburdur. Lakin bu kimi sübutun-borclunun səhhətində yaranmış problemlərin müalicəsi və aradan qaldırılması Azərbaycan Respublikasında mümkün olmaması barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş müvafiq arayışın məhkəməyə təqdim edilməsi borcluya təklif olunsa da o bu kimi sübutu təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.3-cü maddəsinə görə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması) məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, hal-hazırda borclunun üzərindən ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhdudiyyətin götürülməsi üçün əsaslar mövcud deyildir, məhdudiyyətin tətbiqi əsasları aradan qalxmamışdır. Ona görə də məhkəmə hesab edir ki, ərizə əsassız olduğu üçün təmin edilməməlidir. Yuxarda göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi barədə ərizəsi təmin edilməsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində İmişli Rayon Məhkəməsinə şikayət vermək olar. Hakim: Telman Quliyev
Məhkəmə qərarları › İş №8(036)-30/2024
İmişli Rayon Məhkəməsi Qərardad — İş №8(036)-30/2024
14.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver