Məhkəmə qərarları › İş №8(036)-35/2024

İmişli Rayon Məhkəməsi Qərardad — İş №8(036)-35/2024

29.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 8(036)-35/2024 29.04.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi ilə, Borclu İmişli rayon icra və probasiya şöbəsinə məcburi qaydada gətirilməsi barədə icra məmurunun təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İmişli rayon icra və probasiya şöbəsinin icra məmuru , İ dərəcəli ədliyyə qulluqçusu Ramil Ağasıyev təqdimatla məhkəməyə müraciət edərək, İmişli Rayon Məhkəməsinin 2(036)- 2376/2022 saylı, xx.xx.2022-ci tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu İmişli rayon icra və probasiya şöbəsinə məcburi qaydada gətirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, İmişli Rayon Məhkəməsinin 2(036)-2376/2022 saylı, xx.xx.2022-ci tarixli icra sənədinə əsasən iddiaçı Tələbkar doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X1 münasibətdə cavabdeh Borclu atalığı müəyyən edilmiş və uşaq cavabdeh Borclu alınıb İddiaçı Tələbkar verilərək onun yetkinlik yaşına çatana qədər saxlanılması üçün Borclu hər ay 150 manat sabit pul məbləğində aliment tutulub Tələbkar verilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə icra məmurunun icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və icra sənədi üzrə tələbin könüllü icası üçün qərar müvafiq qaydada borclunun ünvanına göndərilmişdir. xx.xx.2023-cü il tarixdə borcluya məcburi gətiriləcəyi barədə xəbərdarlıq məktubu göndərilmişdir. 23 yanvar 2023cü il tarixdə icra məmurunun borclunun məcburi gətirilməsi barədə qərarı qəbul edilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı çağırışlara və xəbərdarlıqlara baxmayaraq borc məbləğini ödəməmiş, icra və probasiya şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Məhkəmə iclasında Borclu izahat verərək məhkəmə iclasında 150 manat ödədiyini, bundan əvvəl də aliment miqdarını ödədiyini və icra məmurunun qanuni tələblərinə tabe olduğunu bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq icra məmuru məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı təqdim olunmuş sənədlərlə birlikdə araşdırıb əsaslılığını yoxlayaraq hesab edir ki, təqdimat rədd edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olur ki, İmişli Rayon Məhkəməsinin 2(036)- 2376/2022 saylı, xx.xx.2022-ci tarixli icra sənədinə əsasən iddiaçı Tələbkar doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X1 münasibətdə cavabdeh Borclu atalığı müəyyən edilmiş və uşaq cavabdeh Borclu alınıb İddiaçı Tələbkar verilərək onun yetkinlik yaşına çatana qədər saxlanılması üçün Borclu hər ay 150 manat sabit pul məbləğində aliment tutulub Tələbkar verilməlidir. İcra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü icra olunması barədə bildiriş borcluya göndərilmişdir. xx.xx.2023-cü il tarixdə borcluya məcburi gətiriləcəyi barədə xəbərdarlıq məktubu göndərilmişdir. 23 yanvar 2023-cü il tarixdə icra məmuru tərəfindən borclunun məcburi gətirilməsi barədə qərarı qəbul edilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbirləri tətbiq olunur. Həmin Qanunun 84.3-cü maddəsinə əsasən bu Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. İş materiallarına borclunun icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınması barədə heç bir təsdiqedici sənəd əlavə olunmamış, icra sənədi uzun müddət icrasız qalmış və işdə təqdimatın əsaslı olmasını təsdiq edən başqa bir sübut mövcud deyildir. Məhkəmə hesab edir ki, İmişli Rayon Məhkəməsinin 2(036)-2376/2022saylı, xx.xx.2022-ci tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun İmişli rayon icra və probasiya şöbəsinə məcburi qaydada gətirilməsi barədə icra məmurunun təqdimatı əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264 və 267- 268-ci maddələrinə rəhbər tutaraq, məhkəmə qərara aldı: İmişli Rayon Məhkəməsinin 2(036)-2376/2022saylı,xx.xx.2022-ci tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu İmişli rayon icra və probasiya şöbəsinə məcburi qaydada gətirilməsi barədə icra məmuru Ramil Ağasıyev oğlunun təqdimatı təmin edilməsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində İmişli Rayon Məhkəməsinə şikayət vermək olar. Hakim: Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar