Məhkəmə qərarları › İş №8(036)-38/2022

İmişli Rayon Məhkəməsi Qərardad — İş №8(036)-38/2022

01.03.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 8(036)-38/2022 01.03.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi və İcra məmuru X1 iştirakı ilə, icra sənədi üzrə tələbin borlunun əmlakına yönəldilməsi barədə Təqdimata baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İmişli rayon İPŞ tərəfindən məhkəməyə təqdimat verilərək Şirvan Kommersiya Məhkəməsinin 02.10.2019-cu il tarixli 2-2(086)502/2019 saylı icra sənədi üzrə tələbin borclu "xxxx" MMC-nin mülkiyyətində olan İmişli şəhəri, 20 yanvar küçəsi, 4 ünvanında yerləşən əmlakının üzərinə həbs qoyulması və satılması üçün qərardad qəbul edilməsini xahiş etmişdir. İcra məmuru X2 təqdimatı müdafiə edərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin materiallarında olan Şirvan Kommersiya Məhkəməsinin 02.10.2019-cu il tarixli 2- 2(086)502/2019 saylı icra sənədinə əsasən birgə borclular, "xxxx" MMC-dən 145029.36 manat və dövlət rüsumuna görə 10 manat tutularaq dövlət büdcəsinə ödənilməlidir. İcra işinin materiallarına əsasən müəyyən edilir ki, Şirvan Kommersiya Məhkəməsinin 02.10.2019-cu il tarixli 2-2(086)502/2019 saylı icra sənədi 02.09.2020-ci il tarixdə icraata qəbul edilmiş, tələb könüllü icra üçün müəyyən olunmuş vaxtda ödənilmədiyindən məcburi icra tədbirlərinin görülməsinə başlanmış və "xxxx" MMC-nin mülkiyyətində olan İmişli şəhəri, 20 yanvar küçəsi, 4 ünvanında yerləşən əmlakının qeydiyyata alındığı aşkar edilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi kimi məcburi icra tədbiri tətbiq oluna bilər. Həmin Qanunun 44-cü maddəsinə əsasən icra sənədinin məhkəmə icraçısına təqdim olunması, məhkəmə icraçısı tərəfindən icraata başlamaq barədə qərarın qəbul edilməsi, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburu icra tədbirinin tətbiq olunması üçün əsasdır. Həmin Qanunun 50..2-ci maddəsinə əsasən icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında borclunun əmlakı üzərinə həbs qoyulması bir qayda olaraq məhkəmənin qərardadı ilə qoyulur. Həmin Qanunun 54.1-ci maddəsinə əsasən icra məmurları qurumunda eyni borclu barəsində bir neçə icra sənədi olduqda onlar ümumi icraatda birləşdirilir. Bu zaman borclunun əmlakı üzərinə tələbin, icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi üçün ehtimal olunan xərclərin ümumi məbləği həcmində, digər iddianın (iddiaların) təmin olunması üçün üzərinə həbs qoyulmasından asılı olmayaraq , həbs qoyulur. Ona görə də məhkəmə hesab edir ki, Şirvan Kommersiya Məhkəməsinin 02.10.2019-cu il tarixli 2-2(086)502/2019 saylı icra sənədi üzrə tələb borclu "xxxx" MMC-nin mülkiyyətində olan İmişli şəhəri, 20 yanvar küçəsi, 4 ünvanında yerləşən əmlakı hesabına ödənilməsi üçün sözü gedən torpaq sahəsinin üzərinə həbs qoyulmalı, üzərinə həbs qoyulmuş əmlak obyekti açıq hərrac yolu ilə satılaraq əldə olunan vəsait qeyd olunan icra sənədləri üzrə tələbin ödənilməsinə yönəldilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 263,264,266,267və268-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Təqdimat təmin olunsun. Şirvan Kommersiya Məhkəməsinin 02.10.2019-cu il tarixli 2-2(086)502/2019 saylı icra sənədi üzrə tələbin yönəlməsi üçün borclu "xxxx" MMC-nin mülkiyyətində olan İmişli şəhəri, 20 yanvar küçəsi, 4 ünvanında yerləşən əmlakının üzərinə həbs qoyulsun. Qərardaddan 10(on) gün müddətində İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar