Məhkəmə qərarları › İş №8(036)-42/2023

İmişli Rayon Məhkəməsi Qərardad — İş №8(036)-42/2023

28.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 8(036)-42/2023 28.03.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi ilə, Borclu "xxxx" MMC-yə məxsus əmlakın üzərinə həbs qoyulmasına dair İmişli rayon icra və probasiya şöbəsinin təqdimatına İmişli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İmişli rayon icra və probasiya şöbəsinin icra məmuru X1 təqdimatla məhkəməyə müraciət edərək Şirvan Apelyasiya Məhkəməsinin 2(106)-720/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclu "xxxx" MMC-yə məxsus olan “Hyundai H1” yük markalı, ** AC *** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz 1317” yük markalı, ** AC *** dövlət qeydiyyat nişanlı, “İsuzu NPR 66L” yük markalı, ** AC *** dövlət qeydiyyat nişanlı, “Ford Tranzit” yük markalı, ** AC *** dövlət qeydiyyat nişanlı, “Ford Tranzit” yük markalı, ** AC *** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulsun qoyulması və açıq hərrac vasitəsilə satılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şirvan Apelyasiya Məhkəməsinin 2(106)- 720/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi İmişli rayon icra və probasiya şöbəsinə daxil olduqdan sonra “İcraata başlamaq haqqında” qərar qəbul edilmiş və borclu "xxxx" MMC-nin rəsmi qeydə alındığı ünvana “Tələbin könüllü icrası haqqında” bildiriş göndərilmişdir. Lakin borclu "xxxx" MMC tərəfindən icra sənədinin icrası təmin edilməmişdir. Həyata keçirilmiş icra tədbirləri nəticəsində borclu "xxxx" MMC-yə məxsus “Hyundai H1” yük markalı, ** AC *** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz 1317” yük markalı, ** AC *** dövlət qeydiyyat nişanlı, “İsuzu NPR 66L” yük markalı, ** AC *** dövlət qeydiyyat nişanlı, “Ford Tranzit” yük markalı, ** AC *** dövlət qeydiyyat nişanlı, “Ford Tranzit” yük markalı, ** AC *** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbsin qoyulması və açıq hərrac vasitəsilə satılması zərurəti yaranmışdır. Məhkəmə iclasının vaxtı və yeri barəsində tərəflər lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verilməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, Şirvan Apelyasiya Məhkəməsinin 2(106)-720/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən vurulmuş mənəvi zərərə görə 10.000 manat alınaraq Tələbkar verilməlidir. İmişli rayon icra və probasiya şöbəsi tərəfindən icra sənədi üzrə “İcraata başlamaq haqqında” qərar qəbul edilmiş və borcluya “Tələbin könüllü icrası haqqında” bildiriş göndərilmişdir. Lakin borclu "xxxx" MMC tərəfindən icra sənədinin icrası təmin edilməmişdir. Avtomobil nəqliyyat məlumatların elektron sorğu sistemi vasitəsilə müəyyən olur ki, borclu "xxxx" MMC-yə məxsus Hyundai H1” yük markalı, ** AC *** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz 1317” yük markalı, ** AC *** dövlət qeydiyyat nişanlı, “İsuzu NPR 66L” yük markalı, ** AC *** dövlət qeydiyyat nişanlı, “Ford Tranzit” yük markalı, ** AC *** dövlət qeydiyyat nişanlı, “Ford Tranzit” yük markalı, ** AC *** dövlət qeydiyyat nişanlı avtomobillər vardır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. Həmin Qanunun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 45.7-ci maddəsinə əsasən tələb, borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Beləliklə, məhkəmə şərh olunanlara və yuxarıda göstərilən qanunvericilik aktlarına əsasən hesab edir ki, Şirvan Apelyasiya Məhkəməsinin 2(106)-720/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə İmişli rayon icra və probasiya şöbəsinin borclunun əmlakı üzərinə həbsin qoyulması haqqında təqdimatı qanuni və əsaslı olduğu üçün təmin edilib, borclu "xxxx" MMC-yə məxsus olan “Hyundai H1” yük markalı, ** AC *** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz 1317” yük markalı, ** AC *** dövlət qeydiyyat nişanlı, “İsuzu NPR 66L” yük markalı, ** AC *** dövlət qeydiyyat nişanlı, “Ford Tranzit” yük markalı, ** AC *** dövlət qeydiyyat nişanlı, “Ford Tranzit” yük markalı, ** AC *** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmalı və açıq hərrac vasitəsilə satılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Borclu "xxxx" MMC-yə məxsus olan “Hyundai H1” yük markalı, ** AC *** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz 1317” yük markalı, ** AC *** dövlət qeydiyyat nişanlı, “İsuzu NPR 66L” yük markalı, ** AC *** dövlət qeydiyyat nişanlı, “Ford Tranzit” yük markalı, ** AC *** dövlət qeydiyyat nişanlı, “Ford Tranzit” yük markalı, ** AC *** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulsun və açıq hərrac vasitəsilə satılsın. Qərardaddan 10 gün müddətində İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar