Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 8(036)-311/2023 14.12.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi ilə, X2 hüquqi varisi X3 İmişli rayon icra və probasiya şöbəsinin icra məmurunun hərəkətlərindən və qərarından verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 hüquqi varisi X1 rayon icra və probasiya şöbəsinin icra məmurunun hərəkətlərindən və qərarından şikayət verərək, daşınmaz əmlaka mülkiyyət hüququ Daşınmaz Əmlakın Kadastrı və Reyestri tərəfindən qeydiyyata alındığından və xx.xx.2017ci il tarixli ******* reyestr nömrəli çıxarış ləğv edilmədiyindən İmişli şəhəri, H.Əliyev prospektinin sağ hissəsində 420 kv.m torpaq sahəsində yerləşən 164 kv.m mağaza binasının sökülməsi ilə bağlı tələblərin qanuna uyğun olub-olmamasına hüquqi qiymət verilməsini xahiş etmişdir. İş materialları ilə müəyyən olunur ki, şikayət məhkəmə aidiyyəti üzrə məhkəmədə baxılmalı olmadığından geri qaytarılmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikasinin Qanunun 87.1-ci maddəsinə əsasən, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim ərizə və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, hazırkı şikayət inzibati məhkəməyə aid olub, ümumi məhkəmədə baxılmalı olmadığından geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 hüquqi varisi X3 İmişli rayon icra və probasiya şöbəsinin icra məmurunun hərəkətlərindən və qərarından verdiyi şikayət ərizəsi geri qaytarılsın. Qərardaddan 10 gün müddətinə İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. X8
Məhkəmə qərarları › İş №8(036)-311/2023
İmişli Rayon Məhkəməsi Qərardad — İş №8(036)-311/2023
14.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver