Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 8(036)-40/2024 29.04.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, İmişli Rayon Məhkəməsinin 2(036)-232/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu Nuşirəvan oğlunun İmişli rayon icra və probasiya şöbəsinə məcburi qaydada gətirilməsi barədə icra məmurunun təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İmişli rayon icra və probasiya şöbəsinin icra məmuru , İ dərəcəli ədliyyə qulluqçusu X7 təqdimatla məhkəməyə müraciət edərək, İmişli Rayon Məhkəməsinin 2(036)-232/2015 saylı, xx.xx.2015 -ci tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu Nuşirəvan oğlunun İmişli rayon icra və probasiya şöbəsinə məcburi qaydada gətirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, İmişli Rayon Məhkəməsinin 2(036)-232/2015 saylı, xx.xx.2015-ci tarixli icra sənədinə əsasən xx.xx.1999-cu il təvəllüdlü X2 Borclu Nuşirəvan oğlunun yanında , xx.xx.2001-ci təvəllüdlü X8, xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X1 Aynurə İxtiyar qızının yanında qalmışlar və uşaqların yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü Tələbkar qızının xeyrinə Borclu Nuşirəvan oğlundan ayda 200 manat sabit pul məbləğində aliment tutulmalıdır. İcra sənədi xx.xx.2023-cü il tarixdə icra məmurunun icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və icra sənədi üzrə tələbin könüllü icası üçün qərar müvafiq qaydada borclunun ünvanına göndərilmişdir. xx.xx.2023-cü il tarixdə borcluya məcburi gətiriləcəyi barədə xəbərdarlıq məktubu göndərilmişdir. 01 fevral 2024-cü il tarixdə icra məmurunun borclunun məcburi gətirilməsi barədə qərarı qəbul edilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı çağırışlara və xəbərdarlıqlara baxmayaraq borc məbləğini ödəməmiş, icra və probasiya şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı təqdim olunmuş sənədlərlə birlikdə araşdırıb əsaslılığını yoxlayaraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olur ki İmişli Rayon Məhkəməsinin 2(036)- 232/2015 saylı, xx.xx.2015-ci tarixli icra sənədinə əsasən xx.xx.1999-cu il təvəllüdlü X2 Borclu Nuşirəvan oğlunun yanında, xx.xx.2001-ci təvəllüdlü X8, xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X1 Aynurə İxtiyar qızının yanında qalmışlar və uşaqların yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü Tələbkar qızının xeyrinə Borclu Nuşirəvan oğlundan ayda 200 manat sabit pul məbləğində aliment tutulmalıdır. İcra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin 10 gün müddətində könüllü icra olunması barədə eyni tarixli bildiriş borcluya göndərilmişdir. 01 fevral 2024-cü il tarixdə İmişli Rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Ramil Paşayevin borclunun məcburi gətirilməsi barədə qərarı qəbul edilmişdir. İmişli Rayon icra və probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə borcluya icra sənədi üzrə tələbi dərhal icra etməsi, əks halda barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə barəsində inzibati xəta haqqında protokol tərtib ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşin halları ilə müəyyən edilir ki, icra məmuru tərəfindən qanunla nəzərdə tutulmuş qaydada icra sənədi üzrə icraata başlanılaraq borcluya tələbin könüllü icrası haqqında bildiriş təqdim edilmiş, lakin borclu tərəfindən tələb könüllü qaydada təmin olunmamışdır. İcra sənədinin icrası ilə əlaqədar borclu icra şöbəsinə dəvət olunmasına baxmayaraq, icra məmurunun çağırışına gəlməmiş, gəlməməsinin səbəbləri barədə hər hansı bir məlumat verməmiş, bununla da icra məmurunun çağırışlarından yayınmışdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tətbiq olunur. Ona görə də təqdimat əsaslı olduğu üçün təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264 və 267- 268-ci maddələrinə rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. xx.xx.1976-cı ildə İmişli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, İmişli şəhəri, Babək küçəsi 31 ünvanında yaşayan borclu Cəfərov X3 rayon icra və probasiya şöbəsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası İmişli Rayon Polis Şöbəsinə tapşırılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində İmişli Rayon Məhkəməsinə şikayət vermək olar. Hakim Telman Quliyev
Məhkəmə qərarları › İş №8(036)-40/2024
İmişli Rayon Məhkəməsi Qərardad — İş №8(036)-40/2024
29.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver