Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 8(036)-42/2021 09.03.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əhmədova Günel Mirzə qızının katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2806/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli icra sənədinə əsasən İmişli Rayon Məhkəməsinin 8(036)-151/2018 saylı, xx xxxxxx 2017-ci il tarixli qərardadı ilə Borclu məxsus “avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi”nə dair İmişli Rayon İcra və Probasiya Şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İmişli Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu X4 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2806/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli icra sənədinə əsasən İmişli Rayon Məhkəməsinin 8(036)-151/2018 saylı, xx xxxxxx 2017-ci il tarixli qərardadı ilə Borclu məxsus “avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi”nə dair təqdimat ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2806/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli icra sənədinə əsasən borclular X1 və Borclu müştərək qaydada 543 (beş yüz qırx üç) ABŞ dolları məbləğində əsas borc, 81 (səksən bir) ABŞ dolları məbləğində cərimə borcu, ümumilikdə 624 (altı yüz iyirmi dörd) ABŞ dolları məbləğində borc (ödənildiyi gün manatla məzənnəsi hesablanmaqla...) və ödənilmiş 20 (iyirmi) AZN məbləğində dövlət rüsumu tutularaq, tələbkar “Tələbkare” MMC-nin xeyrinə ödənilməlidir. İmişli Rayon İcra və Probasiya Şöbəsinin təqdimatına əsasən İmişli Rayon Məhkəməsinin İmişli Rayon Məhkəməsinin 8(036)-151/2018 saylı, xx xxxxxx 2017-ci il tarixli qərardadı ilə Borclu məxsus “VAZ-21213” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2806/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli icra sənədinə əsasən borclular X2 və Borclu tərəfindən tələbkar “Tələbkare” MMC-nin xeyrinə borc məbləği tam ödənilmişdir. İmişli Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu X4 tərəfindən xx xxxxxx 2021-ci il tarixdə “İcra sənədi üzrə icraata xitam verilməsi haqqında” qərar qəbul edilmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə rəsmi məlumat verməmişlər. Məhkəmə işdə iştirak edən şəxslərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri tam və obyektiv araşdırıb hesab edir ki, “borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi haqqında təqdimat aşağıdakı səbəblərə görə təmin edilməlidir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş İmişli Rayon Məhkəməsinin 8(036)-151/2018 saylı, xx xxxxxx 2017-ci il tarixli qərardadının surətindən görünür ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə İmişli Rayon İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilərək, Borclu məxsus “VAZ-21213” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş tələbkar “Tələbkare” MMC-nin nümayəndəsinin xx xxxxxx 2021-ci il ərizəsinin surətindən görünür ki, borclular X2 və Borclu tərəfindən tələbkar “Tələbkare” MMC-nin xeyrinə borc məbləği tam ödənilmişdir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş İmişli Rayon İcra və Probasiya Şöbəsinin xx xxxxxx 2021-ci il tarixli “İcra sənədi üzrə icraata xitam verilməsi haqqında” qərarının surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2806/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli icra sənədinin icrası tam təmin edildiyi üçün icra sənədi üzrə icraata xitam verilmişdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 20.3-cü maddəsinə əsasən icra məmuru icraata xitam verilməsi barədə qərar qəbul etdikdən sonra icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir. Beləliklə, məhkəmə şərh olunanlara və yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 2806/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli icra sənədinin icrası tam təmin edildiyinə görə icra sənədi üzrə icraata xitam verildiyi üçün borcluya məxsus avtomobilin üzərinə qoyulmuş həbsin qalmasına olan zərurət aradan qalxmışdır. Eyni zamanda, avtomobilin üzərinə qoyulmuş həbs mülkiyyətçinin avtomobil üzərində olan mülkiyyət hüququnun həyata keçirilməsinə məhdudiyyət yaratdığı üçün Borclu məxsus “VAZ-21213” markalı, **- BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. İmişli Rayon Məhkəməsinin 8(036)-151/2018 saylı, xx xxxxxx 2017-ci il tarixli qərardadı ilə Borclu məxsus "VAZ-21213” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan 10 gün müddətinə İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №8(036)-42/2021
İmişli Rayon Məhkəməsi Qərardad — İş №8(036)-42/2021
09.03.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver