Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 8(036)-45/2024 13.05.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, Tələbkar MMC-nin nümayəndəsi X5, Borclu nümayəndəsi X2 iştirakı ilə, Borclu məxsus əmlakın üzərinə həbs qoyulmasına dair İmişli rayon icra və probasiya şöbəsinin təqdimatına İmişli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İmişli rayon icra və probasiya şöbəsinin icra məmuru X4 təqdimatla məhkəməyə müraciət edərək İmişli Rayon Məhkəməsinin 2(036)-1055/2023-027 nömrəli, xx.xx.2023cü il tarixli icra sənədi üzrə Borclu məxsus olan 5.76 ha və 3.36 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzərinə həbs qoyulmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, İmişli Rayon Məhkəməsinin 2(036)- 1055/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 9722.40 manat məbləğində əsas borc, 1000 manat məbləğində cərimə borcu və dövlət rüsumu olaraq ödənilmiş 177.50 manat pul tutulub Tələbkar MMC-nin xeyrinə ödənilməlidir və ekspertiza tədqiqatınıın dəyəri olan 110 manat cavabdeh Borclu alınaraq AZ.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** Swift BİK CTREAZ 22 hesabına keçirilməlidir . İcra sənədi xx.xx.2024-cü il tarixdə İmişli rayon icra və probasiya şöbəsinə daxil olduqdan sonra “İcraata başlamaq haqqında” qərar qəbul edilmiş və Borclu rəsmi qeydə alındığı ünvana “Tələbin könüllü icrası haqqında” bildiriş göndərilmişdir. Lakin borclu icra sənədinin icrasını təmin etməmişdir. Borclu məxsus olan İmişli rayonu Çahar kəndində yerləşən 5.761009 kvm və 3.3658 kvm torpaq sahəsinin üzərinə həbsin qoyulması zərurəti yaranmışdır. Məhkəmə iclasında Tələbkar MMC-nin nümayəndəsi X5 təqdimatın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Borclu nümayəndəsi X3 izahat verərək göstərdi ki, İmişli rayon icra və probasiya şöbəsi tərəfindən əmlakın üzərinə həbs qoyulması barədə onlara heç bir bildiriş verilməmiş və vaxtında məlumat verilsəydi əmlakın üzərinə həbs qoyulmaması üçün müvafiq ödənişləri həyata keçirmək üçün hərəkət edərdi. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, İmişli Rayon Məhkəməsinin 2(036)- 1055/2023-027 nömrəli, xx.xx.2023 -cü il tarixli icra sənədinə əsasən Borclu xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 9722.40 manat məbləğində əsas borc, 1000 manat məbləğində cərimə borcu və dövlət rüsumu olaraq ödənilmiş 177.50 manat pul tutulub Tələbkar MMC-nin xeyrinə ödənilməlidir və ekspertiza tədqiqatınıın dəyəri olan 110 manat cavabdeh Borclu alınaraq AZ.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** Swift BİK CTREAZ 22 hesabına keçirilməlidir. İmişli rayon icra və probasiya şöbəsi tərəfindən icra sənədi üzrə “İcraata başlamaq haqqında” qərar qəbul edilmiş və borcluya “Tələbin könüllü icrası haqqında” bildiriş göndərilmişdir. Lakin Borclu tərəfindən icra sənədinin icrası təmin edilməmişdir. İcra tədbirləri nəticəsində müəyyən olmüşdur ki, Borclu İmişli rayonu, Çahar kəndində kənd təsərrüfatı təyinatlı 5.761009 kvm və 3.3658 kvm torpaq sahələri vardır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. Həmin Qanunun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 45.7-ci maddəsinə əsasən tələb, borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Beləliklə, məhkəmə şərh olunanlara və yuxarıda göstərilən qanunvericilik aktlarına əsasən hesab edir ki, İmişli Rayon Məhkəməsinin 2(036)-1055/2023-027 nömrəli, xx.xx.2023-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə İmişli rayon icra və probasiya şöbəsinin borclunun əmlakı üzərinə həbsin qoyulması haqqında təqdimatı qanuni və əsaslı olduğu üçün təmin edilib, Borclu məxsus İmişli rayonu Çahar kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 5.76 ha kvm və 3.36 ha torpaq sahəsi üzərinə həbs qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Borclu məxsus İmişli rayonu Çahar kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 5.76 ha və 3.36 ha torpaq sahələri üzərinə həbs qoyulsun. Qərardaddan 10 gün müddətində İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Telman Quliyev
Məhkəmə qərarları › İş №8(036)-45/2024
İmişli Rayon Məhkəməsi Qərardad — İş №8(036)-45/2024
13.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver