Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 8(036)-44/2025 18.03.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Qənimət Tərlan oğlunun katibliyi, Tələbkar nümayəndəsi X1 iştiakı ilə, Tələbkar məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası barədə ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, İmişli Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(036)-720/2014 saylı qətnaməsinə əsasən qət edilmiş 80 (səksən) manat alimentin məbləğinin hər uşaq üçün hazırda ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 0.76 misli həddində indeksasiya olunması və sonrakı artımlar nəzərə alınmaqla hər ay Tələbkar ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, İmişli rayon məhkəməsinin 15 may 2014-cü il tarixli 2(036)-720/2014 nömrəli qətnaməsinə əsasən iddia ərizəsi təmin edilərək 07 fevral 2013-cü ildə anadan olmuş X4 yetkinlik yaşma çatana kimi saxlanması üçün Borclu hər ay 80 manat sabit pul məbləğində alimentin alınıb onun xeyrimə ödənilməsi qət edilmişdir. Hazırda qət edilmiş aliment məbləğinin indeksasiya olunması zəruridir. Belə ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenimunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenimunun 20 dekabr 2024-cü il tarixli 15 nömrəli qərarının 8.4-2-ci bəndində göstərilir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-nin 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanm bu Qərarın 8.4-1 -ci bəndində göstərilən qaydada artırılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasmm yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndiyi nəzərə alınmalıdır. Məlumat üçün bildirmişdir ki, 15 may 2014-cü il tarixli 2(036)-720/2014 saylı qətnamə ilə uşağın saxlanması üçün 80 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir ki, bu da 2014-cü il üzrə müəyyən edilmiş 105 manat minimum əmək haqqı məbləğinin 0.76 mislini təşkil edir.Hazırda 2025-ci il üzrə minimum əmək haqqının 400 manat olmasını nəzərə alsaq alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.76 misli həddində indeksasiya olunmalıdır. (400 x 0.76 = 304 manat). Məhkəmə iclasında iştirak edən Tələbkar nümayəndəsi X2 ərizədə göstərilənlərə uyğun izahat verərək, ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Borclu məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.Məhkəmə işə Borclu iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tələbkarın izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə əssən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Həmin Məcəllənin 232.2-ci maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Həmin Məcəllənin 232.3-cü maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli qərarının 8.4-2-ci bəndinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. İş materiallarında olan İmişli Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(036)- 720/2014 saylı qətnaməsi ilə xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Borclu hər ay 80 (səksən) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Məhkəmə qeyd edir ki, qətnamə çıxarılan zaman ölkə üzrə minimum əmək haqqı məbləği 105 manat müəyyən edilmişdir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin olunmalı, İmişli Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(036)-720/2014 saylı qətnaməsinə əsasən tutulmuş alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,76 misli həddində (80/105) indeksasiya olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.2, 44.2.2, 45.1, 262-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizə təmin edilsin. İmişli Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(036)-720/2014 saylı qətnaməsi ilə xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay tutulan 80 manat sabit pul məbləğində alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,76 misli həddində indeksasiya olunsun. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Mahmud
Məhkəmə qərarları › İş №8(036)-44/2025
İmişli Rayon Məhkəməsi Qərardad — İş №8(036)-44/2025
18.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver